Bir qadının acı taleyi : "Axı sənin ailən məni qəbul etməyəcək" Yaşanmış sevgi hekayəsi

Bir qadının acı taleyi : "Axı sənin ailən məni qəbul etməyəcək" Yaşanmış sevgi hekayəsiDayanacaqda marşrut gözləyən Arzu yenə də gecikirdi. Dolu gələn marşrutları ötürdükcə əsəbiləşirdi. Yəqin idi ki, yenə marşrut taksisi ilə gedəcəkdi. Elə də oldu.
Taksinin arxa oturacağında yeniyetmə bir oğlan oturmuşdu. Yerini rahatlayan Arzu mobil telefonunu çıxardı. Rəfiqəsi Gülərə bir kəlmə ilə "Gecikirəm"- deyib, telefonu bağlayıb çantasına qoydu.
Sürücü arxadakı bir boş yerə işarə ilə "Gözləyək, yoxsa gedək" – soruşdu.
Oğlan:
- Sür gedək eee, onsuz da yubanırıq – dedi və Arzuya baxıb gülümsədi.
Arzuya elə gəldi ki, oğlanın tələffüzündə nəsə şirinlik var. Hansısa hərfi düzgün demir...
Pəncərədən bayıra baxan Arzu yol boyu mənzərələrə fikir vermədən düşünürdü.
"... 30 yaşı da belə arxada qoydum. Vaxt necə sürətlə geçir, sanki hər şey dünən idi, qəbul imtahanlarının həyəcanı, universtet illəri, magistratura və nəhayət neçə illik işi... Və birdən də indiyə qədərki, həyatının necə maraqsız olduğunun fərqində oldu.
"...Aman allah, mənim nəyim var, neyçün yaşayıram, kim üçün yaşayıram?"- fikirləşərək köksünü ötürdü.
Uzun-uzadı siqnal verib onları geridə qoyan maşına baxıb fikirləşdi: "Bəlkə mən də özümə maşın alım?"...
Öz fikrinə gülümsədi bir anlıq... Ona elə gəldi ki, yanında əyləşən oğlan tez-tez ona baxır.
"... Nə olub, balaca, nə diqqətlə baxırsan?"- deyə fikirləşdi və anında üzündəki ifadə dəyişildi.

Bir müddətdən sonra Arzu hiss elədi ki, onlar nədənsə tez-tez rastlaşırlar. Ya səhər işə gedəndə, ya da axşam işdən qayıdanda... Amma xəyalına belə gəlmirdi ki, xəyalında "balaca" adlandırdığı oğlan artıq aylardır onu izləyir.
"Balaca" dediyi bu oğlan orta boylu, yaraşıqlı bir oğlan idi. Amma üzündə həmişə saf bir təbəssüm dolaşırdı. Bu təbəssüm onu yaşından uşaq göstərirdi. Gözlərində hər şeyi öyrənməyə çalışan, cəhd edən maraqlı bir ifadə var idi.
Bir gün işdən çıxıb rəfiqəsi Gülər ilə marketdən bazarlıq edib çıxanda Gülər gülə-gülə Arzuya dedi:
- Arxamızca bir körpə gəlir.
Arzu ixtiyarsız dönüb geri baxdı. Xəyalındakı "balaca" idi.
- Axşamınız xeyir – deyə oğlan gülümsədi.
- Salam – deyib Gülərə sarı döndü. – Bizim qəsəbədə yaşayır- dedi.
- Uşşş, nə şirin baladı bu- deyib, oğlana sarı çöndü. – Axşamın xeyir, beş də artıq, balaca, nəsə sözün var? – soruşdu.
- Yooooxxx – deyə oğlan pörtmüş halda – eləcə salamlaşmaq istədim – dedi.
Qızlar gülüşdülər.
- Yaxşı elədin, balaca, adın nədir? – deyə Gülər demək olar ki, onlarla yanaşı addımlayan oğlanı sınayıcı baxışla süzdü.
- Mənə balaca demə, bibican, adım Arazdır. Özüm də tələbəyəm.
Onun şirin danışığına ürəkdən gülən Gülər dedi:
- Həm də, 17 yaşın var, 1 ci kursda oxuyursan....
- Siz məni tanıyırsız ki? – Araz da güldü.
"...İşə düşdük ki" – deyə Arzu dönüb Araza acıqlanmaq istədi. Amma Arazın sonsuz bir istəklə parlayan gözlərindəki ifadə onu çaşdırdı.
Dayanacaqda Gülər sağollaşıb onlardan ayrıldı. İkilikdə sakitcə dayandılar. Araz Arzunun əlindəki paketi aldı.
- Avtobusu gözləyirsən, ya taksi ilə gedək?- dedi.
Onun belə ərkyana müraciəti Arzunun xoşuna gəldi. Təbəssümlə: - Necə istəyirsən – dedi.

Maşının arxa oturacağında demək olar ki, Araz ona sığınıb oturmuşdu. Onun bu yaxınlığı, təması Arzuda qəribə hisslər yaradırdı. Və bu hisslər onun xoşuna gəlirdi. Heç vaxt belə hisslər keçirməmişdi...
Taksidən düşəndə hava qaralırdı. Arazın onunla gəlmək istədiyini görən Arzu əlini uzadıb paketi aldı və sağollaşdı. Araz acizliklə onun gözlərinə baxdı.
- Adını deməyəcəksən?
- Arzuyam- deyib gülümsədi Arzu. – Hələlik, mən getdim.
- Arazın Arzusu...
- Nə dedin?
- Arazın Arzusu- deyə Araz yerində fırlanıb jest edərək uzaqlaşdı.

Sonrakı günlərdə də belə lazımmış kimi hər səhər görüşüb bilikdə şəhərə gedir, axşamlar da birlikdə qayıdırdılar. Arazın bitib – tükənməyən söz- söhbətini, bəzən mənasız görünsə belə Arzu səbrlə dinləyir və hiss edirdi ki, onu bir gün görməyəndə, eşitməyəndə darıxır. Bəzən duyduqları, hiss etdikləri onu qorxudurdu. Arazla ciddi münasibəti ağlından belə keçirmək istəmirdi. Həm aralarındakı yaş fərqi, həm də Arazın uşaqxasiyyət, ərköyün davranışı onu çəkindirirdi. Əslində heç ondan heç nə istəmirdi də...
Sadəcə Araz öz gəlişi ilə onun həyatına bir rəng, maraq qatmışdı. Çox səbrli idi Arzu. Arazın nə vaxtsa soyuyacağına ümid bəsləyirdi. Amma Araz haqqında bunu demək olmazdı. Günü-gündən Arzuya bağlanırdı. Bir yerdə olduqlarında ancaq körpə uşaq kimi ona sığınmaq, onu hiss etmək, toxunmaq arzusuyla yaşayırdı. Amma Arzunun ciddi rəftarı onun əl-qolunu bağlayırdı. Bəzən Araza elə gəlirdi ki, Arzu onun anası xasiyyətdədir. Arzuya isə elə gəlirdi ki, Araz onun uşağıdır.

Aylardır davam edən bu münasibətlərdə açıb ağartmasalar da ikisi də israrlı idilər. Birlikdə gəzməyə gedir, bir yerdə nahar edir, özəl günlərini birlikdə qeyd etməyə çalışırdılar.
Bir gün nahar vaxtı Araz Arzuya zəng edib, onu şirkətin girişində gözlədiyini deyəndə Arzu təəccübləndi. ".... Xeyir olsun, görəsən nə olub?" – fikirləşərək, həyəcanla aşağı düşdü.
Aşağıda rəngi boğulmuş halda dayanan Arazı görəndə ürəyi düşdü.
- Nə olub sənə?
- Çıxa bilərik?
- Axı nə olub, desənə...
- Sözüm var sənə, çıxaq.
Onlar yaxınlıqdakı parka gəldilər. Arzunun gözü Arazın üzündə qalmışdı.
- Ürəyim çəkildi axı, nə olubdu?
- Sənin ürəyin indi çəkilir, amma bilmirsən ki, mənim ürəyim səni gördüyüm gündən çəkilibdi. Mən səndə yaşayıram, Arzu.
- Və?.... – deyə Arzu onun nə deyəcəyini gözlədi.
- Gəl evlənək, Arzu. Evdə də demişəm.
Arzu ürəkdən qəhqəhə ilə güldü.
- Ehhh , heç səndən belə evlənmək təklifi gözləməzdim. İndi deyirsən ki, bu yaşıma qədər oturub belə bir sıxıcı evlənmək təklifinə razılıq verim? Heç vaxt...
- Mən ciddiyəm, Arzu. Mamagil də razıdılar.
- Nəyə razıdırlar, Araz, sənin özündən 12 yaş böyük qızla evlənmək istəyinə?...
- Nə dəxli var eee – deyə Araz mızıldandı.
- Dəxli var, Araz. Gördün ki, uşaqsan. Qulağını aç və eşit, bizim bir yerdə olmağımız heç vaxt mümkün deyil. Buna nə sənin ailən, nə də mənim ailəm razı olmaz. Heç mənim də münasibətlərimizi ciddiləşdirmək fikrim yoxdu. Bəyəm bizə belə pisdi? Birdə ki, birdən birə niyə bu fikrə düşdün?
- Mən səni istəyirəm, Arzu. Sənin həyatında olmaq istəyirəm. Həyatımda olmanı istəyirəm.
- Və çıxış yolunu da evlənməkdə görürsən. Sən nə istədiyini özün də bilmirsən. Bilə -bilə ki, mən razı olsam belə, sənin valideynlərin məni tanıyanda hökmən etiraz edəcəklər... Sən sadəcə böyüdüyünü, kişiləşdiyini sübut eləmək istəyirsən...
- Dedim ki, mən səni istəyirəm... - Araz Arzunun əlini əlinə aldı. – Mən çox ciddiyəm.
Arzu onun gözlərinə baxdı. Amma bu gözlərdə vəhşi istək və yalvarış görüncə deyəcək bir sözü olmadı.(ardı var)
(qadın.az )

Mətbəx     Baxılıb: 6694   Tarix: 27 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

turlar.az

sonxeber.az qadın geyimi geyim necə seçməli yaz geyimleri 2024 valideynlərə məsləhət kombinler 2024 yay moda xəbərləri ayaqqabı modelləri kosmetika dolca dostluq hakista sozler hakışdalar novruza aid hakistalar