Ailələrin intim həyatı ictimailəşdirilir - Ər arvadla yatmaq üçün İCAZƏ ALACAQ

Ailələrin intim həyatı ictimailəşdirilir - Ər arvadla yatmaq üçün İCAZƏ ALACAQİsveçdə 2018-ci il üçün yeni qanun layihəsi hazırlanıb. Belə ki, bu ölkədə həyat yoldaşı ilə intim münasibətlərə girmək istəyən kişi mütləq şəkildə notariusa gedərək qadının yazılı şəkildə razılığını almalıdır. Əks halda bu, cinayət hesab edilir.

Publika.az xəbər verir ki, İsveçdə artıq ailələrin intim həyatı ictimailəşdirilir. 2018-ci ilin iyul ayından qüvvəyə minəcək qanun, İsveç vətəndaşlarının şəxsi həyatı və intim münasibətlərində bir sıra dəyişikliklərə imza atacaq. Partnoyu ilə yaxın əlaqəyə girmək istəyən vətəndaşlar, öncədən xanımı ilə notariusda razılıq imzalamalıdır. Əks təqdirdə evli olsalar belə, bu, zorlama hadisəsi kimi qeydə alınacaq və kişi cinayət məsuliyyətinə cəlb olunacaq. Bu isə ölkədə qadına qarşı zorakılığın qarşısını almaq məqsədilə hazırlanmış qanun layihəsinin sadəcə bir hissəsidir.

"Razılıq prinsipi"

İsveç parlamenti seksual zorakılıq qurbanı olan xanımları qorumaq üçün xüsusi "razılıq prinsipi" hazırlayıb. İsveç cəmiyyətində seksizm və seksual zorakılıq mövzusunda aparılan açıq mübarizə cari ildən yeni qanunlarla tənzimlənəcək. Feministlər və bir sıra hüquq müdafiəçiləri qadınların müxtəlif yollarla seksual münasibətlərə vadar olunduqlarını bildirərək, bu halların qarşısını sosial layihələrdən daha çox alacaq qanuna ehtiyac duyulduğunu bəyan ediblər.

Şifahi və ya yazılı razılıq

Köhnə qanunlara görə, İsveçdə qadının bir dəfə belə olsun "yox" dediyindən sonra yaşanan intim münasibət cinayət məsuliyyəti daşıyırdısa, artıq bu cür zərurətə ehtiyac qalmayacaq. 2018-ci ildən qüvvəyə minəcək yeni maddələrə görə, artıq İsveç sərhədləri daxilində istənilən yerli və ya xarici ölkə vətəndaşı hər hansı bir qadınla intim münasibətə girmək istədiyi zaman mütləq şəkildə yazılı icazə kağızı almalıdır. Seksual akt intim münasibətlərin bütün növlərinə daxildir və hər biri üçün ayrı-ayrılıqda alınmalıdır.

İsveç Parlamenti onu da qeyd edir ki, aktda yalnız sual və konkret (hə/yox) cavab yer almalıdır. Əlavə və qeyri-dəqiq fikirlərə icazə verilmir. Qadın davranışları və sözləri ilə könüllü şəkildə sizinlə yaxınlıq etmək istədiyini büruzə versə belə, yazılı ifadənin alınması mütləqdir.

İsveçin baş naziri Stefan Leven seksual münasibətləri tənzimləyəcək qanunun "razılıq prinsipi"ni belə şərh edib:

"Hər şeydən əvvəl siz seksual münasibətdə olmaq istədiyiniz şəxsdən müəyyən reaksiya almalısınız. Əgər qarşı tərəf sizə müsbət reaksiya vermirsə, onu buna məcbur etmək olmaz. Seks könüllü olmalıdır".

İsveçdə notarius nəzdində xüsusi polis xidməti

İsveçin yeni qanunlarına görə, yaradılan təhlükəsizlik xidməti (polis) intim münasibətlər, seksual zorakılıq faktlarından başqa, heç bir başqa işi araşdıra bilməyəcəklər. Bu səbəbdən də, ömrünün bir neçə ilini barmaqlıqlar arasında keçirtmək istəməyən hər kəs qaydalara əməl edəcək.

Sağlamlıq     Baxılıb: 1791   Tarix: 03 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

turlar.az

sonxeber.az geyim şəkilləri toy makiyaji sekilleri geymler 2024 hamiləlik testi nişan geyim modelləri intim hekayələr saç həkimi kosmetika ana haqqinda bayati kahfe falı novruz hakıştası veten haqqinda atalar sozu tərəzi bürcü