Uşaqlara bərk ayaqqabı geyindirməyin, evdə corabda gəzdirməyin - Tanınmış ortopeddən tövsiyələr

Uşaqlara bərk ayaqqabı geyindirməyin, evdə corabda gəzdirməyin - Tanınmış ortopeddən tövsiyələrSon vaxtlar uşaqlarda ayaq pəncələri ilə bağlı problemlər artmaqdadır. Yastıpəncəlik, valqus... – bu və s. kimi diaqnozlar 10 uşaqdan az qala doqquzuna qoyulur.

Bəs bunun səbəbi nədir? Uşaqlarda pəncələrin normal inkişafı üçün nə etmək lazımdır?

İlk növbədə həkim bildirib ki, pəncələrin normal inkişafı üçün uşaq mümkün qədər çox hərəkət etməli, ayaqyalın gəzməlidir. Uşağın ayaqları müxtəlif səthlərlə təmasda olmalıdır (torpaq, qum, ot və s.). Uşaq az hərəkət edirsə, bütün gün ərzində oturur və kompüterə və ya televizora baxırsa, onun ayaq pəncələri düzgün inkişaf etməyəcək və bu da ona bütün həyatı boyu müxtəlif problemlər yaradacaq.

Uşağın pəncəsi 5 yaşına qədər inkişaf edir. Bu müddət ərzində valideynlər uşağın ayaqlarının normal inkişafı üçün bəzi qaydalara riayət etməlidir. İlk növbədə uşağa rahat və yumşaq ayaqqabı seçmək lazımdır. Çox bərk ayaqqabı ziyanlıdır və uşağın ayaqalarının normal inkişafına mane olur, təbii prosesləri pozur. Xüsusi bərk "ortopedik" ayaqqabılar yalnız istisna hallarda həkim tərəfindən uşağa təyin oluna bilər.

Şlıkovun sözlərinə görə, uşaq mümkün qədər çox ayaqyalın gəzməlidir. Ayaqyalın gəzmək uşağın pəncələrini yaxşı məşq etdirir. Həkim qeyd edib ki, uşaq evdə corabda gəzməməlidir. Corabda gəzən uşağın ayaqları sürüşür və bu da sümük və bağların normal inkişafına mane olur.

Pəncəni ən yaxşı inkişaf etdirən məşqlərdən biri barmaqların ucunda gəzməkdir. Şlıkov qeyd edir ki, bir çox valideynlər bundan qorxur və uşağı dərhal nevropatoloqa aparırlar. Lakin bu tam normal haldır. Uşaq vaxtaşırı olaraq barmaqların ucunda gəzirsə, bu çox yaxşıdır.

Ailə və Uşaq     Baxılıb: 4271   Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

turlar.az

sonxeber.az adlarin menasi geymler 2024 yay geyimləri 2024 sərxan kərəmoğlu hakisda sağlamlıq haqqında qogal resepti kosmetika novruz bayrami hakisda sağlıq nizami gencevi gülməli hakıştalar rus dilin nece orenek