Turşu bağlamalarının fəsadları - evdə hazırlayaq, yoxsa marketdən alaq?

Turşu bağlamalarının fəsadları - evdə hazırlayaq, yoxsa marketdən alaq?Ekspertlər turşu bağlamalarından imtina etməyi tövsiyə edir; Azər Maqsudov: "Kustar üsulu ilə hazırlayırlar, sanitar qaydalara uyğun olmur, ona görə..."
Yayın sonu-payızın əvvəli evlərdə qış üçün turşu bağlamalarının tədarük dövrü sayılır. Maraqlıdır ki, illərdir marketlərdə hazır pomidor və xiyar turşuları satılsa da, bir çox insanlar nədənsə yenə ev məhsullarına üstünlük verir. Görəsən niyə, daha ucuz başa gəldiyinə görə, yoxsa başqa səbəb var?
Bəs turşu bağlamalarını ev şəraitində hazırlayarkən hansı qaydalara riayət olunmalıdır ki, qışda botulizmdən zəhərlənmə halları olmasın? Bəlkə ən yaxşısı elə onları marketdən almaqdır? Ümumiyyətlə statistika nə deyir, zəhərlənmələr daha çox ev "zaqatovka"sından baş verir, yoxsa marketdə satılanlardan?        
İstehlakçıların müdafiəçisi Eyyub Hüseynov bizimlə söhbətdə deyib ki, turşulardan bidrəfəlik, birmənalı şəkildə imtina etmək lazımdır: "Bazara gedən zaman görürük ki, plastik qablar götürüb, elə oradaca kələmdən turşu düzəldirlər. Hələ üzərinə kimyəvi aktiv sirkə də tökürlər. Azərbaycanın qida rasionundan  bunu birdəfəlik çıxarmaq lazımdır. Hər kəs bilir ki, badımcan, xiyar və digər turşular insanı cəzb edir, iştahı açır. İnsanı nə özünə çəkirsə, əksər hallarda o, zərərli olur. Turşular da o cümlədən zərərlidir. Əgər zəhərlənmələrin statistikasını araşdırsaq görərik ki, bunların əksəriyyətinə səbəb turşulardır. Ona görə də ev şəraitində hazırlanan turşulardan birdəfəlik imtina etmək lazımdır.
Evlərdə hazırlanan turşulardan zəhərlənmə ona görə baş verir ki, insanlar normalara əməl etmirlər. Turşulardan zəhərlənmə qədimi zamanlarda da baş verib. Lakin o zaman tibb elmi bu qədər inkişaf etmədiyi üçün qəfil dünyadan köçmənin turşudan zəhərlənmə olduğunu bilmirdilər. Sənaye üsulu ilə hazırlanan turşulardan isə təsadüfü hallarda istifadə etmək lazımdır. Ancaq bundan da imtina edilərsə, faydası var. Bir il istifadə olunmasa, ailələr onu unudacaq. Kənd təsərrüfatı məhsulları torpaqla təmasda olur. Bəzən torpaqda olan çox ciddi bakteriya turşular vasitəsilə insan orqanizminə keçir. Çünki yaxşı sterilizə edilmir. Bizim məişətdə istifadə edilən turşular tədrici və qəfil zəhərlənmənin amillərindən biridir. Mağazalarda bununla bağlı xüsusi reyd etməmişik. Ancaq bilirəm ki, sənaye üsulu ilə istehsal edilən turşular mağazalarda da satılır. Ən pis vəziyyət isə açıq bazarlardadır. Orada satılan turşulardan insan zəhərlənərsə, kim günahkar olacaq kimi məsələlər açıq qalıb. Ona görə də bazarlardan turşu almaq lazım deyil. Bu, çox təhlükəlidir. Söhbət təkcə zəhərlənmədən getmir. Turşunun insan orqanizminə zərərləri çoxdur".
Milli.Az musavat.com-a istinadən bildirir ki, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov mövzu ilə bağlı dedi ki, əsasən ev şəraitində bağlanan şorabalardan zəhərlənmələr olur: "Kustar üsulu ilə hazırlayırlar, sanitar qaydalara uyğun olmur. Yaxşı qaynadılmır və infeksiya qalır. İnfeksiya oksigen olmayan şəraitdə inkişaf edir və batulizmə səbəb olur. Bu da ağır toksiki qida infeksiyasıdır. Buna da kütləvi şəkildə rast gəlirik. Dükandan alınan şorabalar yüz dərəcə istilikdə hazırlanır. Ona görə dükandan alınan şorbalardan zəhərlənmə halları demək olar ki, rast gəlinmir. Amma evdə, bazarda satılan şorabalardan zəhərlənmələrə tez-tez rast gəlinir. Keçən ay 3-4 nəfər bundan zəhərlənmişdi. Artıq mövsüm başlayıb, oktyabr, noyabr, fevrala qədər belə hallar olacaq. Zəhərlənmələr əsas qış aylarında baş verir, indi hələ başlanğıcdır".
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə mediaya açıqlamasında bildirib ki, ev şəraitində hazırlanan turşuların daha təhlükəli olduğunu bildirir ki: "Əhaliyə bu cür ərzaqların təhlükəli olması barədə dəfələrlə xəbərdarlıqlar edirik. Xüsusilə də ev şəraitində hazırlanan turşular, bilgisiz şəkildə hazırlanır. Çox vaxt turşu bağlayarkən sterilizə etmirlər, hazırlanma prosesində təmizliyə ciddi riayət etmirlər. Əgər insanlar öz qida rasionlarında mütləq turşulardan istifadə etmək istəyirlərsə, üstünlüyü evdə yox, sənaye üsulu ilə hazırlanan məhsullara verməlidirlər. Çünki bu cür sənaye məhsullarını daha sterilizə şəkildə bu sahə üzrə ixtisaslı kadrlar hazırlayır. Amma belə məhsulları alarkən qabın üzərindəki istehsal tarixinə diqqət yetirmək lazımdır. Həmçinin turşu qabına fikir vermək lazımdır ki, onun qapağı şişmiş olmasın".
Milli.Az

Xəbərlər     Baxılıb: 733   Tarix: 21 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu

Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur. Alçanı

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

turlar.az

sonxeber.az aksessuarlar kosmetika mehsullari sade makiyaj sekilleri 2024 hicab geyimləri seksual qadinlar ordan burdan qadin donlari kosmetika lakonizm masqalar aybawi badambura olumu