Aromaterapiya hansı xəstəlikləri müalicə edir?

Aromaterapiya hansı xəstəlikləri müalicə edir?Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdən məlumdur. Elə ona görə də hələ qədimdən tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya - qoxu ilə müalicə də xüsusi yer tutur.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bəzi mənbələrə görə, aromaterapiyanın tarixi 6 min il əvvələ gedib çıxır. Qədim misirlilər mumiyalama prosesində müxtəlif bitki cövhərlərindən istifadə edirdilər. Bitki cövhərlərinin müalicə və gözəllik məqsədilə istifadəsi isə Qədim Yunan mədəniyyəti ilə bağlıdır. Roma İmperiyası dövründə bitkilərdən alınan yağlar masaj vasitəsilə tətbiq olunmağa başladı. Müasir aromaterapiyanın banisi isə fransız kimyaçısı Rene Qattefosse hesab olunur.
Aromoterapiyada müalicə məqsədilə müxtəlif efir yağlarından istifadə edilir. Efir yağları - bitki cövhərlərindən (ekstrakt) əmələ gəlir. Bu yağları əldə etmək o qədər də asan deyil. Belə ki, bir çay qaşığı qızılgül yağı əldə etmək üçün 5000 çiçəkdən istifadə edilir. Aromaterapistlər müalicə üçün 400-dək bitkinin yağlarından yararlanırlar.
Efir yağları ilə müalicə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Çünki bu yağların tərkibində 300-ə qədər aktiv maddə var. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur.
Aromaterapiya prosedurası mütəxəssis tərəfindən həyata keçirilməlidir. Və ya qabaqcadan həkimlə məsləhətləşərək, heç bir ciddi xəstəliyin olmadığı müəyyənləşdirilməlidir. Ümumiyyətlə, aromaterapiyadan yalnız xəstəliklərin müalicəsi üçün istifadə etmək düzgün deyil. Heç bir xəstəliyi olmayan, sadəcə sağlamlığını qorumaq istəyən hər bir kəs aromaterapiyandan faydalana bilər.
Aromaterapiya metodları
Qoxu ilə müalicə prosesini müxtəlif yollarla həyata keçirmək olar. Bunlardan efir yağları ilə masaj edilməsi çox effektiv üsuldur. Bu zaman istənilən efir yağından 1ml. götürülür və ona 49 ml. digər yağlardan (zeytun, badam və s.) əlavə edilərək, masaj olunur.
Tənəffüs yolu ilə aromaterapiya da geniş yayılıb. İsti suyun içərisinə, bir dəsmalın  üzərinə və ya balışa bir neçə damcı efir yağı tökməklə bu müalicəni həyata keçirmək olar. Aromaterapik şamlar və ətirli tüstülərlə də müalicə etmək mümkündür.
Geniş yayılmış üsullardan biri də vanna qəbul edilən suya bir neçə damcı efir yağının qatılmasıdır. Bu zaman vanna edilən suya 8 damcıya qədər efir yağı tökülür.
Hansı xəstəliklərə yaxşı təsir edir?
Bel və kürək ağrıları, revmatizm, dəri ilə bağlı yaranan problemlər, qaşınmalar, ekzema xəstəliyi, menstruasiya ağrıları, klimaks dövründə ortaya çıxan narahatlıqlar, hipertoniya, həzm problemləri, qəbizlik zamanı aromaterapiya xəstələrə yaxşı təsir göstərir. Həmçinin baş gicəllənməsi, baş ağrıları, miqren, stress, gərginlik və yuxusuzluq, enerji azlığı, halsızlıq, psixoloji problemlər olduqda da aromaterapiya məsləhət görülür. Üz dərisini təravətləndirmək,  sellülitdən qurtulmaq üçün də qoxu ilə müalicəni həyata keçirmək olar. 
Aromaterapiya kimlərə zərərlidir?
Aromaterapiyanın körpələrə, hamilələrə, allergiyası olan insanlara tətbiqi düzgün deyil. Həmçinin dərman müalicəsi alan insanlar aromaterapiyaya üz tutmamalıdırlar. Çünki efir yağları dərmanların təsir gücünü azalda, hətta əks-göstərişə səbəb ola bilər. Hipertoniya xəstəliyindən əziyyət çəkənlər rozmarin bitki ekstraktından istifadə etməməlidirlər. Epilepsiya xəstəliyi olanlar isə  şüyüd, evkalipt və kəklikotu ilə müalicə aparmamalıdırlar. Diabetiklər evkalipt, limondan uzaq olmalıdır. Hamiləliyin ilk dörd ayında efir yağları qadağan olsa da, sonrakı aylarda onlar da aromaterapiyadan yararlana bilərlər. Bu üsul onlarda bel ağrılarına kömək edər. Ancaq hamilələrin qərənfil, reyhan, ardıc, rozmarin, sürvə, şüyüd, cirə, sərv, yasəmən, xardal, qara turp, kəklikotu kimi bitki cövhərlərindən istifadəsi məsləhət deyil. Bu yağlar əzələ spazmasına və uşaqsalmaya səbəb ola bilər. Üz dərisində istifadəsi yasaq olan efir yağları isə darçın və qərənfildir.
Astma, bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin tənəffüs yolu ilə aroma müalicə etdirmələri düzgün deyil. Yüksək hərarəti olan insanlarda, dəridə qaşıntı və qızartılar, ödem, açıq yaralar, yanıqlar, oynaqlarda burxulmalar, sınıqlar olduqda, həmçinin xərçəng xəstəliyi zamanı  aromaterapiyadan yararlanmaq olmaz.
Aromaterapik yağlar
Efir yağlarının sakitləşdirici, ağrıkəsici, hafizəni gücləndirici, nəfəs tənzimləyici, toxumaları yeniləyici xüsusiyyətləri var. Bənövşə yağından istifadə etmək göz ağrısı, baş ağrısı, dərrakənin itilənməsi, insanın bədən temperaturunun mövsümə uyğun tənzimlənməsi üçün olduqca faydalıdır. Ban yağı isə hind fıstığından istehsal edilən yağdır. Bu yağ dəridə, xüsusən ayaqda olan çatlar üçün xeyirlidir, immuniteti yüksəltmək qüdrətinə malikdir. Küncüd yağı baş ağrılarının aradan qalxmasına kömək edir. Evkalipt sakitləşdirici gücü ilə yanaşı, mikrobları öldürmək və qrip simptomlarını azaltmaq təsirinə malikdir. Bu yağla sinəyə masaj edərək, soyuqdəymənin qarşısını almaq olar. Həmçinin qış mövsümündə havanı qurutmamaq üçün qızdırıcıların yanına qoyulan suya da bir neçə damcı evkalipt əlavə etmək olar. Bu otaqda olan mikrobları öldürməyə kömək edər. Qış aylarında soyuqdəymə və qrip epidemiyalarına qarşı qara istiot, rozmarin, şam ağacı, lavanda, kəklik otu bitkilərindən əldə edilən efir yağları da çox kömək edir.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 897   Tarix: 22 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim dəbləri geyim seçimi səfər duası bilik haqqinda atalar sözləri sulu yeməklər roya ayxan kosmetika terezi maraqlı vetene aid bayati kokelmek tapmacalar