"Adında "R" hərfi olmayan aylarda balıq yemək olmaz

Hər il yaz-yay aylarında havanın temperaturunun artması səbəbi ilə bir sıra qidalardan uzaq qalmağa çalışırıq. Kimi isti yeməklərdən, kimisi də tez xarab olan məhsulları istehlak etməkdən imtina edir. Hətta bəzi insanlar qeyd edir ki, adında "r" hərfi olmayan aylarda dəniz məhsulları, xüsusi ilə də balıq yemək olmaz.
Uzun illərdir, məşhur deyimə çevrilən bu məsələ hələ də dillərdən düşmür və insanlar buna inanaraq balıq yeməkdən imtina edirlər.
Bəs görəsən, biz niyə adında "r" hərfi olmayan aylarda balıq yeyə bilmərik? Bu deyim nə dərəcədə doğrudur?
Milli.Az xəbər verir ki, qida üzrə baş mütəxəssis Ağa Salamov bizim media-ya açıqlamasında bu deyimin haradan qaynaqlandığını dilə gətirib. Onun sözlərinə görə, bu ayda bəzi balıqlar ovlanmamalıdır:
"Adında "r" hərfi olmayan aylarda balıq yeyilməz deyimi yalandır və heç bir elmi əsası yoxdur. Bu deyim balıqların kürü qoyması ilə əlaqədardır. İsti havalarda may, iyun ayında elə balıqlar var ki, onlara kürü qoyur və bu dövrdə onların ovlanması qadağan hesab olunur. Ona görə deyirlər ki, bu aylarda balıq yeməyin. Lakin sözügedən aylarda balıq yeyilərsə, heç bir zərəri, ziyanı olmaz. Lakin balıqların təzə olması və saxlanma şəraitinə diqqət etmək lazımdır. Mənşəyi məlum olarsa, mikrobioloji çirklənməyə məruz qalmayıbsa və düzgün qayda ilə bişirilibsə heç bir zərəri yoxdur".
A.Salamov həmçinin balıq alarkən hansı məqamlara diqqət etməli olduğumuz haqda məlumat verib. Balığın yeni və ya köhnə olmasını bu hallarda müəyyənləşdirə bilərik: 
"Balıq alarkən diqqət edəcəyimiz məqamlar onun qulaqcıqlarına baxmaqdır. Çox zaman işbazlar həmin yerə çuğundur suyu və ya rəng vuraraq balığı daha yaxşı göstərməyə çalışırlar. Təzə balıqdan dəniz və yosun qoxusu gəlməli və gözləri çölə qabarmış, şəffaf olmalıdır.
Bəzən balığın gözləri içəri batmış və bulanıq olur, bu da balığın köhnə olmasından xəbər verir. Balığın üzərini barmaqla basanda iz qalmamalıdır. Həmçinin təzə balığı suya salanda batır, köhnə balıq isə suyun üzünə çıxır. Ağzı açıq olan, qarnı çox şişən balıq da köhnə hesab olunur.
Əgər balıq pulcuqlarından təmizlənən zaman əti didilirsə bu da onun köhnə olmasından xəbər verir. Bu tip balıqları "r" hərfi olan aylarda da yeyilərsə, yenə də zəhərlənmə verəcək. Ayların heç bir aidiyyatı yoxdur", - deyə mütəxəssis bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1191   Tarix: 23 aprel 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

turlar.az

sonxeber.az adlarin menasi makiyaj etmek qaydalari geyim necə seçməli qəlyanaltılar uşaq yeməkləri artiq cekiden azad olmaq daglar haqqinda kosmetika yemek reseptleri klitor cantalar vetene aid bayati layla