Azərbaycan: milli geyim

Azərbaycan: milli geyimAzərbaycan Qafqazın ən gözəl ölkələrindən biridir. Bunu azərbaycanlıların gözəlliyi və özünəməxsusluğu ilə seçilən milli paltarları haqqında da demək olar. Qadın paltarında incə siluet və biçim üstünlük təşkil edir. Bunun sayəsində Azərbaycan gözəllərinin bədən cizgiləri qəşəng görünür. Qadın paltarı "qızıl" tesma (lent) və mürəkkəb naxışla işlənilir. Kişi paltarı təkcə cəsarətliliyi vurğulamır, həm də onların cəld hərəkətlərini məhdudlaşdırmır. Qadın paltarını, adətən, ipək və məxmərdən, kişi paltarını isə mahuddan və kişmiri parçadan tikirlər. Alt paltarı (həm kişi, həm də qadın üçün) kətan və pambıq parçadan hazırlanır.

Qadın paltarı

Qadının paltarının üslubuna görə onun ailə vəziyyəti və yaşı haqqında mühakimə yürütmək olar.Axı ərdə olan qadının kostyumları qızınkından fərqlənir. Yaşlı nəsil sakit tonlarda, cavanlar isə, əksinə, daha parlaq geyinirlər.

Qadın kostyumu üst köynəkdən, arxalıqdan, çəpkəndən, ləbbadədən, küləçədən, kürdudan, eşməkdən və baharidən ibarət idi. Qeyd edək ki, qadın köynəyi yuxarıdan bir düymə ilə düymələnər, onun aşağı hissəsi isə gümüş və qızıl pullarla bəzədilərmiş. Qollarına gəlincə, onlar uzun və enli idilər.

Çəpkəni (kaftan, don) köynəyin üstündən geyərdilər və o, bədənə yaxşı oturardı. Şəpkənin qolları qolçaqla tamamlanardı. Onu tikmək üçün velürdən və müxtəlif parıldayan parçalardan istifadə edirdilər.

Ən geniş yayılmış paltar arxalıq hesab olunurdu. O da bədənə kip otururdu. Yanlarda kəsikləri olan uzun və düz biçimi vardı.

Ləbbədə (xalatlar) isə sırınmış astarlı paltar idi, açıq və lentlə haşiyələnmiş yaxalığı vardı, bel hissəsində lentlə bağlanırdı. Qısa qolları velürdən və müxtəlif parıldayan parçalardan tikirdilər.

Eşmək – sırınmış üst paltarıdır. Bütün daxili hissəsi, yaxalığı, qolları və ətəyi yalnız xəzlə işlənirdi.

Kürdu da velürdən olan açıq yaxalıqlı qolsuz sırınma qadın paltarı idi.

Bahari isə sırınmış astarlı qadın paltarı idi. Düz qolları dizə qədər uzanırdı, yaxalığı açıq olurdu.

Küləçə - belə qədər olan büzmə ətəkli üst qadın paltarıdır. Uzunluğu dizə qədər çatırdı.

Tumanı (yubkanı) azərbaycanlı qadınlar geyərdilər. Onların uzunluğu, adətən, döşəməyə qədər olurdu. Müxtəlif naxışlı ipək və yun parçadan tikərdilər.

Qadınlar, həmçinin, üzərinə gümüş pullar tikilmiş qızıl, qızıl suyuna çəkilmiş gümüş yaxud dəri kəmərlər bağlayardılar. Onların başmaqları bəzəkli, çəkmələri isə uzunboğaz olardı.

Başlarına araqçın yaxud ipək ləçək örtərdilər. Amma evdən kənara, küçəyə çıxanda və ya harasa gedəndə qızlar hökmən çadra örtərdilər.

Paltarı müxtəlif bəzək əşyaları zənginləşdirərdi. Baş və döş bəzəkləri, üzüklər, sırğalar, kəmərlər, qolbaqlar (bilərziklər) daxil olan tam komplekt imarət adlanardı.milli geyim

Kişi geyimi.

Kişilərdə hər şey xeyli sadə idi. Onların paltarları üst köynəyindən, arxalıqdan, çuxadan və şalvardan ibarət idi. Kişi üst köynəyi ilgəklərlə bağlanırdı. Onu tikmək üçün atlasdan və satindən istifadə edərdilər.

Arxalıq kişinin əynində əla oturar və bədəninə yapışardı. Onun qolları, adətən, düz olurdu və dirsək hissəsində daralırdı. Arxalıqlar boyuna qədər düymələnirdi. O, kişmirdən, atlasdan və satindən tikilirdi. Onun üzərindən kişilər kəmər yaxud toqqa, yaşlılar isə qurşaq bağlayardılar.

Çuxa - sinəsində bəzəklər olan üst paltarına aid edilirdi. Düymələr uzun qolların kəsiyi boyunca tikilirdi.

Yun kişi şalvarlarlı enli olurdu, çünki, o zamanlar hərəkət vasitəsi atlar idi. Soyuq havada isə dublyonka və kürk geyərdilər.

Əsl Qafqaz kişisi həmişə müxtəlif biçimli dəri papaq yaxud tikmələrlə bəzədilmiş arakçın qoyardı. Ağsaqqallar isə ağ bezdən toxunma təsək örtərdilər.

Şəhərdə kişilər birrəngli dəri ayaqqabı, kənddə isə çarıq geyərdilər.

Gözəllik və Moda     Baxılıb: 5245   Tarix: 14 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

turlar.az

sonxeber.az hamiləlik geyim şəkilləri həkim məsləhəti saç maskaları hobbi qutab xemiri qadin sayti kosmetika faydalı bilgilər ikizler qu quşu oglan evi novruz