Ürək xəstəliyinin gözlə görünən əlamətləri - Göz, qulaq, üzə diqqət

Ürək xəstəliyinin gözlə görünən əlamətləri - Göz, qulaq, üzə diqqətÜrək xəstələrini iti və müşahidəedici gözlə çox zaman insanın üzü, bədənində baş verən dəyişikliklərlə öncədən görmək olur.
Milli.Az xəbər verir ki, ürəkdə pozulmalar mütləq insanın zahirində özünü göstərir. Bəs bu əlamətlər hansılardır?
Əlbəttə ki, ürək-damar problemlərini tibbi diaqnostik baxımdan arterial təzyiqin ölçülməsi, EKQ, EXQ, xolesterin, lipid, qan analizləri və ailə-nəsil anamnezi göstərir.
Əgər xəstə və ailə üzvləri vaxtında bu müayinələrdən keçmirsə, o zaman bu əlamətlərə diqqət edin
1. Göz içində boz və ağımtıl halqavari dairələr.
Göy qurşağına bənzəyən yarımhalqalar 60% hallarda 50 yaşdan sonra insanlarda olur. 80 yaşlı insanların hamısında bunu görmək olar.
Bu arka lipidlərin orqanizmdə yığılmasına görə və xolesterin çoxluğundan əmələ gəlir. Əgər 30-40 yaşlı insanda bu halqalar varsa, deməli, onda xolesterin, triqliseridlər çoxdur, bu isə ürək-damar problemlərinin başlamasına işarədir. Hətta savadlı göz həkimi və kardioloq göz bəbəklərinə baxmaqla aterosklerozu da görə bilər.
2. Göz qapağı üstündə, künclərdə piy törəmələri - ksantelazmalar
Buna bəzən ət xallar deyirlər. Çox zaman yuxarı göz qapağında, göz dibinə yaxın yerləşir. Bərk və ya yumşaq ola bilər. Bunlar təkcə kosmetik qüsur yox, həm də ürəklə bağlı ciddi siqnal, lipoprotein və xolesterinin artması deməkdir.
Araşdırmalar göstərib ki, gözünün üzərində belə piy topacıqları olanlar heç olmayanlardan 17% daha çox ürək-damar xəstəliyinə tutulur.
Piy topaları ateroskleroz, yüksək təzyiq, insult, iri damarların tutulması, şəkərli diabetdə də xəstənin gözündə çıxa bilər.
3. Belin diametri
Enli, piyli bel ürək-damar problemlərinə 2 dəfə artıq yaxınlaşmalıdır. Normalda qadınların beli 80-85, kişilərdə isə 94-96 olmalıdır. Bundan yuxarı göstərici xəstəlikdir. Piylənmə, diabet və yüksək təzyiq, buna bağlı olaraq ürək, qan-damar.
Bu adamlarda damarlar tez tutulur, tromb əmələ gəlir.
4. Qulaqda kəsmə xətt
Buna Frenk simptomu deyilir, qulağın sırğalığında dərin qırış kimi qat əmələ gəlir. Elmi tədqiqatlar göstərib ki, bu əlamət ürəyin işemik xəstəliyi ilə bağlıdır. Çünki işemik xəstələrin yarısının qulağında belə qat, xətt olub. Eləcə də bu qırış infarkt xəstələrində olub. Amma alimlər deyir ki, 60 yaşdan sonra yaşlılarda qulaqda bu qırış yaşa bağlı ola bilər.
5. Alında qırışlar
Avropa kardioloqları müşahidə edib ki, dərin, horizontal qırışlar, xüsusən gənclərdə ürək-damar xəstəliklərindən xəbər verə bilər.
20 illik elmi müşahidələr göstərib ki, alında qırışların artması və dərinləşməsi ilə ürək-damar xəstəlikləri də artır. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 800   Tarix: 26 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı

İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəstə 29 yaşlı iflic olan Noland Arbo olub. Çip implantasiya edildikdən 10

turlar.az

sonxeber.az maskalar sade makiyaj sekilleri qis geyimləri 2024 duzlu xəmir işləri xinayaxdi sozleri displaziya atalar sozleri veten haqqinda kosmetika novruz bayrami veten haqqinda atalar sozleri sağlıq mikayıl abdullayev irem derici