Baş həkim: "Koronavirusa qarşı hazırlıq işləri aparılıb, uyğun palatalar ayrılıb"

Baş həkim: "Koronavirusa qarşı hazırlıq işləri aparılıb, uyğun palatalar ayrılıb"Səhiyyə nazirinin koronavirusla bağlı verdiyi əmrdən sonra 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında da hazırlıq işləri aparılıb, uyğun palatalar və çarpayılar ayrılıb.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasının baş həkimi Mehriban İsayeva bildirib.
O bildirib ki, koronavirusla bağlı nazirin əmrindən sonra TƏBİB, Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazımi təlimat və tövsiyələr verilib.
M. İsayeva son zamanlar yayılan virusla bağlı da məlumat verib. O qeyd edib ki, əhalinin qrip adlandırdığı özü ayrılıqda başqa bir virusdur: "Qrip özü də kəskin respirator virus xəstəliklərini törədən həmin qrupa daxil olan viruslardan biridir. Burada olan digər viruslar - rinovirus, respirator sinsitial, adenaviruslar - bunlar hamısı yuxarı və aşağı tənəffüs yollarının kəskin respirator xəstəliklərini törədən viruslardır. İndi yayılan mövsümi A və B qripi, həm də kəskin respirator xəstəliklərdir. Mövsümlə əlaqədar kəskin respirator xəstəliklərlə bağlı müraciətlər olsa da, hazırda xüsusi təhlükəli infeksiyalarla bağlı müraciət yoxdur. Eyni zamanda müalicə olunan uşaqlar arasında xüsusi təhlükəli infeksiyaya şübhə yaradan simptomları olan uşaqlar da olmayıb. Müayinələr nəticəsində koronovirus, istərsə də başqa təhlükə yaradacaq viruslar aşkarlanmayıb".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1297   Tarix: 20 fevral 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

turlar.az

sonxeber.az hamilelikde qidalanma yay kolleksiyasi geyim şəkilləri sızanaqlara qarşı maska hekayələr sevgi ayaq sismesi qas duzeltme kosmetika video tərəzi bürcü uzeyir bakire bayatı