Böyrək daşı xəstəliyinin qarşısını necə almaq olar?

Böyrək daşı xəstəliyinin qarşısını necə almaq olar?Dünyada hər 10 nəfərdən biri böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir.
Bu xəstəlik maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması nəticəsində yaranır.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri, uzman-uroloq Fikrət Əhmədovun sözlərinə görə, bu xəstəlik bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.
Uzman-uroloq Fikrət Əhmmədovun bildirdiyinə görə, böyrəklər və sidikçıxarıcı yolların problemləri uroloji xəstəliklər silsiləsinə daxildir. Amma böyrək və sidik yollarının daş xəstəliyi günümüzdə daha aktualdı: "Bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar şöbəmizə müraciət edir. Bu, həm də genetik xarakter daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik olur. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq xəstəlikləri, mədə-bağırsaqda aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktoru kimi rol oynayır".
Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəblərindən biri də bəzi vitaminlərin normadan artıq qəbuludur. Xəstəliyin qarşısını nisbətən almaq üçün gündəlik 2 litr, 2 litr yarım su içmək lazımdır. Su böyrək daşı riskinin qarşısını alır. Gündəlik su içən insanlar 60 faiz özlərini böyrək daşı xəstəliyindən qorumuş olurlar: "Əgər yaşa görə bölsək, əsasən orta yaşlarda daha çox rast gəlinir böyrək daşlarına. Ancaq bəzi hallarda 1-2 yaşlı uşaqlarda da maddələr mübadiləsi və hormonal pozuntuların nəticəsində böyrək daşı yaranır".
Xəstəliyin əlamətlərinə gəlincə, əksər hallarda onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. F.Əhmədovun dediyimə görə, əgər böyrək daşı sidikçıxarmaya mane olursa, o zaman şiddətli ağrılarla özünü biruzə verir: "Elə hallar da olur ki, daş sidikçıxarmaya problem törətmir və xəstə bu haqda xəbərdar olmur. İllərlə bu daşlar böyüyüb, sidik kanalının yolunu tutduqda, ağrılar yarandıqda, xəstə həkimə müraciət edir və daş aşkarlanır".
Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. F. Əhmədovun sözlərinə görə, təbabətdə böyrək daşını əridən preparatlar yoxdur. Ancaq daşın əmələ gəlməsinin qarşısını alan profilaktik dərmanlar var ki, bunlar da əksər hallarda işə yarayır:
"Biz kiçik ölçülü daşları nəzarət altında saxlayırıq, bəzi profilaktik dərmanlarla böyüməsinin qarşısını ala bilirik. 5 mm-dən 1 sm-ə qədər olan daşları cərrahi müdaxilə və ya hər hansı bir preparatla müalicə etməyə ehtiyac görmürük. Daşın ölçüsü 1 sm-dən böyükdürsə, sidik yollarını tutursa, xəstənin böyrəyinə ciddi zərər verirsə, bu daşları cərrahi əməliyyat vasitəsilə xaric edirik. Təbabətin yeniliklərinə əsasən, 95 faiz hallarda endoskopik müdaxiləyə üstünlük veririk. Hər hansı bir kəsik aparmadan, cərrahi müdaxilə edirik. 3 sm-ə qədər olan böyrək daşlarını kəsik aparmadan, endoskopik olaraq, lazerlə parçalayırıq. Xəstəyə stend qoyulur. Xəstə sidiyə getdikcə, tədricən kiçik qırıntılar şəklində daşları xaric edir, bir gecə xəstəxanada yatır. 3 sm-dən böyük olan böyrək daşlarını isə perkutan nefrolitotomiya əməliyyatı yolu ilə icra edirik. Bu zaman böyrək nahiyəsində 1 sm-lik deşik açılır və daşlar qırılıb, çıxarılır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1196   Tarix: 25 iyun 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI

Xiyar bitkisinin kiflənməyi bir çoxları üçün problemdir. .   -a istinadən xəbər verir ki, kiflənmə məhsula ziyan verməklə yanaşı, sağlamlıq baxımından da təhlükəlidir. Kiflənmənin yaranması hava şəraiti ilə bağlıdır. . Bun

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Bu şəxslər hər gün yumurta yeməlidir

a istinadən yumurtanın faydalarını təqdim edir:. Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları . - Uzun müddət tox tutur. - Güclü bir protein

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

turlar.az

sonxeber.az gozel gorunmek adlarin menasi geyim dəbləri hamiləlikdən sonra öd daşı intim hekayələr hamiləlik dövrü kosmetika anabaci novruz hakisdalari ekizler novruz bayramina aid hakista qiz evi haxista