Tanışının evinə qonaq getdi, arvadını zorladı, sonra 2 kişi ilə... - Azərbaycanda ŞOK OLAY

Tanışının evinə qonaq getdi, arvadını zorladı, sonra 2 kişi ilə... - Azərbaycanda ŞOK OLAYTovuz rayonunda zorlama hadisəsində təqsirli bilinən 1982-ci il təvəllüdlü Şəhriyar Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Şəhriyar Məmmədovun tanışı Masallı rayon sakini Əli Babayev 4-5 il əvvəl Tovuz rayonunun Əyyublu kəndində yerləşən evinə qonaq gəlib.

Arvadından xəbər aldı, tanışını kəndə çağırdı

Həmin vaxt Əli Babayev Şəhriyarın evində qonaq qalarkən onun arvadı Samirə ilə zorla cinsi əlaqədə olub. Bu hadisədən 4-5 il ötəndən sonra Samirə təcavüzə məruz qalması barədə ərinə danışıb.

Arvadının tanışı tərəfindən təcavüzəm məruz qaldığını öyrənən Şəhriyar Əli Babayevi fəhlə kimi kartof çıxarıb, pul qazanmaq adı ilə yaşadığı kəndə çağırıb. Əli Babayev də onun təklifini qəbul edib və işləmək məqsədilə Tovuz rayonuna gəlib.

Tanışını qaynı ilə birlikdə qarşıladı

Şəhriyar qaynı Sadiq ilə birlikdə Əlini kənddə qarsalayıblar, sonra onu Sadiqin idarə etdiyi "QAZ-330210" markalı avtomobilə mindiriblər.

Daha sonra yeznə-qayın Əlini Əyyublu kəndi ərazisində yerləşən "Qarasuyun başı" adlanan kimsəsiz, boş ərazidə yerləşən dərəyə gətiriblər. Orada Əlini avtomobildən düşürüblər.

Dərədə dava

Orada Şəhriyar Sadiq ilə birlikdə Əlini yumruqla, təpiklə və ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurublar. Əli çoxsaylı xəsarətlər alıb.

Daha sonra Şəhriyar qaynı ilə birlikdə Əlinin əl-ayaqlarını kəndirlə bağlayıblar. Sonra onu yerə uzadaraq müqavimətini qırdıqdan sonra şalvarını aşağı çəkiblər.

Dərədə zorakılıq

Bu zaman Sadiq Əlinin bağlı ayaqlarını tutub, Şəhriyar isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Onlar sonra Əliyə qarşı digər seksual xarakterli hərəkətlər ediblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

5 il həbs

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Şəhriyar Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Şəhriyar Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1385   Tarix: 12 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

turlar.az

sonxeber.az geyim seçimi makiyaj etmek qaydalari geyim necə seçməli yay kombinleri 2024 boyurtken kompotu dəridə səpkilər moda kosmetika aysel balıq saglam qidalanma faydalı məsləhətlər prostat