Yaponların uşaqları dahiyə çevirən TƏRBİYƏ METODLARI

Yaponların uşaqları dahiyə çevirən TƏRBİYƏ METODLARIYaponiya qəribə ölkədir. Bütün dünya yaponların öz xalqı və təbiətlə harmoniyada yaşamaq arzusuna vurulur, onların inadına və səbrinə həsəd aparır. Bu, onların yeganə xarakterik xüsusiyyətləri deyil. Yaponların tərbiyə metodları da çox fərqlənir.
Publika.az bu gözəl xalqa dərin hörmət bəsləyir və Yaponiyada valideynlərin uşaqların tərbiyəsinə yanaşması sizinlə bölüşmək istəyir.
Gündoğan ölkədə ilk olaraq nəsillər arasında qeyri-adi qarşılıqlı anlaşma nəzərə çarpır. Uşaqlar elə bil, ümumiyyətlə, naz və şıltaqlıq etmirlər. Belə yekdilliyin səbəblərindən biri - uzaq keçmişdən gələn uşaqla birgə qalmaq ənənəsidir.
Belə ki, qədim zamanlardan başlayaraq analar işi ilə uşaq tərbiyəsini birləşdirirdi. Körpə anasına parça ilə bağlanır və daim yanında olurdu. Bu zaman ana daim uşağına səslənir və onunla danışırdı. Bu amil uşağa bütün proseslərdə özünü hiss etməyə imkan verir və vaxtından tez inkişaf etməsinə şərait yaradırdı. Məsələn, Yaponiyada uşaqların addımlamağa başlamazdan əvvəl danışmağı öyrənməsi tez-tez rast gəlinən adi haldır.
Və bu gün Yaponiyada gənc ana hara getməsindən və nə ilə məşğul olmasından asılı olmayaraq körpəsini həmişə ya arxasında gəzdirir, ya da qucağında saxlayır.
Adətən, ana uşağın 3 yaşı tamam olana qədər məzuniyyət götürür və evdə oturub uşağa baxır. Bundan sonra isə onu uşaq bağçasına verirlər. Yaponlarda körpələr evi də var, amma balaca uşağın tərbiyəsinin onlara etibar etmək müsbət qarşılanmır, eləcə də nənə və babasının himayəsinə vermək yolverilməzdir.
Lap erkən yaşlarından uşağa öz hisslərinə, hətta onu əhatə edən əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Əgər uşaq sevdiyi maşınını sındırmağa çalışırsa, ana heç bir şey etməyəcək, sadəcə "Sən onu incidirsən" deməklə kifayətlənəcək.
Balacalarla təkcə qadınlar məşğul olmur. Kişi də öz körpəsinin qayğısına qalır, ona böyük həvəslə dayəlik edir. Uşaqlar sanki valideynlərinin diqqət və sevgi dənizində çimirlər. Burada uşaqlara səsini ucaltmaq, öyüd-nəsihət vermək qəbul olunmayıb, cismani cəzalar haqqında danışmağa ümumiyyətlə dəyməz. Bununla belə yaponlar öz uşaqlarını heç vaxt ərköyün böyütmürlər. Yaponlar belə hesab edir ki, uşağı ərköyün etmək ondan imtina etməyə bərabərdir. Uşaqlar isə əgər valideynlərinə narahatlıq veriblərsə, bir qayda olaraq, peşmançılıq və günah hissi keçirirlər.
Onlara başqalarına mane olmamaq, hər kəslə nəzakətlə davranmaq anlayışı aşılanır. Yaponlar narazılıqlarını intonasiya və baxışlarının köməyi ilə göstərir. Uşaqlar görəndə ki, valideynləri onların davranışını bəyənmir, onda özlərini müadiə etmək üçün saysız-hesabsız arqumentlər sadalamaq əvəzinə, səhvlərini düzəltməyə çalışırlar. Sözsüz ki, bütün bunlar nəsillər arasında qarşılıqlı anlaşmaya gətirib çıxarır.
Yekun olaraq onu demək olar ki, Yaponiyada uşaqlar ehtiyacı olduğu valideyn sevgisini, onların isti məhəbbətini və qayğısını hiss edir, eləcə də uşaqlıqdan kollektiv cəmiyyətin prinsiplərini mənimsəyir. Əlbəttə, bu tərbiyə sistemi bizimkindən çox fərqlənir və kiməsə paradoksal görünə də bilər. Lakin o, əsrlər boyu yoxlanılıb və ölkəsinin qanunlarına tabe olan intizamlı vətəndaşlar yetişdirməyə kömək edir.

Xəbərlər     Baxılıb: 4227   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

turlar.az

sonxeber.az qaşların formalari yemek reseptleri donlar 2024 kosmetologiya hakışta morugun faydasi qış geyimləri kosmetika qogal orqazm burclerin uygunlugu qaynana hakista arıqla