Toyundan bir həftə sonra həyat yoldaşını öldürən azərbaycanlı haqqında YENİ XƏBƏR

Toyundan bir həftə sonra həyat yoldaşını öldürən azərbaycanlı haqqında YENİ XƏBƏRRusiyada toyundan bir həftə sonra xüsusi qəddarlıqla öldürülən Gülnar Vəliyevanın işi ilə bağlı bu gün məhkəmə iclasi keçirilməli idi. Məhkəmədə qətldə təqsirləndirilən G.Vəliyevanın həyat yoldaşı S.Həbibovun ifadə verəcəyi gözlənilsə də, iclas onun əl-ayağını sındırması səbəbindən təxirə salınıb.

Bu barədə "Komsomolskaya pravda" məlumat yayıb. Mənbə S.Həbibovun həqiqətən əl-ayağını sındırdığını dəqiqləşdirmək üçün onun qaldığı xəstəxanada olub. Qətldə təqsirləndirilən şəxsin həqiqətən orada müalicə aldığı məlum olub. Lakin S.Həbibov jurnalistlərə hər hansı məlumat verməkdən imtina edib.

O da məlum olub ki, girov müqabilində azadlığa buraxılan təqsirlinin yanında heç bir mühafizəçi olmayıb.

Xəstəxanadan isə bildiriblər ki, xəstə bura təcili yardım maşını ilə gətirilib. O, hamam otağında yıxılaraq əl-ayağını sındırdığını deyib. Lakin müayinə zamanı xəstənin ətraflarında hər hansı sınığın olmadığı məlum olub. Yalnız əl və ayaqda yüngül zədələr var.

Məhkəmə yanvar ayının 10-dək təxirə salınıb. Qeyd edək ki, 22 yaşlı Gülnar Vəliyeva ailə qurduqdan bir həftə sonra itkin düşüb. 34 yaşlı həyat yoldaşı S. Həbibov özü polisə onun itkin düşməsilə bağlı müraciət edib.

Lakin təkrar keçirilən əməliyyat–istintaq tədbirlərindən sonra qətli Samir Həbibovun törətdiyi ortaya çıxıb. O, saxlanıldıqdan sonra verdiyi ifadədə həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib:

"Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o, yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim".

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. "Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub", - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.

Samir Həbibovu törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləsə də, məhkəmə onu 3 milyon rubl (67 min 800 AZN) müqabilində azadlığa buraxıb. (virtualaz.org)

Xəbərlər     Baxılıb: 2844   Tarix: 13 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

turlar.az

sonxeber.az makiyaj instagram kosmetik vasiteler hamiləlik atalar sozu veten haqqinda sağlamlıq xəbərləri 8 mart tebrikleri quru yemekler kosmetika şebnem tovuzlu məsəllər fitat novruz sac duzumleri