"Vüqarın ölümünə anası dözmədi, mən şəkər tapdım, ayaq barmaqlarımı kəsiblər

"Güclü şəkərim var idi, sol ayağımın 5 barmağını kəsiblər. Müalicə ilə alınmadı, şəkər yüksək idi, həkim dedi ki, mütləq kəsilməlidir. Mən də özümə baxmadım, indi onun ağrısını çəkirəm. Özümü elə də yaxşı hiss etmirəm, evdə müalicə alıram. Həkim gəlib qulluq edib, gedir. Elə yaxşı insandır ki. Yavaş-yavaş evin içində gəzirəm. Oğlumun yanında qalıram, baldızım da qonşumdur, gəlib yeməyimi verir, evi yığışdırıb gedir".
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra əlavə edib.
"İki oğlum olub, təbii ki, ata üçün övladlarının hər biri əziz və istəklidir, amma Vüqar ayrı övlad idi. Vüqar bir dənə idi, gəldi və getdi. Həm sənətdə, həm də həyatda. Allah onu bizə çox gördü. Onun ölümündən sonra anası dözə bilmədi, rəhmətə getdi, mən də güclü şəkər xəstəliyi tapdım. Onsuz dözmək çox çətindir, mən övlad yox, dağ itirdim. Belimi qırıb getdi. Onun üçün məzarının üstündə heykəl ucaltdım. Ayağ barmaqlarım kəsilsə də bu gün də məzarı üstünə getmişdim. Hər cümə axşamı, 2 gündən bir gedib məzarını ziyarət edirəm. Onu tək qoymuram, yeganə təsəllim onun məzarıdır. Gedib gələndən sonra rahatlıq tapıram" deyə meyxanaçının atası bildirib.
 Meyxanaçının atası oğlunun pandemiyadan sonra evlənmək istədiyini də bildirib.
"Evə saat neçədə gəlirdisə mənimlə danışıb, məni qucaqlayıb, öpüb gedirdi. Bəzən düşünürəm ki, mən ölməli idim, amma o rəhmətə getdi. Zarafata salıb deyirdim ki, "gəl səni evləndirək". Deyirdi ki, "evlənərəm də". Pandemiya bitdi, dedi ki, "ata, sən nə deyirsənsə odur, evlənirəm". Amma evlilik ona qismət olmadı. Onun yoxluğu ilə barışa bilmirəm" deyə meyxanaçının atası bildirib.

Şou Biznes     Baxılıb: 974   Tarix: 18 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alt paltarında mağazaları gəzdi - FOTOLAR

Dünyaca məşhur müğənni Doja Cat və Quram Qvasalia birlikdə görüntüləniblər.  . AZXEBER.OM xəbər verir ki, müğənni və onun layihələrinin direktoru Nyu Yorkda alış-veriş edərkən kameralara tuş gəlib. 28 yaşlı Doja Catin mağazalar

.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. -a istinadən xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jaləni

.

Nyuşa boşandığını açıqladı

Rusiyalı müğənni Nyuşa yeddi illik evliliyindən sonra əri İqor Sivovdan boşandığını açıqlayıb. Rusiya məttbuatına əsasən xəbər verir ki, bu barədə o, ilk dəfə danışıb. "İqor və mən uzun müddətdir ki, birlikdə deyili

.

Talıb Tale evlənir

Müğənni Talıb Tale evlənməyə hazırlaşır. -a istinadən xəbər verir ki, ifaçı Bahar adlı xanımla ailə həyatı qurur. Onların toyu 25 may tarixində şəhər restoranlarının birində baş tutacaq. Qeyd edək ki, 43 yaşlı müğənni bi

.

Buse Aras Bulutla sevgili olduğunu etiraf etdi

Bir müddətdir həmkarı Aras Bulut İynemli ilə sevgili olan aktrisa Buse Meral müsahibə zamanı bir-birinin ardınca verilən sualları cavablandırıb. xəbər verir ki, şəxsi həyatı ilə bağlı danışmaq istəməyən aktrisa xoşbəxt olduğunu

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

.

Sizdə bu vitaminlər çatmırsa....- RİSKLİ XƏSTƏLİK

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. Londondak

.

Əfsanəvi Thomas Anders Bakıya gəlir

Əfsanəvi "Modern Talking" qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders Bakıya gəlir. xəbər verir ki, sənətçi "Dream fest" beynəlxalq musiqi festivalında çıxış edəcək. O, iyulu

.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". -a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğun

turlar.az

sonxeber.az reseptler aksessuarlar gelinlikler nagillar haxışta sözləri turşu resepti qas duzeltme kosmetika uzeyir sağlamlıq veten seirleri kökəlmək üçün ikizler