Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmışHəddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır. Onkoloq qeyd edib ki, bu patogenə yoluxma ən çox yuyulmamış əllər və ya başqasının qab-qacaqlarından istifadə nəticəsində baş verir.
"Mədədəki bakteriyaların fəaliyyəti nəticəsində ilk növbədə "adi" mədə-bağırsaq xəstəliklərinə, sonra isə mədə xərçənginə səbəb olan iltihabi proseslər inkişaf edir", - Balkarov xəbərdarlıq edib.
Həmçinin, onun sözlərinə görə, pivə, pendir, hisə verilmiş və qurudulmuş qidalarda olan azot və azot turşuları da xəstəliyə səbəb ola bilər.
"Adi tərəvəz və meyvələr belə, tərkibində çoxlu nitrat və nitrit varsa təhlükəlidir. Xüsusi kimyəvi aktivliyə malik olaraq, onlar mədə selikli qişasının hüceyrələrinin bütövlüyünü poza bilirlər, sağlam hüceyrələrin şiş hüceyrələrinə çevrilməsinə səbəb olurlar", - deyə o vurğulayıb.
Qeyd edək ki, tərkibində çoxlu nitrat olan meyvə və tərəvəzlərə, o cümlədən göyərtilərə kahı, ispanaq, çuğundur, şüyüd, kələm, turp, yaşıl soğan, qovun, qarpız və s. aiddir. Təhlükəsiz qidalanma üçün nitratlarının ən çox bitkinin hansı hissəsində cəmləşdiyini bilmək lazımdır. Adətən bu köklər, saplaq, yarpaq damarları və qabıqdı. Göyərtilər üçün - bunlar bitkilərin saplaqları, xiyar, yunan qabağı və balqabaq üçün - meyvənin gövdəyə birləşdiyi yer, çuğundur və kartof üçün - qabığı; qarpız və qovun üçün - qabığın altındakı lət və s. Buna görə də bu məhsulların nəzəri cəhətdən təhlükəli hissələrini kəsmək lazımdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 691   Tarix: 20 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

turlar.az

sonxeber.az həkim məsləhəti qadin dunyasi gozel gorunmek qrip haqqında kakao kökəlməyin yolları mahuddan tikilen kishi ust geyimi kosmetika maska toy gecesı intim munasibetler qadin.az dolça