Süni dadlandırıcılarla bağlı bu mif dağıdıldı

Süni dadlandırıcılarla bağlı bu mif dağıdıldıAlimlər daha bir mifi dağıdıblar.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, aspartam və sukraloza kimi şəkər əvəzediciləri əvvəllər düşünüldüyü kimi insanları acdırmır.
İngiltərədəki Lids Universitetinin tədqiqatçıları şəkər əvəzinə süni dadlandırıcılardan istifadənin nəticə verə biləcəyini və aclıq hissi yaratmayacağını bildiriblər. Tədqiqat dadlandırıcı əlavə edilmiş qidaların istehlakının eynilə şəkərli qidalar kimi iştahın azalmasına səbəb olduğunu müəyyən edib. Nəticələr süni dadlandırıcıların insanları daha da ac hiss etdirdiyini irəli sürən iddiaları təkzib edir.
Süni dadlandırıcıların faydaları arasında qan şəkərinin aşağı salınması göstərilir ki, bu da tip 2 diabet inkişaf riski olan insanlar üçün xüsusilə vacibdir.
Bildirilib ki, dadlandırıcılarla bağlı digər tədqiqatlar içkiləri ön plana qoysa da, Lids Universitetinin tədqiqatçıları qidalara fokuslanıblar. Onlar şəkər və ya iki növ qida dadlandırıcısı ilə hazırlanmış peçenye yeməyin təsirlərini araşdırıblar. Sınaqlar iki-üç həftəlik müddəti əhatə edib. Artıq çəkidən əziyyət çəkən iştirakçılar meyvə içlikli, təbii şəkər əvəzediciləri ilə hazırlanmış və ya tərkibində süni dadlandırıcılar olan peçenyelər istehlak ediblər.
Qlükoza, insulin və iştaha bağlı hormonların ilkin səviyyələrini müəyyən etmək üçün onlardan qan nümunələri götürülüb. Həmçinin onlardan iştahlarını və yemək seçimlərini qiymətləndirmələri istənilib. Peçenyeləri yedikdən sonra iştirakçılar bir neçə saat ərzində nə qədər tox hiss etdiklərini qiymətləndiriblər. Bu mərhələdə qlükoza və insulin səviyyələri, həmçinin qrelin, qlükaqona bənzər peptid 1 və pankreas polipeptidləri (qida istehlakı ilə əlaqəli hormonlar) ölçülüb. İki növ dadlandırıcının nəticələri şəkərlə müqayisədə iştah və ya endokrin reaksiyalarda heç bir fərq göstərməyib. Lakin yeməkdən iki saat sonra ölçülən insulin səviyyələri və qan şəkəri səviyyələri azalıb.
"Bizim araşdırmamız bədən çəkisi və qan şəkərinə nəzarət üçün dadlandırıcıların və şirinlik artırıcıların gündəlik istifadəsini dəstəkləyən mühüm sübutlar təqdim edir", - Lids Universitetinin Psixologiya Məktəbindən aparıcı tədqiqatçı, professor Qrem Finleyson deyib.
Araşdırmanın nəticələri "The Lancet eBioMedicine" jurnalında dərc edilib.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 632   Tarix: 30 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Həm xərçəngdən qoruyur, həm də arıqladır

Kətan toxumunun faydaları saymaqla bitmir. axşam.az-a istinadən bildirir ki, üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgə

.

"Çiyələk yarpaqlarını yemək olarmı?" deməyin: Görün nə qədər XEYİRLİDİR

Çiyələyin sağlamlıq üçün faydaları hər kəsə məlum olsa da, bir çox insan yarpaqlarını çıxarıb zibil qutusuna atmağa üstünlük verir. Ancaq əksinə, çiyələk yarpaqları ilə hazırlanan çay böyrək daşlarını bir-bir çıxarır. Görü

.

Bir ovuc fındığın gücü: O nələrə qadirdir?

100 qr fındıqda 628 kalori var. Gün ərzində bir ovucdan çox fındıq yemək isə artıq çəkiyə səbəb olur.   -a istinadən bir ovuc fındığın insan orqanizmi üçün faydalarını təqdim edir:. - Bədəni gücləndirir. -Yorğunluğu arada

.

İnsan böyrəyindən çıxarılan ən böyük daş: Buna görə məşhur oldu

Bəzən insanlar istəmədən rekordçu ola bilirlər, yəni Ginnesin Rekordlar Kitabına düşmək üçün demək olar ki, heç nə etmirlər.   -a istinadən xəbər verir ki, Şri-Lankada yaşayan 62 yaşlı Kanistus Kunhe də oxşar vəziyyətlə üzləşib

.

Qida əlavələri təhlükəlidirmi?

Vitamin K əlavələri dolayı yolla qan laxtalanma riskini, beta-karoten isə siqaret çəkənlərdə ağciyər xərçəngi riskini artıra bilər. Bəzi digər birləşmələr və bitki komponentləri (vitamin C, E və dazı otu) xərçəng, depressiy

.

Limonlu suyu belə içmək olmaz– 4 mənfi təsiri

Mütəxəssislər limon şirəsinin sağlamlığımız üçün çox faydalı olduğunu bildirirlər. Limonlu suyun ən əhəmiyyətli faydalarından biri böyrək daşlarının qarşısının alınmasında təsirli olmasıdır. -a istinadən xəbər verir ki, Dr

.

Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız

Çiyələyin sağlamlıq üçün faydaları hər kəsə məlum olsa da, bir çox insan onun yarpaqlarından istifadə etməyi ağlına belə gətirmir. -a istinadən xəbər verir ki, çox vaxt zibil qutusuna atılan çiyələk yarpaqları xüsusilə böyrə

.

Üzünüzü bu qarışımla nəmləndirin

Gözəl dəriyə sahib olmaq üçün heç də hər zaman kasmetoloqa getmək lazım deyil. Ev şəraitində hazırlayacağınız maskalarla onu qulluq edə bilərsiniz. axşam.az-a istinadən üzdəki səpkiləri azaldan və dərini nəmləndirən məhlul

.

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bəzi gənələr borriliozun daşıyıcısıdır, buna vaxtında diaqnoz qoymaq vacibdir. "Unikal"a istinadən  xəbər verir ki, bu barədə "Interia" nəşri həkimlərin araşdırma əsasən məlumat yayıb. "Borrelio

turlar.az

sonxeber.az aksessuarlar kosmetik vasiteler gelinlikler ehtiras gözəllik xəbərləri uşaq və təhsil heyvanlar kosmetika vidyolar ginekoloq nizami gencevi qardasa aid haxistalar damla