Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? - Azərbaycanda cinsi tərbiyə məsələsi

Bacı və qardaşı bir otaqda yatırmaq, bir yerdə çimizdirmək olarmı? - Azərbaycanda cinsi tərbiyə məsələsiSon zamanlar uşaq bağçalarında, orta məktəblərdə uşaqlara verilən cinsi tərbiyə mövzusu aktuallaşıb. Belə ki, ailədə doğulan oğlan və qız övladlarının birlikdə böyüdülməsi, onlara cinsi tərbiyənin verilməsi, məhrəmliyin qorunması kimi məsələlər həmişə aktual mövzu olub. Lakin bəzən valideynlər sanki bu mövzulardan qaçaraq ona əhəmiyyətsiz yanaşır, uşaqlarla bu məsələləri müzakirə etməyi doğru hesab etmirlər. Onu da qeyd edək ki, cinsi tərbiyə uşaqlara hələ körpə yaşlarından verilməlidir ki, vaxt çatanda o öz məhrəmini ayırd edə bilsin.

Bacı-qardaşın bir otaqda yatırılması, bir-birlərinin, həmçinin ana və atanın yanında paltarlarını dəyişməsi, birlikdə çimizdirilməsi kimi hərəkətlər doğrudurmu? Uşaqlar neçə yaşından ayrı yatızdırılmalıdır? Uşaqların sözügedən qaydalara məhəl qoymadan böyüdülməsi gələcəkdə onların psixologiyasında nə kimi iz qoya bilər?

Xanim.az xəbər verir ki, Medicina.az bu və digər suallarla psixoloq Zeynəb Eyyubovaya müraciət edib:

- Zeynəb xanım, Azərbaycan ailələrində oğlan və qız uşaqları yetkinlik yaşlarına qədər adətən bir otaqda yatır, kiçik yaşlarından bir yerdə çimizdirilir, onlara demək olar ki heç bir cinsi ayrıseçkilik qoyulmur. Bu düzgündürmü? Uşaqların cinslərinə görə tərbiyəsi necə aparılmalıdır?

- Bu məsələ çox aktualdır. Lakin aktual olmasına baxmayaraq bir çoxları tərəfindən aktuallıqdan kənar saxlanılan məsələdir. Bəzən elə olur ki, uşaqlardan əlavə, hətta valideynlər də uşaqların yanında soyunaraq paltarlarını dəyişirlər və ya bəzi ehtiyaclarını uşaqların yanında ödəyirlər. Amma bütün dünyada, o cümlədən də Türkiyədə "Məhrəmiyyət eyitimi" adı altında kitablar buraxılır, bu istiqamətdə müəyyən işlər aparılır. Problem odur ki, bizdə bu məsələyə baxış bucağı fərqlidir. Azərbaycanda nəinki bir evdə bacı-qardaş məhrəmliyi olur, hətta "əmioğlu sənin qardaşındır" və ya "xalaqızın sənin bacındır" kimi fikirlər də səsləndirilir. Burada əsas məsələ isə başqadır. Biz həmişə həyatımızı seriallara baxaraq oradakı kimi nizamlamağı öyrənmişik. Lakin bu seriallarda əgər fikir vermisinizsə, uşağın dünyaya gələcəyi bilinən gündən onun üçün ayrıca otaq hazırlanır, özəl əşyalar alınır. Bu elə o deməkdir ki, körpə dünyaya gəldikdə artıq individual bir şəxsdir. Bəzən bu maddiyyatla əlaqələndirilərək ayrıca bir otağın olmaması səbəb kimi göstərilir. Ayrı otaq olmasa belə bir otağın içində ayrıca bir guşə də hazırlamaq olar. Uşağın özünə aid, özünü sərbəst və rahat hiss edəcəyi bir yer olmalıdır.

İndiki zamanda uşaq zorakılığı, təcavüz və uşaq cinsi istismarı çox yayılıb. Ona görə də ana qız uşağına, ata da oğlan övladına onun özəl bir sahəsinin olduğunu və yalnız ata-ananın, həmçinin də onların nəzarəti ilə həkimin ora daxil olmağa ixtiyarı olduğunu başa salmalıdırlar. Bu, uşağa özgüvən verəcək və uşaq öz məhrəmiyyətini qoruya biləcək. Uşaq doğulduğu gündən bu sistem qoyulmalıdır.

Unutmaq lazım deyil ki, uşaq eşitdiyini deyil, gördüyünü edir. Yəni uşaq valideynlərini paltarını dəyişərkən və ya çimərkən görürsə, o zaman ona nə desən də xeyri olmayacaq.

Son zamanlarda çoxuşaqlı ailələrin sayı kəskin şəkildə azalıb. İndi 4 və hətta 3 uşaqlı ailələr çoxuşaqlı hesab edilir. Daha əvvəllər isə 8, 9 uşağı bir otaqda elə böyüdürdülər ki, sağlam psixologiyaya malik insan olurdular. Burda maariflənmədən çox şey asılıdır. Bəzən elə olur ki, valideynlər bunun səhv hərəkət olduğunu və gələcəkdə uşağın psixologiyasında izlər buraxa biləcəyini heç düşünmürlər. Bəzi valideynlər isə övladını başqa otaqda yatıran anaları gördükdə onun qayğısız, övladına qarşı laqeyd olduğunu düşünürlər. Buna görə də təbliğatdan və məmulatlanmaqdan çox şey aslıdır. Bunu tam də dəqiq demək olmaz ki, uşaqlar əgər birotaqlı evdə böyüyəcəklərsə, o zaman onların psixologiyalarında problem yaranacaq. Burada əsas vacib olan amil valideynlərin vəziyyətə yanaşmaları və düzgün maariflənmədir. Elə insanlar var ki, 1 otağın içində 4 uşağı elə yüksək səviyyədə böyüdür ki, hər uşağına ayrı bir otaq təşkil edən valideyn öz evində həmin qayda-qanunları övladına tətbiq edə bilmir. By yaxınlarda mənim bir xəstəm var idi. O mənə öz evinin şəkillərini göstərdi. Bu qadın iç-içə 2 otağı olan evdə hər uşağına pərdədən ayrıca bir guşə yaratmışdı.

Bir psixoloq kimi mən uşaqların nəinki valideynlərlə bir çarpayıda, hətta bir otaqda belə yatmalarını məsləhət görmürəm. Bəzən elə olur ki, uşağın ayrıca otağının olmasına baxmayaraq gecələr körpə ağlayan kimi, onu öz çarpayısına qoyaraq orada yatırırlar. Bu isə anaların təcrübəsizliklərindən və məlumatsızlıqlarından xəbər verir.

Xəbərlər     Baxılıb: 3403   Tarix: 05 yanvar 2019
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Çox bişmiş yumurta təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çox insan yumurtanın nə qədər sağlam olduğunu bilir. Yumurta zülal və əvəzolunmaz amin turşuları ilə zəngindir. Lakin yumurtanın uzun müddət bişirilməsi zamanı yaranan toksinlər bəzi insanlarda zəhərlənməyə və hətta boğulmalar

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az gozel gorunmek hamiləlik yay geyimləri 2024 intim hekayələr cennet almasi salatlarin hazirlanmasi mektebli sac duzumleri kosmetika novruza aid hakista öpüşme hakisda kahfe kali zəhmət