VƏSSALAM! ANS-i sevənlərə ŞAD XƏBƏR! - Yenidən...

VƏSSALAM! ANS-i sevənlərə ŞAD XƏBƏR! - Yenidən...Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik.

ANS telekanalının bağlanmasından bir ildən çox vaxt keçib. ANS-in bağlanması ilə bağlı Ali Məhkəmə də yekun qərarını açıqlayıb. Lakin kanal rəhbərliyi hələ də ANS-in fəaliyyətinin bərpa olunacağına ümidlərini itirməyib.

Xanim.az-ın məlumatına görə, bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ölkə.az-a verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir gün müəmma pərdəsi götürüləcək və ANS yenidən fəaliyyətə başlayacaq.

"ANS-in bağlanması ilə millətin çoxu barışmır. Bizim çox böyük ümidlərimiz var ki, ANS yenidən fəaliyyətini bərpa edəcək. Bu kanal Azərbaycanın ayrılmaz parçası və tarixidir. ANS həmişə Azərbaycan xalqının yanında olub. Müəyyən baş verən hadisələri çıxmaq şərtilə, biz öz fəaliyyətimizi davam etdiririk. Xalqımıza və dövlətimizə qulluq edirik. "Mismarı mıx edən Allah var". İnşallah ki, ANS-in açılmağını istəyən insanlar da öz istəklərinə çatacaqlar", - deyə V.Mustafayev bildirib.

Qeyd edək ki, sosial şəbəkəlrədə bəziləri ANS kanalı yenidən fəaliyyətə başlasa da, artıq əvvəlki kimi dəqiq, obyektiv və qərəzsiz işləməyəcəyi barədə fikirlər yazırlar. Vahid Mustafayev həmin fikirlərin kökündən yalnış olduğunu deyir: "Mən belə sözlərin təbiətini anlamıram. Yəni biz fəaliyyət nöqteyi-nəzərindən bu günki digər kanallar kimi olsaydıq, yəqin ki, vəziyyətimiz belə olmazdı. İndiyə qədər də bağlı qalmazdıq. Fəaliyyətimiz Azərbaycan xalqına, dövlətinə qulluq olub. Həmişə bu amilə qulluq etmişik. Həmişə də bu aspektdə çalışacağıq. Düşünürəm ki, bu bir tarixi hadisədir".

V.Mustafayev kanalın gələcək taleyilə yanaşı ANS-in bağlı qalan arxivinin də qaranlıq olduğunu deyir:

"Azərbaycanın müasir tarixinin video arxivi ANS-dədir. Biz onu 25 ildir qorumuşuq. İndi isə həmin arxivin də taleyi ANS-in taleyi kimi müəmmalı olaraq qalıb. İnşallah ANS-in taleyi həll olunan kimi, arxivin də taleyi həll olunar. Bugünkü vəziyyət bizdən asılı deyil. İmkanlarımız hazırda çərçivə daxilindədir və həmin çərçivədən çıxa bilmirik. Hazırda arxiv doğurdan da acınacaqlı vəziyyətdədir. Bütün yayı kondisionersiz, havalandırma sistemi olmadan keçdi. Hətta imkanımız olmadı ki, arxivin vəziyyətinə baxaq. Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik. Yaranan gündən, gözləyirik ki, bizi nə zaman bağlayacaqlar. Müxtəlif dövrlərdə, müxtəlif qurumlarla işləmişik. Həmişə bilmişik ki, hansısa qüvvələr bizə qarşı kin bəsləyir. Çalışmışıq həmişə obyektiv olaq və qərəzsizliyimizi saxlayaq. Bu səbəbdən də, həmişə arxivin bağlı qalma ehtimalını nəzərə alaraq. Onun zərər görməməsi üçün müəyyən tədbirlər görmüşük. Ümid edirik ki, gördüyümüz bu tədbirlər nəticəsiz olmayacaq".

Azərbaycan kanallarında Qarabağ mövzusunda verlişlərin yayımlanmaması məsələsinə gəlincə, Vahid Mustafayev bunu həmin şirkət rəhbərlərinin bu sahədə az məlumatlı olması ilə əlaqələndirdi: "Söhbət məhz Qarabağdan və bizim müharibəmizdən gedirsə, ola bilsin ki, bu insanlar həmin hadisələrdə iştirak etməyiblər. Ümumiyyətlə onların bu hadisələrdən xəbəri yoxdur. Ola bilər ki, xəbərsiz olduqlarından, müharibədə dost-qardaşlarını itirmədiklərindən, bu mövzuya laqeyid yanaşırlar. Çox təəssüf olsun".

Bu məsələdə biznes maraqlarına gəlincə, V.Mustafayev həmin verilişlərin tamaşaçılar tərəfindən baxılmaması fikirlərinin səhv olduğunu düşünür: "Düşünmürəm ki, vətənpərvər verilişlərə Azərbaycan xalqı baxmır. Sözsüz ki, baxır. Sadəcə olaraq bu onların istiqamətidir. Bu bir yoldur ki, onun yolçusu olasan. Məsələn ciyəri yanıb, su içmək istəyən adam heç vaxt "Coca-Cola" içməz. Çünki bu onu daha çox yandıracaq. Bizim üçün Qarabağ və vətənpərvərlik mövzusu daha asan idi. Çünki özümüz müharibədən çıxmışıq. Həm də, bu bizim üçün çox vacib idi. Ona görə ki, gecə də yuxularımızda yanımızda güllədən yıxılıb ölənləri, şəhidlərimizi görürük. Yaralıları görürük. Biz özümüz həmin döyüşlərdə yaralar almışıq. Həmin odun içindən çıxmışıq. Çox təəssüf olsun ki, hazırda vacib mediada olan insanların çoxu bu mövzudan xəbəri yoxdur. ANS kanalının da olmadığı bir dövrdə təhlükə var ki, bu mövzu yavaş-yavaş unudulsun. Biz İrəvan xanlığını, Zəngəzuru itirdik. Belə davam etsə, ANS kimi kanal, bu müharibəni görən və torpaqlarımızın uğrunda vuruşan adamlardan ibarət hansısa media qurumu olmasa, böyük bir ehtimalla illərlə yavaş-yavaş Qarabağ da mövzu olaraq gündəmdən çıxa bilər".

V.Mustafayev son olaraq əlavə edib ki, nə qədər mətbuatdadır Qarabağ mövzusunu daim işıqlandıracaq: "Mən nə qədər sağam, qoymaram ki, Qarabağ mövzu olaraq gündəmdən silinsin. ANS kanalı olmasa da, biz varıq. Əllərimiz işləyir, ürəyimiz döyünür. Düşmənlə də hər an vuruşmağa hazırıq. Televiziya olmasın, başqa bir şey olsun. Qarabağ və torpaqlarımızın geri qaytarılması mövzusunu daim işləyəcəyik. Bu televiziya, yaxud radio ilə olacaq, dəqiq deyə bilmərəm. Əsas odur ki, televiziyanı, radionu tutan əllər olsun, döyünən isti ürəklər olsun. Bu bizdə var".

Xəbərlər     Baxılıb: 5314   Tarix: 20 sentyabr 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Düzgün qidalanmada bitki yağları vacib rol oynayır. .   -a istinadən xəbər verir ki, lakin bəziləri qiyməti yüksək olan yağların daha sağlam olduğunu düşünür. Hansı yağları ən bahalı və faydalı adlandırmaq olar?. Arqan. Dəriy

.

Bağırsaq üçün ƏN FAYDALI QİDA

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib. Bu xəstəliyi olanlar banan yeməlidir. Mixəyi

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Bəzən kartof qızardarkən dilimlərin bir hissəsi yanır, digər hissəsi isə çiy qalır .Ən çətin şey, xoş bir rəngin iştahaaçan görünüşə nail olmaqdır. Bəs, biz dadlı və xoş görünüşlü kartofları necə hazırlaya bilərik? .   -

.

Çiyələyin dibinə YOD TÖKÜN – Bol məhsul üçün qeyri-adi yol

Yod bitkilər üçün əla dərmanı növüdür. Ondan düzgün istifadə etsəniz, bir çox bitkilərin məhsuldarlığı arta bilər. Bunlardan birincisi çiyələkdir. .   -a istinadən xəbər verir ki, yod çiyələk kollarının vəziyyətinə müsbə

.

15 gündə qarın piyini əridən içki

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Bu qidadan yeyən kişilər serialı intim yaxınlıqdan üstün tuta bilər - Uroloq Asaxanov

Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxano

.

İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz. -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinolo

.

Çiyələk bu xəstəliyin qarşısını alır

Çiyələk sağlam ağıl və güclü yaddaşı qorumağa kömək edir. "Unikal"a istinadən xəbər verir ki, bu barədə Cincinnati Universitetinin Akademik Sağlamlıq Mərkəzinin alimləri araşdırma aparıblar. . Bağırsaq üçün ƏN FAYDAL

turlar.az

sonxeber.az qaşların formalari geyim necə seçməli qadin dunyasi saca xina qoymaq qaydasi qirmizi mercinin hazirlanmasi uşaq geyimləri baliqqulagi kosmetika aydin sani bayati seksi hamilelik azərbaycan