AYAQ ŞİŞMƏSİNİN SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ

AYAQ ŞİŞMƏSİNİN SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİAyaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir. Şiş ən çox ayaqlarda görülməsi ilə birlikdə bütün bədəndə də ola bilər. Şişən bölgə daha əvvəl zədə almış ola bilər bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb ola bilər.

Ayaq şişməsinin müalicə üsulu əsas səbəbə görə aparılacağı üçün əvvəlcə bu səbəblərə nəzər salaq.

AYAQ ŞİŞMƏSİNİN SƏBƏBLƏRİ
ÜRƏK, BÖYRƏK VƏ QARACİYƏR XƏSTƏLİKLƏRİ
Ayaq axşamüstü şişirsə, ürəyinizin sağ tərəfində ürək çatışmazlığı ola bilər. Bu ayağınızda su və duz yığılmasına yol verir. Böyrəkləriniz də düzgün işləməsə mayenin bədəninizdə qalmasına və ayağınızın şişməsinə yol açır.ayak-ve-parmaklarda-oluşan-ödem

Ayaqda şişmə ilə birlikdə bu əlamətlər də görülməyə başlasa təcili tibbi müdaxilə edin:İştahsızlıq, kilo artımı, sinədə ağrı, təzyiq, gərginlik və yorğunluq.

QAN LAXTASI
Ayaq damarlarında qan laxtası olarsa ürəyiniz geri gəlməli olan qanı kifayət miqdarda toplaya bilməz və bu vəziyyət ayağın şişməsinə yol açır. Qan laxtaları dərində də ola bilər (dərin damar laxtaları), səth də ola bilər (dərinin altında). Bu iki növ qan laxtası da olduqları bölgədə sərbəst qalaraq ağciyər və ya ürəyə doğru hərəkət edərlərsə ölümcül hala gəlirlər.

İNFEKSİYA
Ayaqlarda şiş varsa infeksiyaya yoluxmuş olma riski çoxdur. Ayaq sinirlərində problem varsa və ya şəkərdən ortaya çıxan sinir xəstəliyiniz varsa infeksiyayoluxma ehtimalı yüksəkdir. Şəkər xəstəliyi varsa, yara və su qabarcığı yoxlaması üçün bir nöqtə yaratmalısınız.

Şişən ayaq infeksiyaya yoluxmuş kimi görünürsə təcili tibbi yardım lazımdır.

TOPLARDAMAR ÇATIŞMAZLIĞI
Bu halda ürək ayaq damarındakı qanı kifayət miqdarda yığa bilməz. Normalda toplardamarlar tək istiqamətli klapanlar sayəsində qanı yuxarı doğru aparır. Bu klapanlar zərər çəkir və ya gücsüzləşərsə damarlardakı qan geriyə doğru sızmağa başlayır və ayaqdakı yumşaq toxumalarda yığışaraq şişməyə səbəb olur.

Xroniki toplardamar çatışmazlığı dəri yarasına, dəridə dəyişikliklərə və infeksiyaya səbəb ola bilər. Toplardamar çatışmazlığına dair bir əlamətiniz varsa təcili həkimə müraciət edin.

LENFODEM
Bu halda limfa mayesi bədən toxumalarında yığışır. Səbəbi limfa damarlarındakı problemlər və ya limfa damarı çatışmazlığı ola bilər. Limfa düyünlərinin yox olmasına da lenfodemiya təkan verə bilər. Limfa düyünləri limfa mayesini süzdüyü üçün arzuolunmaz maddələr maye içərisində qala bilər.

Lenfodem limfa düyününü çıxartdıran və radiasiya müalicəsi alan xəstələrdə çox tez-tez görüldüyü üçün bu xəstələrin ayaqları şişərsə təcili həkimə müraciət etməlidirlər.

YARALANMA
Ayaq yaralandığı zaman şişə bilər. Yaralanmadan sonra şişi azaltmaq üçün olan yaralı ayağı işlətməyin. Şişən bölgəyə buz torbası da yerləşdirə bilərsiniz. O bölgəni sarğı ilə sarıyın və ayağınızın altına bir stol və ya yastıq qoyaraq yüksəkdə saxlayın.

HAMİLƏLİK
Hamiləlik zamanı ayaqların şişməsi normaldır. Ancaq şişmə birdən olarsa və ya çox şişmə olarsa preeklampsi narahatlığı ola bilər. Bu vəziyyət hamiləliyin beşinci ayı ilə birlikdə qan təzyiqində artma və sidikdə zülal olması ilə xarakterizə edilir, ciddidir.

Şişmə çox isə və ya ürək bulanması, baş ağrısı, sidiyə getməkdə azalma, danışıq problemləri, qusma və qarın ağrısı ilə birlikdə olarsa həkimlə əlaqə saxlamaq lazımıdır.

DƏRMANLARIN YAN TƏSİRLƏRİayak-sismesinin-nedenleri-1079
Ayaqda şişmə, bu dərmanların yan təsiri olaraq da görülə bilər: Hormonlar, steroidlər, antidepressantlar, steroidsiz iltihab a qarşı ağrı kəsicilər (NSAID), şəkər xəstəliyi dərmanları.

AYAQ ŞİŞMƏSİNİN MÜALİCƏSİ
Ayaq şişməsinin müalicəsinə əvvəlcə bunun səbəbini təyin etməklə başlanılır.Bundan başqa, ayaqda şişməyə qarşı bəzi üsullar aşağıdakılardır:

AYAĞI QALDIRMAQ
Ayaqlarınızı istirahət zamanı yuxarı qaldırın. Şişən ayağınız üzərində yeriməkdən çəkinin. Oturarkən ayağınızın ürək səviyyənizdən yüksəkdə qalmasına diqqət edin. Bu şişməyə səbəb olan mayelər normal olaraq axacaqdır.

XÜSUSİ CORABLARDAN İSTİFADƏ EDİLMƏSİ
Varis corabı kimi dar corablar ayağınızın daha çox şişməsinə mane olacaqdır. Qan və limfa dövranını da kömək edər.

MASAJ
Masaj şişən ayağa kömək edə bilər. Hamilələr doğuşdan əvvəl masaj terapevtinə gedə bilərlər.

DUZLU SU TƏTBİQ EDİLMƏSİ VƏ YAĞLAR
Çimərkən suyunuza Epsom (İngilis) duzu tökün. Şişi azaldacaqdır. Çiçək kökləri və yağlar da şişkinliyi azaldır.

DUZU MƏHDUDLAŞDIRIN
Artıq duz istehlakı də şişin yaranmasına səbəb olur. Çox duz istehlak etməyin, duzlu yemək və içkiləri məhdudlaşdırın.

DAHA AZ ŞƏKƏR QƏBUL EDİN

Sağlamlıq     Baxılıb: 1972   Tarix: 22 iyul 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

sonxeber.az gözəllik məhsulları sade makiyaj sekilleri reseptler dəbli bloq sahibələri hamilə qadın sperma quru deri ucun maska kosmetika salam azerbaycan atalar sozleri novruz bayrami hakisda faydalı bilgilər