"Xala-bibidən bol olan kişilərin daha çox qız övladı doğulur" - Ginekoloqla MÜSAHİBƏ

"Son illər erkən abortların (səkkiz həftəyə qədər) sayında azalma müşahidə olunsa da, gec müddətlərdə  olan (12-16-cı həftələrdə və daha gec) abortların sayı artıb. Bu isə selektiv abortlar (cinsiyyətə görə) və tibbi abortlarla (qüsurlu hamiləlik) əlaqələndirilir".
Bu sözləri tanınmış mama-ginekoloq Şəymən Qədimova deyib. Həkim abortlarla bağlı oxu.az əməkdaşının suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Azərbaycanda abort sayı hansı səviyyədədir? Hər ay abort etdirmək üçün nə qədər xanım müraciət edir?
- Son illərin statistikası göstərir ki, Azərbaycanda abortların sayı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq qədər azalıb. Bu isə əhalinin abortlar haqqında geniş maarifləndirilməsi ilə izah edilir. Abortların qarşısının alınması üsullarının (kontraseptivlər) geniş tətbiqi süni abortların azalmasına gətirib çıxarır. Uşaqlıqdaxili vasitələr (spirallar), eləcə də dərialtı implantlar haqqında sosial şəbəkələrdən əldə etdikləri informasiya reproduktiv yaşda olan qadınların bu üsullara müraciət etməsinə səbəb olur və bu da öz növbəsində abortların sayına təsir göstərir.
- Abort üçün nəyi əsas gətirirlər? Yəni övladın qüsurlu doğulacağı ehtimalı, yoxsa cinsiyyətə görə abort etdirilir?
- Acı həqiqətdir ki, Avropa, ABŞ və hətta Rusiyadan fərqli olaraq bizim ölkəmizdə cinsiyyətə görə kütləvi abortlar edilir və bu say günü-gündən artmaqda davam edir. Bir praktiki mama-ginekoloq kimi müraciət edən qadınları nə qədər fikirlərindən daşındırmağa çalışsaq da, abortların qarşısının alınmasında istədiyimiz nəticəni əldə edə bilmirik. Mən deyərdim ki, bu gün əsasən qız uşaqlarına görə kifayət qədər selektiv abortlar edilsə də, bəzən iki qızı olan analar çox rahatlıqla oğlan cinsli dölləri də abort etdirirlər. Nəinki selektiv, hətta erkən abortları belə, icra etməyən bir həkim kimi bu problem məni də çox narahat edir. Problemi isə abortlar haqqında dövlət əhəmiyyətli qanunun mövcud olmamasında görürəm.
Qüsurlu uşaqlara görə abortlar müxtəlif müəssisələrin USM-nin nəticələri əsasında aparılır və tibbi abort hesab olunur. Bəli, bu səbəbdən aparılan abortların sayı da əvvəlki illərlə müqayisədə artıb. Qüsurlu hamiləlik tibbi-texniki təchizat və yüksək ixtisaslı mütəxəssislərin vaxtında perinatal diaqnostika imkanları hesabına aşkar edilir.
- Bəs tərəflər arasında nikahın olmaması abort faizində nə qədər rol oynayır?
- Nikahın olmamasına görə gerçəkləşən abortlar bu gün mövcud olsa da, əvvəlki illərlə müqayisədə daha azdır. Nikahı olmayan qadınlar son illər hamiləliyin axıra çatdırılması arzularını və ya planlı surətdə hamilə olmaq niyyətlərini daha rahat həyata keçirirlər.
- Neçənci aydan sonra abort etdirmək olmaz? İlk uşağın abort edilməsi qadının yenidən ana olmasını hansı hallarda riskə atır?
- Son illər abortların "kürtaj" deyil, aspirasiya (sorucu vasitə) üsulu ilə icra edilməsi abortdan sonrakı fəsadların qarşısını aldığından ilk hamiləlik zamanı abort yüksək risk hesab edilmir. Lakin bu, ilk hamiləliklərdə asanlıqla abort etmək anlamına gəlmir. Çünki abortun çox böyük fiziki, maddi və mənəvi fəsadları mövcuddur.
- Uşaqlar arasında minimum neçə il fərq olmalıdır və bunun əsası nəyə dayanır?
- Hamiləliklər arasında intervalın bir-iki il olması daha məsləhətlidir. Amma bu, qadının arzusundan asılıdır. Belə ki, arzu edən qadın hətta qeysəriyyə əməliyyatından belə bir neçə ay sonra hamilə qala bilər. Sadəcə tibbi tərəfdən bir-iki il intervalın gözlənilməsi tövsiyə olunur.
- Birinci uşaqda düşük yaşayan qadın yenidən övlad sahibi olmaq üçün neçə il gözləməlidir? Əgər qadın ilk düşükdən bir neçə ay sonra hamilə qalarsa, uşaqda nə kimi fəsadlar özünü göstərə bilər?
- Düşükdən sonra təkrar hamiləliyin planlaşdırılması düşüyün səbəbindən asılıdır. Bunun üçün dəqiq bir müddət yoxdur. Səbəbdən asılı olaraq təkrar hamiləliyə icazə verilir. Əgər qadının təkrar hamilə qalmasına ciddi bir əks-göstəriş yoxdursa, hətta bəzən hamiləlik qadının psixoloji sarsıntıdan azad olmasının yeganə çıxış yolu hesab edilir.
- Bu məsələyə əvvəl də toxunduq. Bəzi ailələr övladları qız olacaq deyə aborta üz tuturlar. Hətta kişilər var ki, oğulları olmur deyə qadından boşanırlar. Övladın cinsiyyətində qadın, yoxsa kişi genləri rol oynayır?
- Son illərin tədqiqatları göstərir ki, dölün cinsiyyətinin formalaşmasında cütlüyün irsiyyəti mühüm rol oynayır. Tədqiqatlar sübut edir ki, nəslində xala və bibiləri çoxluq təşkil edən kişilərin ailəsində qız uşaqlarının doğulma ehtimalı daha yüksəkdir.
- Aborta üz tutan vətəndaşlar üçün maarifləndirmə aparılırmı? Yəni bəzi xanımlar var ki, cinsi münasibətdə məlumatsız olurlar, onlara nə kimi tövsiyələr verirsiniz?
- Son illər istər şəxsi həkimləri, istərsə də internetdən əldə etdikləri məlumatlar qadınlar arasında abortların sayının kifayət qədər azalmasına, abortların medikamentoz üsulla aparılmasına gətirib çıxarıb. Selektiv abortların həddən çox icra olunması isə, kifayət qədər maarifləndirilmə aparılsa da, ümumi abort sayının azalmasına imkan vermir.
Milli.Az

Xəbərlər     Baxılıb: 956   Tarix: 27 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri reseptler hekayələr sevgi sonsuzluq kişilərə təsir etmək salatlarin bezedilmesi kosmetika webnem tovuzlu vətənə aid atalar sözləri narin faydasi azerbaycanli is adami amerikada gullelendi vətənə aid bayatılar