Uşaqlar və yeniyetmələr skoliozdan daha çox şikayətlənir - HƏKİM AÇIQLADI

Uşaqlar və yeniyetmələr skoliozdan daha çox şikayətlənir - HƏKİM AÇIQLADIMilli.Az lent.az-a istinadən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadənin müsahibəsini təqdim edir:
- Ülviyyə xanım, əvvəlcə bilmək istərdik ki, fizioterapevtik üsulların digər müalicə üsullarından fərqi nədir?
- Fizioterapiya müasir təbabətdə geniş tətbiq olunur. Bir çox dərmanların yan təsirləri, bəzi hallarda allergik reaksiyaların baş verməsi, əks-göstərişlərin olması fiziki amillərin daha geniş və fəsadsız tətbiqini zəruri hesab edir. Təbii faktorlar, o cümlədən müalicəvi mineral suları, palçıq müalicəsi, Naftalan nefti, duz mağaraları əvəzsiz müalicə üsullarındandır. Həmçinin, elektroprosedurlar, kvant terapiyası, ultrasəs müalicəsi, maqnitoterapiya bir çox xəstəliklərin müalicə və profilaktikasında geniş tətbiq olunur.
- Fizioterapevtik prosedurlar hansı xəstəliklərdə təyin olunur?
- Fizioterapiyada həm təbii, həm də fiziki amillər (aparat fizioterapiyası) bir çox xəstəliklərdə, xüsusən də dayaq-hərəkət, sinir sistemi, travmatoloji, uroloji, ginekoloji, dəri, pediatrik, tənəffüs və ürək-damar sistemi xəstəliklərində geniş və uğurla tətbiq olunur.
- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar vacibdir?
- Skolioz daha çox uşaq və yeniyetmələrdə rast gəlinən dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu patologiya yaşlı insanlarda degenerativ proseslər fonunda da əmələ gəlir. Skoliozun erkən diaqnostokası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.
Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə olub onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır. İdiopatik formaya daha çox rast gəlinir. Xəstəlik digər sistemlərdə və orqanlarda heç bir patologiyalar olmadan, tamamilə sağlam bir uşaqda baş verə bilər.
Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olaraq müxtəlif olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetriya, bel nahiyəsində çuxur görünməsi aşkar olunur.
Yenidoğulan uşaqlarda və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma olub, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur. Yuvenil (yetkinlik yaşına çatmayan) idiopatik skolioz - onurğanın əyriliyi uşaqlarda 3 yaşdan 10 yaşa qədər inkişaf edir. Yetkinlik skolioz 10-18 yaş arası görülən skoliozdur. Pediatrik skoliozların 80%-i bu qrupa aiddir.
Onurğa sütununun müxtəlif nahiyələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunarsa, bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir.
Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi idman və massaj, əzələ gücləndirilməsi, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir və belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.
- Bəs fizioterapiyanın tətbiqindən öncə hansı müayinələr aparılmalıdır?
- Xəstəliyin gedişatından asılı olaraq qan, rentgenoloji və ultrasəs müayinəsi, EKQ ilkin aparılan müayinə üsullarındandır. Eləcə də, yanaşı gedən prosesləri araşdırarkən daha geniş müayinələrin aparılması vacib hesab olunur.
Fizioterapevtik müalicənin təyini zamanı digər mütəxəssislərin də rəyi nəzərə alınmalı və pasiyent üçün individual müalicə planı işlənib hazırlanmalıdır. Həmçinin, pasiyentlərlə maarifləndirici konsultasiyaların aparılması, fizioprofilaktik tədbirlərin planlaşdırılması məqsədəuyğundur.
- Hansı xəstəliklərdə fizioterapiyada Naftalan nefti tətbiq olunur?
- Naftalan şəhəri ərazisində əldə olunan eyni adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır. Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalanoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə - trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.
Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunmuş, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, sezerin, kamfora) naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR - uroloji xəstəliklərində geniş istifadə olunur.
Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə verir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 632   Tarix: 08 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz

Qaynar çayın soyuq su ilə soyudulması onun dadını pisləşdirməklə yanaşı, içkini faydalı xüsusiyyətlərindən də məhrum edir.   -a istinadən xəbər verir ki, çayı soyuq su ilə soyutmaq vərdişindən imtina etməli olduğumuz məqamla

.

Pilləkənlər ömrü necə uzadır?

Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. Ölkə.Az xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqla

.

Tanınmış dietoloqdan arıqlamaq istəyənlərə MƏSLƏHƏTLƏR

Rusiyalı tanınmış dietoloq Yelena Kalen arıqlamaq istəyənlərə məsləhətlər verib.   -a istinadən xəbər verir ki, dietoloq bildirib ki, artıq çəkidən azad olmaq üçün qızardılmış ət məhsullarından, pomidordan, badımcandan v

.

Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün

Sızanaq və qara nöqtələrdən qorunmaq üçün ən yaxşı həll yolunun gündə iki dəfə üzünüzü yumaq olduğunu eşitmiş ola bilərsiniz. Hətta hər səhər və axşam sevimli dəri təmizləyicinizdən istifadə etmək də tövsiyə edilmiş ola bilər

.

Düzgün idman matını necə seçməli?

İdmanın faydalarını hamı bilir. Onu da bilirik ki, yaşından asılı olmayaraq, hər kəs gündəlik olaraq idman hərəkətləri etməlidir. Hazırkı vəziyyət idmansevərləri zallardan məhrum edib. Çarəni açıq havada gəzinti etməkdə görənlə

.

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən xəbər verir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Fakt budur ki, zülalın tərkibində uşağın mədə-bağırsa

.

Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir

Xərçəng bütün dünyada əsas ölüm səbəblərindən biridir. Bu problemlə mübarizə aparmağın yolu ətraf mühit faktorları və tətikləyicilərdən xəbərdar olmaqdır. Xərçəngin qarşısını alan təbii mənbələr üzərində aparılan araşdırm

.

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümü

.

8 stəkan su nələri dəyişə bilər?

Sara Smit adlı qadın sosial şəbəkədə etdiyi " əvvəl və sonra" foto nümunəsi ilə içməli suyun nə qədər faydalı olduğunu nümayiş etdirib. .   -a istinadən xəbər verir ki, 42 yaşlı Sara Smit uzun müddətdir baş ağrıs

turlar.az

sonxeber.az yaz geyimleri 2024 qadin sayti geyim necə seçməli blincik hazirlanma qaydasi cennet almasi neyrosirkulyator distoniya oğlanlar necə qızları sevirlər kosmetika maya maskasi baldiza aid hakisda kahfe fali paxlava qaynana