Bir sıra dəri xəstəliklərinə qarşı soğan

Bir sıra dəri xəstəliklərinə qarşı soğanHələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunub. Enerji, güc və cəsarət verən tərəvəz kimi onu döyüşçülərin qidasına əlavə ediblər. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazıb: "Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir".
Müasir tibb soğanın faydalı təsirlərinin səbəbini aşkar edib. Soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsiri göstərir.
Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahakəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapilyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.
Qida zamanı ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanım çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.
Bronxial astma xəstələrinin soğan yeməsi tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.
Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılıb saç diblərinə sürüləndə yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir.
Angina və faringitlərdə 50 qram soğan suyu ilə 100 qram balın qarışdırılaraq gündə 3 xörək qaşığı kiçik qurtumlarla içilməsi xəstəliyin sağalmasını sürətləndirir. Quru göz sindromunda və ya kompüterlə sürəkli iş zamanı gözlərin quruması baş verəndə gözə 2 damcı soğan suyu tökülür.
Artroz, artrit və oynaq ağrıları zamanı soğan ətçəkən maşından keçirilir, oynağın üstünə qoyularaq pambıq parça ilə bağlanır. Bir saatdan sonra təpitmə yenisi ilə əvəz olunur. Ağrılar keçənə qədər prosedur davam etdirilir.
Əl və ayaq dərisinin göbələk zədələnməsində 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əl və ya ayaqlar gündə yarım saat bişirmənin içində saxlanılır. Müalicənin iki həftə aparılması sağalmaya səbəb olur.
Üz dərisindəki səpgiləri sağaltmaq üçün dərini gündə iki dəfə soğan suyu ilə silmək lazımdır. Dəridəki irinli yaraların müalicəsi zamanı közdə bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Dəriyə tikan və ya hər hansı bir yad cismin batması zamanı soğan közün üstündə bişirilərək ortadan kəsilir, dərinin zədəli nahiyəsi zeytun yağı ilə yağlanıb üstünə bişmiş soğan qoyulur. Ağız boşluğunun iltihabı - stomatitləri sağaltmaq üçün soğan çeynənilir və udulmadan ağızda uzun müddət saxlanılır. Tərkibində kalium, kalsium, dəmir və mis kimi mineralların çoxluğuna görə osteoporoz - sümük əriməsi xəstəliyinin müalicəsində əvəzolunmazdır.
Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 972   Tarix: 16 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Niyə oyandıqdan dərhal sonra qalxmaq lazımdır?

Bir çox insan səhər oyananda çarpayıda uzanmağa davam edir.   -a istinadən xəbər verir ki, bu yanaşma yalnışdır. Fakt budur ki, oyanan insan uzun müddət yataqda qalsa, onun "yuxudan çıxması" daha çətin olacaq. Başq

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

turlar.az

sonxeber.az sac duzumleri kosmetoloq gözəllik məhsulları ailə məktəbi sekis limonun faydasi həsrət şəkilləri kosmetika novruza aid hakışta rus dili haxista qz eviyçun hakışta rus dilin nece orenek