Boğaz ağrısından belə qurtulun

Boğaz ağrısından belə qurtulunBoğaz ağrısı xüsusən soyuq havalarda bir çox insanda müşahidə olunan ümumi problemidir. Şiddətli boğaz ağrıları ilə yanaşı, qıcıqlanma udma və yeməkdə gündəlik həyatda çətinlik yaradır.
Milli.Az Axşam.az-a istinadən ev şəraitində tənəffüs yolunda yaranan ağrı və öskürəkdən qurtulmağınıza yardımçı olacaq vasitələri təqdim edir.
Heyva və limon:
Tərkibindəki C vitamini, mis, dəmir, kalium və maqnezium ilə boğaz infeksiyalarına qarşı qoruma təmin edən heyva antiseptik özəlliklərə sahib meyvədir. Limon güclü C vitamini mənbəyidir və eyni zamanda təbii antibiotikdir.
Dilimlənmiş heyvanın üzərinə limon sıxın, 1 çay qaşığı bal tökün və yüngülcə əzin. Hər səhər və ya axşam istehlak edin. Bu ikili sizi boğaz infeksiyalarından qoruyacaq və daha tez sağalmağınıza yardımçı olacaq.  
Kərəviz:
Kərəviz çiy istehlak edildikdə boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bu tərəvəzi rəndələyib üzərinə limon sıxaraq istehlak edə bilərsiniz. Kərəvizdə bol miqdarda C vitamini, kalium, maqnezium, natrium və dəmir var. Bu tərəvəz demək olar ki, 75 faiz su və 25 faiz lifdən ibarətdir. Ondan müntəzəm istifadə boğaz xəstəliklərinə tutulma riskini azaldır.
Soğan suyu:
Təbii antibiotik olan soğan və sarımsağı qış aylarında daha çox istehlak etməyə çalışın. Soğanın tərkibində seliyin tənəffüs yollarından xaric olmasına imkan verən kükürd birləşmələri var. İki orta boy soğanın qabığını təmizləyin, yarıya bölün və bir gün suda saxlayın. Ertəsi gün həmin suyu için. Bu ağrıları və öskürəyi aradan qaldıracaq. Sarımsaq həm bişmiş, həm də çiy halda boğaz infeksiyalarına qarşı təsirlidir. Bu səbəbdən qışda bişirdiyiniz hər yeməyə əlavə edə bilərsiniz.
Bitki və tərəvəzlər:
Çobanyastığı, itburnu kimi bitki çaylarını istehlak etmək boğaz infeksiyalarına qarşı qoruyur.
Zəncəfil, zerdeçal və qara bibəri bal ilə qarışdırıb hər səhər 1 çay qaşığı qəbul etmək boğaz ağrılarını və infeksiyaları aradan qaldırmağa kömək edir. Zəncəfilin daha faydalı olması üçün təzə üyüdülmüş olduğundan əmin olun. Çayın ardınca su içməyin.
Qovrulmuş yaşıl və qırmızı bibərin üzərinə bir az su ilə qarışdırılmış sirkə töküb istehlak etmək sizi boğaz xəstəliklərindən qoruyacaq.
Boğaz ağrısını aradan qaldırmaq üçün bir neçə mixək çeynəmək də olar.
Hər növ infeksiyaya qarşı bol su içməyə çalışın.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 999   Tarix: 11 iyun 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

turlar.az

sonxeber.az toy makiyajlari hamilelikde qidalanma gelinlikler körpəyə qulluq quru deri ucun maska mayalanma alimlər kosmetika əqrəb qizlar kokelmek aydin sani sirin qogal