Yerli şou əhlinin biznesləri - Restoranlar, gözəllik salonları...

Yerli şou əhlinin biznesləri - Restoranlar, gözəllik salonları...Azərbaycan şou-biznesinin bəzi tanınmış simalarının qazancı yalnız toy biznesindən gəlmir. Müğənnilərin bir qisminin şəxsi biznesləri də var.
Xanim.az bizneslə məşul olan bəzi tanınmışları təqdim edir:

Tanınmış şoumen Murad Dadaşovun "Cot’dAzur" adlı şirniyyat evi var. Burada qiymətlər tortun dizaynından asılı olaraq, 25 -35 manat arasında dəyişir. Bu məkanda nişan və ziyafət üçün 50 nəfərlik tort 300 manata başa gəlir.

Əməkdar artist Röya Ayxan "Först fəşn Lab" adlı yeni moda evi açıb. Peşəkar modelyer Sabina Hüseyn və onun komandası moda evində xanımlar üçün bir-birindən fərqli libaslar hazırlayır.

Müğənni İlqar Muradov "Fayton" restoranının sahibidir.

Xatirə İslam isə xınayaxdı mərasimləri təşkil edir. Burada qiymətlər 1500 manatdan başlayır. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim 5000 manata başa gəlir.

Məşhurlarımızdan olan Xəyyam Nisanov isə "Litl Smayl" uşaq əyləncə mərkəzinin sahibidir.

"Bu şəhərdə"nin məşhur simaları Rafael və Coşqun "Bu şəhərdə" restoranının sahibidirlər.

Ölkənin ən uzunmüddətli musiqi qruplarından olan "Şeron"un solisti Ülvi "Abşeron" şadlıq evinin yiyəsidir.

Rəqqasə Fatimə Fətəliyevanın "Mon Amour" kampaniyası da xınayaxdı mərasimləri təşkil edir. Dekor, ansambl, çəkiliş, "haxışda" ifaçısı və Fatimənin aparıcılığı 2000 manata başa gələ bilər.

Şou-biznesin ən zövqlü kişi müğənnilərinin başında gələn Zamiq Hüseynov ZH kişi geyim dükanının sahibidir.

Müğənni Nüşabə Ələsgərlinin "Solmaz" qadın gözəllik salonu var.

Əkiz bacılar Sevil və Sevinc ötən günlərdə SS adlı ayaqqabı butiklərinin açılışını ediblər. Bacıların növbəti hədəfi yeni dırnaq salonu və ətir mağazası açmaqdır.

Rəqsanə İsmayılovanın ötən il fəaliyyətə başlayan gözəllik salonu indi kütləvi endirimlərə başlayıb. Hətta salonda gəlinin bəzədilməsi 100 manata qədər endirilib. Üstəlıik, müğənni Moskvada da şadlıq evi açıb.

Müğənni Ruhi "Emerald" zərgərlik evinin sahibidir.

Son günlərin ən qalmaqallı müğənnisi, əməkdar artist Abbas Bağırov ABA adlı şirniyyat evi açıb.

Müğənnilikdən öncə aşpazlıqla məşhur olan Niyam Səlami "Həsir" restoranına rəhbərlik edir.

Teleaparıcı Lalə Əlimuxtarova "Nargilə" çay evinin sahibəsidir.metbuat.az

Xəbərlər     Baxılıb: 2081   Tarix: 11 aprel 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

turlar.az

sonxeber.az hamilelikde qidalanma hamiləlik gelinlikler aloy gulunun faydasi alimlər sidik yolu infeksiyasi qurd xəstəlikləri kosmetika qizliq perdesi faydalı maskalar geyim şebnem tovuzlu azerb clpaq qadinlari