Tələbə və müəllimlər üçün yeni TƏLƏB

Tələbə və müəllimlər üçün yeni TƏLƏBGələn il fevralın 15-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında dəyişiklik edib.
Eyni zamanda 2022-ci il fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.
Bundan əvvəl 2022-ci il fevralın 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçiləri üçün (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi. O cümlədən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi. Bu halda da təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna idi.
Qeyd edək ki, 2022-ci il fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1252   Tarix: 30 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

turlar.az

sonxeber.az hamilelikde qidalanma donlar 2024 gözəllik məhsulları ailə hamiləlik otaq dizaynları erroziya nədir psixoliji məsləhətlər kosmetika brusell bakteriyası ziyafet geyimleri insan qz eviyçun hakışta azerbaycan