42 yaşlı Tünzalə Ağayeva cavan qalmasının SİRRİNİ AÇDI – VİDEO

42 yaşlı Tünzalə Ağayeva cavan qalmasının SİRRİNİ AÇDI – VİDEOƏməkdar artist Tünzalə Ağayeva sağlam və gənc görünməsinin sirrini izləyiciləri ilə bölüşüb.

Publika.az xəbər verir ki, əməkdar artist rəsmi instaqram hesabında detoks suyunun hazırlanma qaydasının videosunu paylaşıb.

42 yaşlı sənətçi əlavə edib ki, limon, cəfəri və kərəvizi blrenderdən keçirib hər gün suyunu içir.

Cəfərinin faydaları nələrdir?

Cəfəri arıqlamağa yardım edir. Dəmir vitamini əskik olanlar çoxlu cəfəri qəbul etməldir.

A, B1, B3, və C vitaminləri, kalsium və dəmir tərkibli olan xoş qoxulu cəfəri ət yeməkləri, şorbalar, duzlu keks və omlet, hətta plovlara dad verən gözəl bitkidir.

Böyrək və öd daşlarının düşməsinə kömək edir. İki-üç dəstə cəfərinin köklərini 4 stəkan suda qaynadın. Səhər və axşam bir çay stəkanı için. Bu çay öd və böyrəkdə olan daşların düşməsinə kömək edir.

Yeməkdən sonra ağızınızdan xoş qoxu gəlməsini istəyirsinizsə, bir neçə ədəd cəfəri çeynəyə bilərsiniz. Ağır və yağlı yeməkdən sonra özünüzü narahat hiss edə bilərsiniz. Bunu aradan qaldırmaq üçün yarım dəstə cəfərini qaynadıb az balla qarışdırdıqdan sonra içinə az miqdarda limon sıxın. Bu möcüzəvi içki həzmi asanlaşdırır.

Çoxlu cəfəri yemək, bənizimizin rəngini bərpa edir və dəriyə təravət bəxş edir. Cəfəri suyu ilə dəriyə kompres edilsə, dəri daha parlaq olur.

Cəfərinin orqanizmi zəhərlənmələrdən təmizləyici xüsusiyyətləri də var.

Böyük bir ovuc təzə cəfəri yarpağını bir litr suda qaynadaraq əldə edilən mayedən astma, klimaks problemləri, öskürəyi aradan qaldırmaq üçün istifadə etmək olar.

Təzə cəfəri suyu böyrək, sidik kisəsi və sidik yolu iltihablarını sağaldır.

Cəfəri suyunun eynilə digər şəfalı bitkilər kimi faydaları çoxdur. Cəfəri suyunda çox yüksək miqdarda xlorofil var. Bu xlorofil maddəsi orqanimz üçün böyük əhəmiyyət kəsb edir. Çünki xlorofilin qan azlığını aradan qaldrır. Qanın artmasıyla birlikdə böyrəklər qaraciyər və sidik yollarının təmizlənməsinə və daha yaxşı işləməsinə kömək etmiş olur.

Cəfəri ən zəngin C vitamini qaynaqlarından biridir. Hər səhər bir qədər cəfəri yemək gün ərzində bizə lazım olan C vitamininin böyük qisimini təmin edir.

Cəfəri siqareti yeni tərgidənlər üçün də olduqca faydalı bitkidir. Belə ki, bəlğəmlərin boğazdan xaric olunmasında cəfəri suyunun böyük rolu var.

Kərəvizin faydaları

Bəzi araşdırmalara görə, kərəvizdə bol miqdarda olan "apigenin və luteolin" adlı flavonoidler, xüsusilə pankreas xərçəngi müalicəsində, xərçəngli hüceyrələrin törəməsinin dayandırılması və şişin kiçilməsi üçün çox təsirlidir. Bu günə qədər aparılan araşdırmalar göstərir ki, gələcəkdə çıxarılacaq xərçəng dərmanları üçün kərəvizin bu xüsusiyyəti ümid vericidir.

Kərəviz həm də yüksək xolesterolu aşağı salmağa kömək edir. Kərəvizin yüksək qan təzyiqini aşağı salmağa yarayan komponenti, eyni zamanda xolesterolu da salır. Belə ki, gündə 4 ədəd kərəviz zoğu yemək xolesterolu 7 faiz azaldır.

Yüksək miqdarda suda həll edilə bilən qida lifinə malik kərəviz həzmlə əlaqədar qəbizlik kimi problemlərin aradan qaldırılması üçün istifadə edilir. Gündəlik 2-3 ədəd kərəviz zoğu yeməklə siz qəbizlikdən qoruna bilərsiniz.

Güclü sidik qovucu xüsusiyyətlərə malik olan kərəviz bədəni toksinlərdən təmizləyir və suyun bədəndən atılmasına kömək edərək maye tarazlığının təmin edir.

Yuxu probleminiz varsa, gecələr yatmazdan əvvəl 1 stəkan kərəviz zoğu suyu için. Kərəviz suyu sakitləşdirici və əzələləri rahatlaşdıran təsiriylə yuxu problemini aradan qaldırır.

Kərəviz zoğu və kərəviz suyu əzələləri rahatlaşdırıcı təsiriylə menstruasiya dövründə yaşanan sancıların və spazmların yüngülləşdirilməsi üçün qəbul edilə bilər.

Kök və zəncəfillə qarışdırılmış 1 stəkan kərəviz suyu öskürək, gözlərin yaşlanması, asqırma kimi allergiyanın əlamətlərini yüngülləşdirə bilər.

Limon

Limon ən yaxşı təmizləyicidir. Limon qaraciyərdə və bağırsaqlarda çürümə proseslərini ləngidir. Limonun dadının turş olmasına baxmayaraq mədə turşuması, yəni qıcqırması zamanı limon şirəsini adi suya qarışdırıb içəndə turşunu neytrallaşdırır, yəni qıcqırmanı və turşuluğu aradan qaldırır. Su ilə qarışmış limon şirəsi həm də xaricə istifadə olunur, məsələn ağız, boğaz yaraları zamanı qarqara olunur, burun qanaxmasının qarşısını almaq olur, göbələk xəstəliyində, xalları və çilləri hər gün masaj etməklə götürmək olur.

Baş ağrısından əziyyət çəkən vaxt da limondan istifadə etmək olar. Belə ki, limon suyu ilə gicgahları masaj etmək olar. Eləcə də, bir neçə dəqiqəlik limon dilimlərindən alına qoymaq da faydalıdır.

Bəzi adamlarda dırnaqlar kövrəkləşir, tez sınır və kələ-kötür olur, bu zaman dırnaqları gündə 2 dəfə yarım saat (30 dəqiqə) limon şirəsinin içində saxlamaq lazımdır.

Limon şirəsi əlavə olunmuş su ilə saçları yaxalamaq onlara parıltı və həcm verəcək.

Limon üzdəki qırışları hamarlaşdıraraq dəriyə cavanlaşma effekti verir. Bunun üçün bir sıra maskalar tətbiq edilir. Bu meyvə sadəcə üz üçün deyil, eyni zamanda ayaqlar üçün də faydalıdır.

Limon şirəsi əlavə olunmuş iliq su vannası ayaqlardan yorğunluğu götürməyə kömək edir.

Olduqca faydalı meyvə hesab edilən limonun əks təsiridə var. Əgər sizin adi allergiya və yaxud məhz sitrus meyvələrinə, C vitamininə qarşı allergiyanız varsa, o zaman onu nə yeyə, nə də şirəsindən içə bilərsiniz. Mədə və bağırsaq xorası, qastrit zamanıda limon haqqında unutmaq məsləhətdir. Məsələ ondadır ki, bu sitrus mədə şirəsinin ifraz fəaliyyətini sürətləndirir, o da öz növbəsində qıcqırmalar, spazma və ağrılara səbəb olur. Həddindən artıq turş sitrusun qəbulu diş emalına zərər gətirər.

Xəbərlər     Baxılıb: 1810   Tarix: 04 avqust 2018
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

turlar.az

sonxeber.az toy makiyaji sekilleri geyim seçimi geymler 2024 yemək reseptləri salatlarin dizayni goy qursagi nece yaranir otaq dizayni kosmetika seksler masqalar novruz hakıştası kəlamlar qaynana