Toyuq plov

Toyuq plovƏrzaqlar:Toyuq plov

4 st uzun düyü

1 ədəd toyuq

4 x.q əridilmiş kərə yağı

1/2 st kişmiş

10 ədəd qaysı

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q  qatıq

Hazırlanması:

Toyuğu təmizləyib yuduqdan sonra xırda hissələrə bölürük. Üstünə su əlavə edib hazır olana qədər bişiririk. Əvvəl suyu qaynamağa başlayanda kəfini yığırıq və duz tökürük.

Toyuq plovZəfəranı bir stəkana töküb üstünə isti su töküb ağzını örtürük dəm alsın.

Toyuq plovSoğanı təmizləyib yuduqdan sonra dörd bölüb nazık doğrayırıq. Üstünə yağ və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Toyuq plovBişmiş toyuq ətini sudan çıxarıb yağda hər tərəfini qızardırıq.

Toyuq plovQızardılmış soğanı toyuğun üstünə əlavə edib 10-15 dəqiqə vam odda qovururuq. Duz və istiotunu tökürük.

Toyuq plovKişmişi və qaysını təmizləyib yuyuruq. Tavaya az yağ əlavə edib kişmiş ilə qaysını qovururuq.

Toyuq plovBadam ləpəsini az yağda qovururuq.

Toyuq plovBöyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.

Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın.

Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.

Toyuq plovQazmağı hazırlayırıq.Qatıq ilə yumurtanı çalırıq. Qazana az yağ töküb əridirik.

Toyuq plovBişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə yayıb tarazlayırıq.

Toyuq plovQalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq.

Toyuq plovDüyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı.

Toyuq plovSüfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə toyuq ilə soğan qızartması, kişmiş, qaysı,badam ləpəsi, qazmaq qoyulur və yağ tökülür.

Toyuq plovNuş olsun!

Mətbəx     Baxılıb: 3666   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

turlar.az

sonxeber.az yemek reseptleri hamiləlik maskalar müxtəlif doğumdan sonra hamiləlik hesablama makiyaj sirləri kosmetika babasil veten haqqinda atalar sozu burcler haqqinda novruz bayramina aid hakistalar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz