Allah niyə bəzən səsimizi eşitmir? Cavabı...

Allah niyə bəzən səsimizi eşitmir? Cavabı...Allah Təala heç bir zaman Onu çağıran bəndəsinə diqqətsizlik etməz. Amma bəzən bizlər duamızın qəbul olmamasından məyus olur və elə bilirik ki, Allah bizlərə qarşı laqeyddir (nəüzübillah!).
İnsan o zaman ki, dünyanın dəyərini bilir və axirətlə müqayisə edir, o zaman çox sayda çətinliklər onun üçün asan olur. Özünüzü o insanlarla müqayisə edin ki, özlərini hər şeyə malik hesab edirlər. Görəcəksiniz ki, sizin Allaha diqqətiniz onlardan daha çoxdur, deməli Allah sizi onlardan daha çox sevir. Hədislərin buyurduğu kimi, səsinizi eşitmək istəyir, dərəcənizi qaldırmaq istəyir. Allah insana, ata-anadan belə, mehribandır, Ərhəmər-Rahimindir. Allah hər bir kamal sifətinə malikdir və necə ola bilər ki, bəndəsinə qarşı laqeyd olsun?
Publika.az deyerler.org-a istinadən bildirir ki, insan həyatı məhduddur və bu məhdud həyatında çox sayda çətinliklər və müsibətlərlə üzləşir. Əgər dünyanı tərəzinin bir gözünə qoysaq, görərik ki, dünya zinətindən və bər-bəzəkdən başqa bir şey deyildir. Ona görə də Allahdan istədiklərimiz axirətlə müqayisədə çox dəyərsiz və alçaqdır. Allah bəzən bu dəyərsiz şeyləri bizə vermir və axirət üçün saxlayır. Allah Həkim və Alimdir və bilir ki, bu dünyada nəyi bizə versə, qəflətimizə və yolumuzu azmağa gətirib çıxardar. Ona görə də Allahın fəzl və rəhmətinə ümidvar olmalı və dua etməyə davam etməliyik.
Beləliklə deyə bilərik ki, Allah onu çağıran bəndəsinə qarşı heç bir zaman laqeyd deyildir. Sizin Allaha etdiyiniz dualar onun nişanəsidir ki, Allah sizə lütflə nəzər salır. Hədislərdə oxuyuruq ki, əgər Allah bəndəsi üçün xeyir istəsə, duasını təxirlə yerinə yetirər. Çünki onun səsini və yalvarışını eşitmək istəyir.

Duanın yerinə yetməsi dörd halda olar:
1. Bəzən duanız tez bir zamanda yerinə yetər.
2. Bəzən təxirlə yerinə yetər.
3. Bəzən axirət neməti şəklində verilər.
4. Bəzən də günahların kəffarəsi və bağışlanması olar.
Duanın yerinə yetməsinə bəzi şərtlər lazımdır:
1. Dua edən zaman Allahdan qafil olmamaq və Kimdən istədiyimizə diqqət etmək.
2. Dua edən zaman təvazökar olmaq.
3. Yerinə yetəcəyinə ümidvar olmaq.
4. Allahı yaxşı tanıyaq və Onun qüdrətindən, elmindən və gücündən kifayət qədər məlumatımız olsun.
5. Allaha qarşı hüsnü-zənn etmək.
6. Əməllərimiz gərək pak olsun, o cümlədən malımız və abırımız. Heç kəsə zülm etməyək ki, duanın yerinə yetməsi üçün lazımlı şərait yaransın.
7. Ürəyini Allahdan qeyrisindən təmizləmək və ancaq Ona söykənmək.
8. Yemək istəyən dilənçi kimi əllərinin hər ikisini göyə qaldırmaq, Peyğəmbər (s) bu cür edərdi.
9. Xüsusi zamanlarda dua etmək.
10. Xüsusi məkanlarda dua etmək. // publika

Mətbəx     Baxılıb: 7437   Tarix: 04 noyabr 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

turlar.az

sonxeber.az qis geyimləri 2024 kosmetik vasiteler qadın geyimi goyemin faydasi evin bəzədilməsi aciq zedelenmeler yaralar mütləq bilməlisiniz kosmetika brusell bakteriyası video anabaci baliq layla