Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ

Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİÖskürək tənəffüs yollarının xəstəlikləri zamanı önəmli və ən sıx rast gəlinən simptomlarından biridir.
Bu valideynləri çox narahat edən və ən çox xəstəxanaya baş vurma səbəbidir.
Davametmə müddətinə görə öskürək kəskin və xroniki olmaqla iki yerə bölünür. Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3 həftədən uzun sürərsə onda xroniki öskürəkdir.
Öskürək tənəffüs orqanlarının sekresiya və yad maddələrdən təmizlənməsində önəmli rolu olan qoruyucu bir refleksdir. Öskürək reseptorları qırtrlaqdan bronxiollara qədər olan məsafədə yerləşir.
Lakin bilmək lazımdır ki, bu reseptorlar həmçinin udlaqda, burun ətrafı ciblərdə, xarici qulaq keçəcəyində, timpanik membranlarda, plevra, perikard, diafraqma və mədədə tapılır.
Öskürək refleksi xəstəliklər və dərmanlarla bağlı olaraq dəyişə bilər.
Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra 2-3 həftəlik dövrdə öskürək refleksi hiperreaktiv olur və iy, aerozol, istilik dəyişikliklərinə qarşı öskürək asanlıqla dəyişə bilər. Bu dövrdə xəstə simptomatikdir. Bəzən uşaqlarda bronxların hiperreaktivliyi uşaqlarda uzunmüddətli öskürəklərə səbəb olur. Atopiya, gastroezofoqal refleks, astma, sinusitlər, xroniki infeksiyalar, otoimmun xəstəliklər, angeotenzin - çevirici ingibitor müalicəsi, siqaret çəkmə kimi faktorlar uzunmüddətli öskürəyi yaradan səbəblər kimi qeyd olunur.
Öskürək bir çox xəstəliklərlə bağlı yarana bilər. Birinci növbədə uşaqdan diqqətli anamnez toplanmalı və öskürəyin səbəbi araşdırılmalıdır. Kəskin öskürəyin ən sıx səbəbi virus infeksiyasıdır. Xronik öskürəyin ən sıx səbəbləri arasında astma, postnazal axıntı sindromu, qastroezofaqal reflüdur. Bu üçlüyü hətta "patogenik triada" adlandırırlar.
Uşaqlarda öskürək ən çox virus infeksiyası ilə əlaqədar olaraq keçirilmiş yuxarı tənəffüs yollarının iltihabı ilə bağlıdır, adətən çox zaman özü-özünə düzələ bilən bir prosesdir. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra öskürək uşaqlarda 10 günə qədər, tənəffüs yolu infeksiyasından sonra isə bir aya qədər uzana bilər.
İnfeksiyalara bağlı xronik öskürək tənəffüs orqanlarının iltihabı zamanı yaranır. Əgər uşaqda ağciyərlərin rentgen şəkli normaldırsa və xroniki öskürəyin digər səbəbləri yoxdursa, onda bunu keçirilmiş virus  infeksiyası ilə bağlı olduğunu fikirləşmək olar.
Göy öskürək və mikoplazma infeksiyaları xroniki öskürəyin ən sıx görülən etioloji səbəbi kimi qeyd olunur. Bundan başqa isə havanın kirliliyi, rütubəti, siqaret çəkmə, ailənin sosial vəziyyəti, yaşayış şəraiti bu prosesi daha da uzada bilər. Bu zaman öskürəyin yaranma səbəbi virus olduğuna görə antibiotik təyininə ehtiyac yoxdur.
Postnazal axıntı sindromu: Sinusit, allergik və allergik olmayan rinit, vazomotor rinit, postenfeksiyoz rinit postnazal axıntının ən sıx səbəbləridir. Xəstələrdə boğazda axıntı, tez-tez boğazını təmizləmə hərəkətləri, burundan olan axıntılar kimi şikayələr ola bilər. Uşaqlarda müalicə postnazal axıntının yaranma səbəbini  bildikdən sonra təyin oluna bilər. Müalicə postnazal axıntı sindromunu yaradan etioloji faktora yönəlməlidir. Məsələn, sinusit zamanı 3 həftə ərzində H.influenza və S.pneumoniae üçün uyğun antibiotik, 5 gün ərzində nazal dekonjestan, 3 həftə ərzində isə oral antihistamin vermək olar.
Astma xronik öskürəyin ən sıx səbəblərindən biridir. Xəstələr ən çox keçirilmiş infeksiyadan sonra artmış və daha çox gecələr, qaçan zaman meydana gələn öskürəkdən əziyyət çəkirlər. Müalicə astmanın dövrünə uyğun olaraq verilməlidir. İnqalyasiyon kortokosteroidlər, salbutamol,leykotrien reseptor antaqonistləri müalicədə istifadə oluna bilər.
Qastraezofoqal reflü: Bu xronik öskürəyi yaradan 3 səbəbindən biridir. Mikro və makroaspirasyalar zamanı qida borusunun distal hissəsində yerləşmiş reseptorların qıcıqlanması baş verir,bunun nəticəsində uşaqda xronik öskürək baş verir. Başlıca səbəbləri mədədə yanma hissinin olması, gəyirmə və requrgitasiya olsa da 50-75% hallarda reflü simptomları olmur. Əgər xronik öskürəyi olan uşaq ACE inqibitoru və siqaret istifadə etmirsə, bu xəstədə astma, postnazal axıntı sindromu yoxdursa onda qastroezofaqal sindromun müalicəsinə başlamaq olar. Qastroezofoqal reflünün müalicəsində H2 reseptor antoqonisti və praton pompası ingibitorlarından istifadə oluna bilər.
Eozonofil bronxit: Eozinofillik bronxit, xronik öskürəyin digər səbəblərindən biri olub, bəlğəmdə eozinofillə zəngindir və steroid müalicəsinə yaxşı cavab verir.
Çox az hallarda xronik öskürəyin yaranma səbəblərindən həmçinin xronik bronxit, bronxektaziya, sarkoidoz, vərəm, ağciyər xərçəngi, infeksiyon  səbəblər, interstiyel ağciyər xəstəliyi sayıla bilər.
Xroniki öskürəklə müraciət etmiş uşaqdan ana vasitəsi ilə dəqiq anamnez toplanmalı, lazım olan müayinələr aparılmalı və buna uyğun müalicə başlanılmalıdır.
Dr. Gülnar Abdullayeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 789   Tarix: 23 dekabr 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Niyə oyandıqdan dərhal sonra qalxmaq lazımdır?

Bir çox insan səhər oyananda çarpayıda uzanmağa davam edir.   -a istinadən xəbər verir ki, bu yanaşma yalnışdır. Fakt budur ki, oyanan insan uzun müddət yataqda qalsa, onun "yuxudan çıxması" daha çətin olacaq. Başq

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

turlar.az

sonxeber.az qaşların formalari sac duzumleri qis geyimləri 2024 daban agrisi gözəllik sirləri münasibətlər uşaq və təhsil kosmetika zencefil qurd ve quzu arxadan olmag yemekler ağır itki