Yağlı saçlara qulluq edilməsi

Yağlı saçlara qulluq edilməsiSaçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.
Saçlar bu piyi özlərinə tez hopdurur ki, bunun da nəticəsində onlar pis parıldayır, birbirinə yapışırlar. Belə saçlara toz və çirk də daha tez yapışır. Əksər hallarda belə saçların üzərində yağlı kəpəklər (yağlı seboreya) görmək olur.
Saçların yağlı olmasının səbəbləri dərinin yağlı olması səbəbləri ilə eynidir: irsiyyət, qeyri-düzgün qulluq və s. Bəzi hallarda saçların həddindən artıq yağlı olmasının səbəbi sinir və endokrin sistemlərinin fəaliyyətində olan pozğunluqlar olur. Buna görə də saçlarınızın çox yağlı olduğu halda məsləhət üçün mütləq həkim-trixoloqa (saçların müalicəsi üzrə ixtisaslaşan mütəxəssis) müraciət etmək lazımdır. Tələb olunduğu halda həkim-trixoloq sizi endokrinoloq, nevropatoloq və digər həkimlərin müayinəsinə də göndərə bilər. Belə ki, əksər hallarda qadınların endokrin sistemində olan hormonal pozğunluqlar saçların artıq dərəcədə yağlanmasına səbəb olur. Bu halda, əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal vəziyyətə qayıdır.
Əgər saçların yağlı olması sizə irsi olaraq ötürülmüşsə, bu halda da dilxor olmaq lazım deyil. Düzgün qulluq edilməsi sizin saçlarınızı da sağlam, elastik və gözəl edə bilər.
Yağlı saçları onlar çirkləndikcə yumaq lazımdır. Yağlı saçların yuyulması üçün isti sudan istifadə etmək olmaz. Su nisbətən sərin olmalı, ancaq diskomfort yaratmamalıdır. Heç bir halda saçlarınızı digər tipli saçlar üçün nəzərdə tutulan şampunlarla yumaq olmaz. Bu halda piy vəziləri piyi daha çox miqdarda ifraz etməyə başlayır.
Bu tip saçlara qulluq etmək üçün yağlı saçlar üçün nəzərdə tutulan və tərkibində gicitkən, adaçayi, dəvədabanı, çöl qatırquyruğu, dəniz yosunları ekstraktları olan şampunlar, protein, A, S, K vitaminləri, sink tərkibli şampunlar, həmçinin xüsusi müalicəvi şampunlar yaxşı uyğun gəlir. Saçlarınızı hər gün yumalı olursunuzsa, bu məqsədlə saçların gündəlik yuyulması üçün nəzərdə tutulan (şampun qutusunun üzərindəki yazıları oxuyun) yumşaq şampunlardan istifadə etmək tövsiyə olunur. Saçların axırıncı yaxalanması üçün 1 litr suda 1 xörək qaşığı sirkə həll edilməsi ilə alınan məhluldan istifadə etmək olar.
Başı yumamışdan qabaq, başın dərisinə yağsızlaşdırıcı vasitələrdən hər hansı birini sürtmək daha yaxşı olardı: aloye (əzvay) şirəsi, müxtəlif müalicəvi otlardan hazırlanan dəmləmələr. Maksimal effektin alınması üçün, bu proseduraları günaşırı olmaqla, heç olmasa 1 ay müddətində yerinə yetirmək lazımdır.
- Şam və ya küknar ağacının yaşıl iynəli yarpaqlarından 3 xörək qaşığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib 20 dəqiqə qaynadın. Alınan tərkibi süzərək saçların yuyulmasından əvvəl başın dərisinə sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.
- Xırda-xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.
- 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə ərzində vam odda qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.
- Heyva meyvəsinin mərkəzi hissəsini tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb vam odda qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldır, yağlı seboreyanı müalicə edir.
- Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.
- Əgər sizdə xardala qarşı dəri reaksiyası yoxdursa, saçlarınızı yuyarkən aşağıdakı tərkibdən istifadə etmək olar: 1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun və yaxalayın.
Sizin saçlarınız yağlıdırsa, sizə başın dərisini masaj etmək, saçlarınızı tez-tez daramaq olmaz! Çünki bunun nəticəsində piy vəzilərinin fəaliyyəti güclənir və piy ifrazı da artır. Yağlı saçları yalnız mütləq zərurət yarandığı halda daramaq lazımdır. Həm də bu zaman elə etmək lazımdır ki, daraq və ya şotka başın dərisinə toxunmasın. Bu halda dəri tərəfindən ifraz olunan piy saçların uzunluğu boyu daha az dərəcədə yayılacaq. Yağlı saçları dişləri daha iri, aralarındakı məsafə isə daha çox və ucları girdələşdirilmiş olan daraqla daramaq lazımdır. Darağın dişləri iti olduqda, onlar baş dərisini cızdığı üçün  dəri təfindən piy ifrazı daha da artacaq. Eyni məsləhət saçların yuyulmasına da aiddir - dırnaqlarınızla başın dərisini güclü qaşımaq olmaz.
Yağlı saçları yuduqdan sonra onları aşağıdakı ot dəmləmələri ilə yaxalamaq çox xeyirlidir:
- 1 xörək qaşığı pıtraq bitkisinin təzə köklərini doğrayın və 2 xorək qaşığı qurudulmuş kalendula çiçəklərilə qarışdırın. Sonra üzərinə 1 litr qaynar su tökün və 20 dəqiqə vam odda qapağın altında qaynadıqdan sonra süzün. Həftədə iki dəfə olmaqla saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın. Bu tərkib baş dərisinin və saçların yağlılığını azaldır.
- Hərəsindən 2 xörək qaşığı qatırquyruğu, acı nanə, palıd qabığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib 40 dəqiqə saxladıqdan sonra süzün. Hazır olan dəmləmə ilə həftədə 2 dəfədən az olmayaraq yuyulmuş saçlarınızı yaxalayın.
- 2 xörək qaşığı xırda doğranmış gicitkən bitkisi, 1 xörək qaşığı palıd qabığı, 2 xörək qaşığı kalendula bitkisinin çiçəklərini qarışdırıb üzərinə 2 litr qaynar su əlavə edərək 30 dəqiqə saxladıqdan sonra süzün. Saçlarınızı alınan bu dəmləmə ilə yaxalayın və yumadan qurudun.
- Süzülmüş ilıq gicitkən dəmləməsinin (3 xörək qaşığı ot + 2 litr su) üzərinə 2 xörək qaşığı alma sirkəsi və ½ limonun şirəsini əlavə edin. Hazırlanmış dəmləməni yuyulmuş saçlarınıza sürtüb 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxşı-yaxşı yaxalayın. Bunu həftədə 1 dəfə etmək olar.
- 2 xörək qaşığı adaçayının üzərinə 1 litr qaynar su töküb 30 dəqiqə saxlayın və sonra süzün. Üzərinə 1 xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın və təmiz saçlarınıza sürtün, bir qədər sonra saçlarınızı yaxşı-yaxşı yaxalayın.
- Gicitkən, palıd qabığı, dazı otu bitkilərindən bərabər miqdarda olmaqla 3 xörək qaşığı götürərək üzərinə 1 litr qaynar su tökün. 10-15 dəqiqə ərzində vam odda qapağın altında qaynadın, bir qədər soyudub süzün və saçlarınızı yuduqdan sonra yaxalayın.
Yağlı saçları ancaq çox nadir halda fen ilə qurutmaq və onlara forma vermək ("ukladka") olar. Bütün digər hallarda saçlara fensiz qurumağa imkan vermək lazımdır. Yağlı saçları bir qədər qısa qırxmaq məsləhət görülür ki, bu zaman onlara forma vermək də lazım gəlməsin. Bu halda saçlar daha uzun müddət ərzində sağlam görünəcək və tez-tez yuyulma da tələb olunmayacaq.
Fendən istifadə edilməsinə zərurət yarandıqda, saçları yaş olarkən qurutmayın, qurumağına az qalmış fen ilə forma verin - bu halda yağlı saçlar isti havaya daha asan dözürlər. Ümumiyyətlə isə, yağlı saçları olanlar soyuq qurudulması olan fenlərdən istifadə etməlidirlər. Yağlı saçlara forma verilməsindən ("ukladka") əvvəl onların üzərinə piy əleyhinə olan xüsusi vasitələr çiləmək lazımdır.
Yağlı saçlara qulluq edərkən onları tam şəkildə şəffaflaşdırmaq ("osvetleniye") məsləhət görülmür, yaxşı olar ki, onlara "melirovaniye" edəsiniz. Saçların şəffaflaşdırılması nəticəsində onlar nahamar olduqları üçün piyi özlərinə daha yaxşı hopdururlar. Saç boyaları yağlı saçları bir qədər yağsızlaşdıra bilər. Əgər siz saçlarınızın təbii rəngini dəyişmək istəmirsinizsə, eyni çalara malik olan boya seçə bilərsiniz. Saçların yağlanmasını ləngitmək üçün onların yüngül kimyəvi burulmasını etmək olar. Ancaq bunu yalnız 6 aydan bir edin.
Saçları yağlı olanlar müəyyən pəhrizə əməl etməlidirlər. Yemək təzə hazırlanmış, zülal və minerallarla zəngin olmalıdır. Yağsızlaşdırılmış süd məhsulları (kefir, qatıq, asidofilin, kəsmik və s.) də xeyirli hesab olunur. Meyvə və tərəvəzlər (xüsusən də kələm və çuğundur), maş, lobya, balıq, yağsız ət, sıyıqlar (düyü, yulaf, qarabaşaq və s.) da vacib hesab edilən qidalardır. Qeyd edilən bütün bu qidaların tərkibində silisium, kükürd, sink, dəmir, kobalt, mis və digər kimyəvi elementlər vardır ki, onlar da, orqanizmdə maddələr mübadiləsinin normal şəkildə getməsi üçün çox vacib hesab edilirlər.
Yağlı qidalar, konservləşdirilmiş və hisə verilmiş məhsullar, müxtəlif şorabalar, kəskin yeməklər, ədviyyatlar (qıtığotu, xardal, istiot), qəhvə və s. bu kimi məhsulların qəbul edilməsi məsləhət görülmür. Şokolad, yağlı xəmir məhsulları, ağ çörək, şəkər, heyvani piylərin qəbul edilməsini isə kəskin məhdudlaşdırmaq lazımdır. Bundan başqa, bütün orqanizmin sağlamlığı kimi, saçların da sağlamlığı üçün fiziki hərəkətlər, idmanla məşğul olmaq, təmiz havada gəzintilər də çox vacib hesab olunur. Fiziki hərəkətlər qan dövranını, maddələr mübadiləsini normallaşdırır, orqanizmdə yağların mənimsənməsini yaxşılaşdırır. Günəş şüaları saçları çox yaxşı yağsızlaşdırır, amma bu zaman müəyyən hədlərə də riayət etmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 827   Tarix: 08 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Ədviyyatlı yemək zamanı orqanizmdə nə baş verir?

Ədviyyatlı qidaların tez-tez istifadəsi qida borusu xərçənginə səbəb ola bilər.   -a istinadən bildirir ki, ədviyyatlı qidalar bədəndə unikal reaksiyalar yaradır. Bibər və digər ədviyyatlı qidalarda olan kapsaisin sinir sistemindək

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

turlar.az

sonxeber.az qadin sayti makiyaj instagram geyim seçimi eşq və məhəbbət royanin oglu ana haqqinda atalar sozleri valideynə məsləhət kosmetika bayraq azerbaycan baldiz salatlar klitor