Aşıq Samirədən kəskin ETİRAZ: "Saz havalarını plagiat formasında ifa edirlər

Aşıq Samirədən kəskin ETİRAZ: "Saz havalarını plagiat formasında ifa edirlərƏməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva yeni mahnısını təqdim edib.
Open.az saytına açıqlama verən aşıq "Evimizə gəlin gəlir" adlı yeni mahnısını orta müxəmməs aşıq havasına özünün yazdığını bildirib: "Bu aşıq havasına ustadlarımız müxtəlif mövzularda olan şeirlər ifa ediblər. Hər ustad öz dövrünə aid olan mövzuya toxunub, mən də bu günün, bu zəmanəmizin nəbzini tutmaq niyyəti ilə gəlin mövzusuna toxundum. Sual ola bilər ki, niyə məhz gəlin mövzusu? Dədə-babadan görmüşük ki, gəlinləri aşıqlar tərifləyər. İstədim ki, keçmişə qayıbıb, tamaşaçılarıma nostalji anlar yaşadım. Mən də bir el aşığı olaraq gəlinlərimizə bunu ithaf etdim. Ümumiyyətlə şeir yazmaq, söz yazmaq başqa bir dəryadır. Amma buna baxmayaraq bir aşıq olaraq söz qoşmaq, şeir yazmaq bacarığım var. Düşünürəm ki, bəyənəcəklər. Bütün gəlinlərimizə xoşbəxt olmaqlarını arzu edirəm".
Aşıq Samirə Əliyeva yeni işlərindən də danışaraq bu cür sənət yeniliklərinin davamlı olacağını bildirib: "Ümumiyyətlə bilirsiz ki, mənim həmişə gördüyüm işlərdə çalışdığım odur ki, saz havalarını özüməməxsus tərzdə ifa edim. Təbii ki, klassik üslubu qoruyub saxlamaq şərtilə çalışıram ki, həmin aşıq havalarını yenidən gündəmə gətirim. "Misri", "Cəlili", "Şirvan müxəmməsi" kimi saz havalarını simfonik orkestr ilə ifa etmişəm, aşıq havalarını kliplərimlə, yeni aranjimanlarla, yeni sözlərlə tamaşaçılara təqdim etmişəm. Aşıq Əli ilə birlikdə "Ana yurdum" layihəsini hava limanında flaşmob olaraq təqdim etmişik. Gənclərə bu yolla çalışıram aşıq sənətini təbliğ edim və az da olsa bu sənətin təbliğatında rolum olsun. Mən həm aşığam ona görə, həm də bu dövlətin mənə verdiyi fəxri adın məsuliyyətidir. Bu hələ mənim görəcəyim işlərin ən kiçik hissəsidir. Xüsusən də o saz havalarından başlayacam ki, hansı ki, təəssüflər olsun ki, bəzən o aşıq havalarını ifa edirlər, ən azından demirlər ki, aşıq havasından bəhrələnmişəm. Birbaşa saz havasını plagiat şəklində ifa edirlər və özlərini bəstəkar kimi təqdim edirlər. Mən ona görə çalışıram ki, bu saz havalarını ifa edib gündəmə gətirim və gənclərimiz də bilsinlər ki, kimin mahnıları saz havalarından oğurluqdur. Gələcəkdə bunun başqa yollarla da qarşısını alacağam ki, aşıq havaları onun-bunun adına çıxmasın. Çünki bu xalqın mirasıdır" .

/open.az

Şou Biznes     Baxılıb: 1514   Tarix: 01 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Aktrisa qızını paylaşıb üzünü gizlətdi - FOTO

Ötən ilin iyununda ailə quran gözəl aktrisa Eda Ece və basketbolçu Buğrahan Tuncer valideyn olduqdan sonra ilk dəfə qızları ilə foto paylaşıblar. xəbər verir ki, cütlüyün ötən ay qızı dünyaya gəlib. Aktrisa qızına Mina İpe

.

Hiss yenə dəyişdi - FOTOLAR

Gənclərin sevimli müğənnisi Hiss bu dəfə yeni imici ilə təəccübləndiri. xəbər verir  ki, sənətində də fərqlilikləri ilə tez-tez adından söz etdirən sənətçi bu dəfə kamera qarşısına yeni obrazda çıxıb. Saçlarını uzadaraq rəngin

.

Uzun ayrılığın ardından yenidən barışdılar

1.5 il öncə dostluqları "Bəxt oyunu" serialının çəkilişlərində başlayıb sevgiyə çevrilən Cemre Baysel və Aytaç Şaşmaz evlilik yolunda ikən təəccüblü şəkildə ayrılımışdılar. xəbər verir ki, cütlük ayrıldıqdan 1,

.

Emin Dərbənddə konsert verəcək

Xalq artisti Emin Ağalarov Dərbənddə solo konsert verəcək.  . xəbər verir ki, bu haqda müğənni özü məlumat verib. Məşqdən görüntülər yayımlayan xalq artisti "Uzun fasilədən sonra mayın 18-də Dərbənddə solo konsertə hazırlaşırıq, görüşənədək"

.

Orxan Zeynallının konserti baş tutdu - FOTOLAR

Reper Orxan Zeynallının "Buz uşağı" adlı konserti baş tutub. xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 500-ə yaxın insan qarşısında çıxış edib. Konsertdə Orxan Bakı Opera Orkestr

.

Boşanma səbəbləri bəlli oldu

Nihat Doğan və 2022-ci ildə evləndiyi iranlı həyat yoldaşı Arzu Doğanın boşanma xəbrləri təsdiqini tapıb. xxəbər verir ki, Arzu Doğan (Arezoo Gharlar) sosial media hesabında ayrılmaq qərarının səbəbini açıqlayıb. "

.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar

.

Yeşilçam'ın aktrisası vəfat etdi

Türkiyənin məşhu teatr və kino sənətinin ustad adlarından biri olan Aytən Gökçer 84 yaşında dünyasını dəyişib. xəbərr verir ki, "Tacsız Kral", "İlan Hikayesi", "İstanbul Kırmızısı" kimi filmlərd

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

turlar.az

sonxeber.az qaşların formalari yay kolleksiyasi adlarin menasi bagirsaqlari temizlemek ucun zirincin faydasi gözəl xanım ədəbiyyat testləri kosmetika naz mila oxu az novruza aid bürclər qaynanaya aid