Ayaqların Altına Baxın! - 10 Saniyədə xəstəliyiniz bilinəcək

Ayaqların Altına Baxın! - 10 Saniyədə xəstəliyiniz bilinəcəkAyaqlarımızın altı daxili orqanlarımızın sağlamlığı barədə çox şey deyir. Bəli, düz eşitdiniz. Hələ qədim zamanlarda insanlar ayaqların altının əsasən də, pəncə hissəsindəki bəzi nöqtələrin müxtəlif xəstəliklərin işarətləri olduğuna inanırdılar. Onlar hər gün ayaqlarının altına baxır, öz xəstəlikləri haqqında məlumat ala bilirdilər. Bəs biz bunu necə edə bilərik? Sizə çox işinizə yarayacaq bir məlumat verəcəm. 
Milli.Az oxu24.az-a istinadən bildrir ki, ayaqlar bizim həyat keyfiyyətimizin ən bariz göstəricisidir. Ayağımızın altını diqqətdə saxlamaqla müəyyən xəstəlik yaranmasından xəbərdar ola bilərik. Beləcə, yüngül profilaktika ilə kəskin xəstəliklərin yaranmasının qarşısını almaq şansımız olar.
Soyuq ayaqlar... Ən birinci səbəb odur ki, qan dövranı zəifləyib. İlk baxışdan o qədər də təhlükəli hal kimi görünməyə bilər. Amma həyat keyfiyyətini aşağı salmaq qabiliyyəti var. Qan dövranının zəifləməsi bir neçə saat belə, davam edərsə trombların yaranması ehtimalı artır. Damarların daralması, bədənin müxtəlif nahiyələrində spazmlar, hətta zəifləyən qan dövranının nəticələridir. Əgər ayaqlarınız daimi soyuqdursa həkimə müraciət etməyiniz mütləqdir. Qan dövranının pisləşməsi ayaqlardakı kapillyarların tündləşməsinə, dərinin bəzi yerlərinin göyərməsinə də səbəb ola bilir. Bu, o deməkdir ki, həmin nahiyəyə, yaxud kapillyarlara lazımi qədər qan çatmır.
Əgər ayaqda daimi qıcıqlanmalar varsa, bu, hipotireozun əlamətidir. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi ilə xarakterizə olunan bu xəstəliyin yaranma səbəblərindən biri də passiv həyat tərzidir. Hipotireoz, adətən, yaşla əlaqəli olur və 40 yaşdan sonra meydana çıxır.  Saçların tökülməsi, xroniki yorğunluq, çəkinin qəfildən artıb-azalması və səbəbsiz depressiyalar da hipotireozun əlamətlərindəndir.
Ayağın altında qırmızı və ya qəhvəyi rəngli ləkələr varsa, deməli, problem qaraciyərdədir. Əgər ayağın altındakı ləkələr nəzərə alınmasa, sonradan onları bədənin müxtəlif yerlərində də görmək mümkündür. Üstəlik, get-gedə ləkələrin ölçüsü də artır.  Qırmızı ləkələr damarlardakı qanın təmiz olmadığının, başqa sözlə, qanyaranma prosesinin olduqca zəif və qeyri-düzgün getməsinin işarətidir. Bu da o deməkdir ki, qaraciyər öhdəsinə düşən işi  lazımi şəkildə yerinə yetirə bilmir və damarlarda yığıntılar əmələ gəlməkdə davam edir.
Gicişmə və uyuşma. Pəncə hissəsində, xüsusilə, gecələr baş qaldıran gicişmələr vitamin çatışmazlığından xəbər verir. Məsələn; B12 və fol turşusu ehtiyacı yaranan orqanizm məhz bu cür "üsyan edir".  Gicişmə, həmçinin, qanda şəkərin miqdarının yüksəlməsinin,  hətta diabetin də əlaməti ola bilər. Gecələr yatmağa qoymayacaq qədər artan gicişmələr və uyuşmalar isə o deməkdir ki, orqanizmdə diqqətə dəyər ölçüdə dəmir əksikliyi var. Bu halda tibbi analizlər vermək vacibdir.
Ayaqlarda ağrılar. Bəzən onurğanın lap aşağısından-bel nahiyəsindən başlayan ağrı ayaqlara qədər uzanır. Bu, bel-kürək nahiyəsindəki sinirlərin zədələnməsinin əlamətidir. Bağırsaqlardakı sinirlərin zədələnməsi, əzələlərdəki vətərlərin həddən artıq sərtləşməsi də ayaqlardakı izaholunmaz ağrılarla özünü büruzə verə bilir. Tibbdə "S1 sindromu" da adlanan onurğanın radikulyar sindromu zamanı ayağımızın altındakı ağrı mərkəzdə yaranır və getdikcə pəncə, yaxud daban tərəfə yayılır. "S1 sindromu"nun özü də müxtəlif səbəblərdən qaynaqlanır. Disk yırtığı, disklərarası iltihablanma, geniş yayılmış fəqərə sütunu xəstəliyi olan osteoxondroz buna misaldır.
Damarların hörümçək toruna bənzəməsi. Bəzən dərinin altında hörümçək toruna bənzər qırmızı, göy, bənövşəyi görüntülər peyda olur. Daha çox qaraciyərdəki problemlərin xəbərçisi kimi meydana çıxan bu "hörümçək torları"  venadakı varikozların da əlaməti ola bilir. Qadınlarda isə estrogen hormonlarının miqdarının artması zamanı bu hal müşahidə edilir.  Estrogenlərin artmasının yalnız iki səbəbi ola bilər:
Hamiləlik;
Qaraciyərdə xroniki problemlər;
Estrogen çoxluğu damar sisteminin işinə mənfi təsir göstərir. Kapillyarlar şişməyə, bəzən partlamağa başlayır.
Qıcolmalar və spazmlar. Mütəmadi olaraq baş verən spazmlar zamanı adama elə gəlir ki, ayağı ağırlaşıb. Bu da  əzələlərin lazımi qədər oksigenlə, elektrolitlərlə və qidalandırıcı maddələrlə təmin olunmamasına işarət edir. Bu situasiyada qidalandırıcı maddələr siyahısına natrium, kalsium, kalium və maqnium daxildir.  Daimi spazmlar sidikqovucu vasitələrin qəbulundan sonra meydana çıxan "kəpənək effekti" də ola bilər.  Əgər  hərəkətsiz halda olduğunuz zaman spazmlar başlayırsa, bu, qan dövranının pozulmasının əlamətidir.  Uzunmüddətli fiziki gərginlik və ya fasiləsiz ayaqüstə durmaq da spazmların səbəblərindəndir.  Spazmlarla müşayiət edilən qıcolmalar isə qan dövranındakı istənilən problemin, yaxud tarıma çəkilən sinirlərin işarətidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 751   Tarix: 15 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

turlar.az

sonxeber.az yemek reseptleri geyim seçimi qaşların formalari 2024 qonaq otagi saglamliq atalar sözləri elm haqqinda toy donlari 2024 kosmetika öpüşme xerceng əqrəb faydalı məsləhətlər oglaq