Anar Ağakişiyev: "Stilist Elnur müğənnilərin "sumka"sını daşımağı bacarır" - VİDEO

Anar Ağakişiyev: "Stilist Elnur müğənnilərin "sumka"sını daşımağı bacarır" - VİDEO"Beş-altı ildir ki, Azərbaycanda Biləcərini keçmişəm. Stilist həmkarım Elnur Həsənov isə yox".
Open.az xəbər verir ki, bu sözləri məşhur stilist və vizajist Anar Ağakişiyev "MTV Azərbaycan" televiziyasında yayımlanan "Söhbətsiz" proqramında deyib.
Anar Elnurla aralarında yaşanan qalmaqaldan danışıb: "Qarşı tərəf (Elnur Həsənov - red.) öz fikrini söyləyir və mənim susmağımdan istifadə edir. Fikirləşir ki, əgər mən susuramsa, deməli, haqlıdır. Amma bu yalanların çox olduğunu görüb, qərara gəldim ki, daha susmayım. Münasibətimiz yaxşı idi, yəni "salam-sağ ol". Ölkəmizdə keçirilən "Avroviziya" mahnı müsabiqəsi zamanı birlikdə vizajist qrupunda çalışırdıq. O, iki pillə aşağı qrupda idi. Bunda bir qəbahət yoxdur. Təcrübə baxımından mən və bir neçə adlı-sanlı vizajistlər ondan yuxarı qrupda idik. Yanımda əyləşirdi, münasibətimiz də əla idi. Amma dostluğumuz yox idi. Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəldi. Nigar Camal da məndən xahiş etdi ki, atası Neslihanın heyranıdır, danış, onları görüşdürək. Normal şəkildə Nigar və atası aktrisa ilə görüşdülər. Daha sonra isə Elnurla Nigarın arasında söhbət olub. Nigar deyib ki, atamla mən də Neslihanla şəkil çəkdirdik. Nigarın Elnura söylədiyi "Bəs sən niyə N.Atagüllə şəkil çəkdirmədin?" sualına həmkarım "Dedilər ki, Neslihan əsəbidir, ağlayıb, makiyajını silib, bəyənməyib" deyə, cavab verib. Nigar daha sonra mənə bu məsələni danışanda reaksiyam birmənalı olmadı. Nigar heç istəmirdi bunu mənə desin. Gözlənilmədən səmimi şəkildə danışdı". Söylədim ki, belə bir şey olmayıb. "Hər şey yaxşı idi. İşimi bəyənməsəydi, mən orada nə gəzirdim?. Elə bu cür şayiə buraxdı. Cılız və qeyri-peşəkar bir "jurnalist" həmin xəbəri saytda yaydı. Bütün bu yaşananlardan sonra Elnur Həsənova belə mesaj yazdım: "Sənin həddin, başın və gücün üçün deyil ki, haqqımda bu cür çirkin və xoşagəlməz dedi-qodular yayasan". Ondan sonra onun üstündən birdəfəlik xətt çəkdim. O, dəfələrlə mənə zəng etsə də, əhəmiyyət vermədim".
A.Ağakişiyev özünü E.Həsənovla eyni səviyyədə görmədiyini vurğulayıb və bu məsələdən əsəb keçirdiyi bildirib: "Bu il iş təcrübəmin iyirmi illiyini qeyd etdim. Aramızda kifayət qədər böyük təcrübə fərqi var. Ola bilər ki, o məşhurdur və özünə görə auditoriyası var. Amma bu adam Azərbaycandan kənarda tanınmır. Onunla məni bir tutanda qıcıqlanıram. Çünki mən bu işə ömrümü, əsəblərimi sərf etmişəm ki, ölkədən kənarda - xaricdə tanınım. O məndən qat-qat aşağıdadır. Bunu alçaltmaq mənasında demirəm. Aramızda çox böyük fərq var. Elə bu şeylərə görə stilist adından utanıram. Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, müğənni Samirə Allahverdiyeva ilə işləməmişəm. Onların zövqü Elnur Həsənovla üst-üstə gəlir. Zamanında Xalq artistləri Aygün Kazımova və Röya Ayxanı təpədən-dırnağa mən bəzəmişəm. Lazım olub, "sumka"sını da götürüb, el məclisinə onlarla getmişəm. Amma indi mən bunu bacarmıram. Bu yaşdan sonra bunu etmək mənlik deyil. Amma Elnur onu bacarır da, edir də".

Şou Biznes     Baxılıb: 1638   Tarix: 21 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Natavan Həbibi:'25 il sonra ilk evimi almışam

Natavan Həbibi etirafı ilə izləyicilərini təəccübləndirib. xəbər verir ki, müğənni 25 ildir kirayədə yaşadığını deyib. Yeni ev aldığını bildirən Həbibi "Bu mənim ilk evimdir. 25 ildir Bakının hər küçəsində kirayədə qalmışıq

.

Dilarə Kazımova "Summer Beach Festivalı'nda

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək "Summer Beach Festivalı"nda çıxış edəcək. . xəbər verir ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. . Xəzərin sahilində Kazımova hit olan mahnıları və supe

.

Məşhur aktrisanın oğlu cinsiyyət dəyişdirdi - FOTO

Məşhur aktrisa Çiçek Dilligil və musiqiçi Bora Öztoprakın oğlu Ardahan Öztoprak cinsiyyət dəyişdirmək qərarına gəlib. xəbər verir ki, məşhur ailə adını Ayda qoyan övladlarının qərarını dəstəklədiklərini və bu ərəfədə onu

.

Kardi Bi həyat yoldaşı ilə barışdı

Müğənni Kardi Bi boşanmaq ərəfəsində olan həyat yoldaşı, reper Offset ilə barışıb. . xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük yenidən kamera qarşısında səmimi görüntüləniblər. Qeyd edək ki

.

Elnarə 'Qatarlar'a yeni nəfəs verdi

Müğənni Elnarə Xəlilova əfsanəvi qrup "Karvan"nın bir zamanlar oxuduğu "Qatarlar" mahnısına 2-ci nəfəs verib. xəbər verir ki, fərqli aranjeman, düzgün vokal və mahnıya peşəkar yanaşma elə ilkin notlarda

.

Kirkorov Uspenskayanı 'dilənçi' adlandırdı

Rusiyanın xalq artisti Filipp Kirkorov və köhnə dostu Lyubov Uspenskaya arasında mübahisə səngimək bilmir. xəbər verir ki, Rus səhnəsinin kralı Lyubov Uspenskayanı dilənçi adlandırıb. "O, paltar və hədiyyələr üçün mən

.

Tanınmış türk sənətçiyə xərçəng diaqnozu qoyuldu

"Kahtalı Miçe" kimi tanınan türk sənətçi Mustafa Aslanın boğaz xərçəngi olduğu üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslanın müalicəsi Antalya Akdeniz Universiteti Tibb Fakültəsində davam edir

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". -a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğun

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri makiyaj instagram asan dondurmalar fatimə fətəliyeva immun sistemi kosmetika veten haqqinda bayati birlik atalar sozu vətən həsrətinə aid bayatılar ikizler