Virus hepatitləri

Virus hepatitləriVirus hepatiti insanın infeksiya xəstəliklərinin böyük qrupunu təşkil edir. Virus hepatitləri ümumi intoksikasiya simptomları və qara ciyərin zədələnməsi ilə xarakterizə edilir. Xəstəliklər oxşar bir klinik mənzərəyə malikdir və sarılıq, anterik və asemptomatik formalarda baş verir. Ölkəmizdə daha çox B və C virus hepatitləri qeydə alınır.
B virus hepatiti
Dünyanın bütün ölkələrində, o cümlədən də Azərbaycanda geniş yayılmış və daha təhlükəli virus hepatit formasıdır. Tez-tez qara ciyərin serrozu və qara ciyər xərçənginə səbəb olur. Əhalinin ölümünə səbəb olan 10 səbəbdən doqquzuncu yerdə qərarlaşıb.
B virus heptatiti bizim yaşadığımız mühitdə çox sabitdir. Qanda və onun preparatlarında illərlə qala bilir. Otaq tempraturunda ətraf mühitin əşyaları üzərində 3 ay qala bilir.
İnfeksiya mənbəyi xəstələr və virus daşıyıcılarıdır, onlar virusu ətraf mühitə selik, göz yaşı, sidik, nəcis, döş südü, vaginal yol, sperma və qanla ötürə bilirlər. Yoluxma qan köçürmə, selikli qişalar və zədələnmiş dəri örtüyü vasitəsilə keçir:
-Cinsi əlaqə zamanı;
-Xəstənin istifadə etdiyi diş fırçası, üzqırxan, manikür alətləri, hamam süngəri, daraq, dəsmal, yataq mələfəsi, mətbəx alətləri, oyuncaqlardan istifadə edəndə;
-Tatu, pirsinq vurduranda, saç kəsdirəndə, manikür, pedikür etdirəndə;
-Ana bətnində olan körpəyə anadan keçir və ya doğuş zamanı yoluxur;
-steril olmayan alətlərlə müalicəvi-diaqnostik manipulyasiya (ginekoloji, stomatoloji, cərrahi, endoskopik vəs.) zamanı;
-Qrup şəklində bir və ya bir neçə şpritsdən ven daxili narkotik maddə istifadəsi zamanı.
İnkubasiya dövrü 60 gündən 120 günə qədər, maksimal isə 180 gündür.
İlk dövr üçün zəiflik, iştahsızlıq, ürək bulantısı, tez-tez qusma halları xarakterikdir. Sağ qabırğa altında, iri oynaqlarda gecələr və gündüz saatlarında ağrılar meydana gəlir. Eyni zamanda dəridə səpki və qaşıntılar üzə çıxır. Sonrakı mərhələdə sidiyin rəngi tündləşir, nəcisin rəngi açıq olur, sarılıq yaranır.
Bununla yanaşı, Hepatit B simptomsuz formada və ya virus daşıyıcısı formasında da ola bilər. Bir çox daşıyıcılar sonradan Hepatit B virusunun xroniki xəstəsinə çevrilirlər.
Hepatit C
Hepatit C virusu da əsasən son dövrlər geniş yayılmış infeksiyadır. Hepatit B virusu kimi eyni yoluxma hallarına sahibdir. Son illər isə Hepatit C-yə yoluxmada narkotik maddələr liderlik edir.
Hepatit C-nin inkubasiya dövrü daha az, yəni 1-3 aydır. Qara ciyərə düşən virus çox nadir hallarda ağır xəstəliyə səbəb olur. Hepatit C adətən yüngül keçir, bəzən sarılıq meydana çıxmır. Amma daha çox qara ciyərin serrozu və qara ciyər xərçəngi kimi ağır fəsadların yaranma prosesi də müşahidə edilir. Bu səbəbdən virusu "sakit qatil" adlandırırlar. Çünki insanlar Hepatit C virusuna yoluxduqlarını 10-15 il sonra, fəsadlar üzə çıxanda anlayırlar.
Virus hepatitinə yoluxmanın qarşısını necə almalı
Profilaktik tədbirlər arasında şəxsi gigiyena qaydalarına əməl etmək böyük yer tutur: yeməkdən əvvəl əlləri yumaq, tualetdən çıxıb əlləri yumaq, nəqliyyatdan endikdən sonra, pul və digər əşyalara toxunduqdan sonra əlləri yumaq mütləqdir. Çünki bəzi əşyaların üzərində virus ola bilər. Eyni zamanda meyvə, tərəvəz və giləmeyvələri qida kimi qəbul etmədən əvvəl qaynar su ilə yumaq lazımdır. Qaynanmış və ya qablaşdırılmış su içmək, küçədə alver edən satıcılardan qida məhsulları almamaq lazımdır.
A, B və digər virus hepatitlərinin xüsusi profilaktikası üçün vaksinləşdirmə də aparılır. Ehtimal edilir ki, yaxın illərdə Hepatit C-yə qarşı da vaksinasiya mümkün olacaq.
Bir çox hallarda insan sağlamlığına görə özü məsuliyyət daşıyır və özünü bir çox xəstəliklərdən, o cümlədən virus hepatitlərindən də qoruya bilər. Bunun üçün isə şəxsi profilaktika qaydalarına əməl etməli və bunu təhlükəsizliyi asılı olan şəxslərdən də tələb etməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 952   Tarix: 04 iyun 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

turlar.az

sonxeber.az makiyaj instagram yay kolleksiyasi geyim dəbləri evdarlıq kitabı qas duzeltme gün vurmanın əlamətləri xinayaxdi sozleri kosmetika ağır itki novruza aid hakışda bayatı ana haqqinda bayati janrlar