Bədənimizdən gələn PİS QOXUNUN səbəbi - 98% İnsan bunu bilmir

Bədənimizdən gələn PİS QOXUNUN səbəbi - 98% İnsan bunu bilmirBədəninizdən gələn bəzi qoxuların daxilinizdəki xəstəlikdən xəbər verdiyini bilirdiniz? Bəli, əksər insan pis qoxunun səbəbini natəmizlikdə axtarır. Amma məsələ heç də elə deyil. 
Milli.Az referans.az-a istinadən xəbər verir ki, idman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq.
Ancaq qoxu bədənimiz haqqında çox şey deyə bilər, hətta hansısa xəstəliyin başlamasının "həyəcan siqnalı" ola bilər. Əgər adi qoxu birdən-birə kəskin şəkildə dəyişibsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir. Bu cür siqnalları gözardı etmək olmaz!
Xəstəliklərin qoxuları
Turş qoxu. Həmişə xəstəlikdən danışmır, bəlkə də, siz bol ədviyyatlı yemək yemisiniz, yaxud son zamanlar rasionunuzda ədviyyatın və sarımsağın miqdarı artıb. Ancaq bəzən bu, tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmdə tiroid hormonlarının sintezi artır, nəticədə, tər vəziləri aktivləşir və çoxlu tər ifraz olunur. Üstəlik, sürətlə kökəldiyinizi düşünürsünüzsə, yaxud əhvalınızın tez-tez dəyişdiyini hiss edirsinizsə, bu, endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir.
Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.
Bal qoxusu. Bu xoş ətir sizi aldatmamalıdır; çünki meningit, sinüzit, otit, abses və pnevmoniyaya səbəb ola biləcək olduqca təhlükəli bir bakteriyanın qoxusudur. Bu bakteriyalar antibiotiklərə davamlıdır və onları dərmanlarla məhv etmək çətindir, ona görə də, müalicə uzun və çətin olacaq.
Balıq qoxusu. Bu qoxunu başqa qoxu ilə qarışdırmaq çətindir. Bəzən nadir bir genetik xəstəlik nəticəsində meydana çıxır. Lakin əksər hallarda bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya olur. Xəstəlik törədicisi olan bakteriyalar cinsi orqanlarda həmişə mövcuddur, ancaq immunitet aşağı düşəndə və ya orqanizmdə turşu-qələvi balansı pozulduqda aktivliklərini artırlar. Beləcə, meydana kəskin balıq qoxusu çıxır.
Turşumuş xəmir qoxusu. Bu, ciddi bir xəstəliyin-Norveç qaşınmasının təzahürüdür. Xəstəlik immunitetin azalması və ya yaşla əlaqəli demansiyanın fonunda baş verə bilir. Törədicisi qaşınma gənəsidir. Xəstəlik əksər hallarda ağır formaya keçməsə də, turşumuş xəmir qoxusuna diqqət yetirməyə dəyər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 707   Tarix: 15 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

turlar.az

sonxeber.az həkim məsləhəti qaşların formalari yaz geyimleri 2024 milli yeməklər ləkələr qadın saytı toyluq donlar 2024 kosmetika lakonizm oglan evi cinsi əlaqə turpun nağlı intim