Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olurAparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kanadalı alimlər uşaqlıq və yeniyetməlik dövründə smartfondan, sosial mediadan istifadə edənlərin 23 yaşına çatdıqda paranoya, şizofreniya, halüsinasiyalarla üzləşmə ehtimallarının çox olduğunu müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, texnologiyanın özü əslində problemin səbəbi olmaya bilər. Belə ki, uşağın bu cihazlara aludə olması onun onsuz da ruhi xəstəliklərə qarşı həssas olduğuna dair xəbərdarlıq hesab edilməlidir.
"JAMA Psychiatry" jurnalında dərc edilən araşdırmanı həyata keçirən komanda bildirib:
"Smartfon, internet və sosial media asılılığı ilə psixi sağlamlıq problemləri, valideynlərin psixi sağlamlıq problemləri, təklik, zorakılıq və valideyn-uşaq münasibətlərindəki problemlər arasında əlaqə var".
Tədqiqatçılar, həmçinin xəbərdarlıq ediblər ki, aludə olan yeniyetmələri birdən-birə ekranlardan məhrum olmağa məcbur etmək nəticə verməyəcək, bu, hətta daha pis nəticələrə səbəb ola bilər. Sonradan kompüterdən istifadəni əhəmiyyətli dərəcədə azaldanların (digər şəxsi təcrübələr nəzərə alınmaqla) belə yetkinlik dövründə daha tez-tez psixotik təcrübələr yaşadıqları anlaşılıb.
Həmçinin qeyd olunub ki, depressiya video oyun aludəçiliyi və ya televizor asılılığından daha çox internetdən istifadə ilə əlaqəlidir. Texnologiyanı günahlandırmazdan əvvəl uşaq və ya yeniyetmənin niyə aludə olduğunu düşünmək tövsiyə olunub.
Oksford Universitetindən Dr. Simona vurğulayıb ki, yeniyetməlik dövründə yüksək rəqəmsal texnologiyadan istifadə səbəb olmaqdan çox, sonrakı psixi sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.
O, həmçinin mütəxəssislərin rəqəmsal texnologiyanı bütün müasir problemlərin kök səbəbi kimi görməkdən uzaqlaşdıqlarını söyləyib:
"Uşağın və ya yeniyetmənin yaşadığı şərait çox vaxt həm mediadan istifadənin artmasının, həm də psixi sağlamlıq problemlərinin əsasını qoyur".
Qeyd edək ki, tədqiqat 1997-1998-ci il təvəllüdlü 2 120 kanadalının media vərdişləri və psixotik təcrübələri əsasında aparılıb.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 685   Tarix: 17 aprel 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pilləkənlə qalxmaq ani ölüm riskini azaldır - ARAŞDIRMA

Britaniyalı alimlər müəyyən ediblər ki, müntəzəm olaraq pilləkənlə qalxmaq insan ömrünü xeyli uzada bilər.   -a istinadən xəbər verir ki, bu elmi işin nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ECS) saytında dərc olunub

.

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. -a istinadən xəbər verir ki, tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinso

.

Bu pomidorları almayın - RİSKLİDİR

Pomidor səhər süfrələrinin əvəzolunmaz qidasıdır. Demək olar ki, hər kəsin həvəslə istehlak etdiyi pomidor, sağlam quruluşu ilə xəstəliklərdən qorunmağa kömək edən bir qidadır. -a istinadən xəbər verir ki, verdiyi faydalarda

.

Yazda dəriyə necə qulluq olmalıdır?

Yaz aylarında dəriyə necə qulluq etməyin sirləri açıqlanıb. -ə istinadən bildirir ki, sözügedən sirləri təqdim edir. Dəri üçün yaz və qış arasındakı keçid dövrü yeniyetməlik kimidir - ən çətin dövrlərdən biridir. Vitami

.

Duş geli, yoxsa sabunla çimmək - Hansı faydalıdır?

Yay aylarında insanlar daha çox duş alır və hər dəfə duş gelindən istifadə edirlər. Bəs dəri üçün hansı lazımdır?. "Medicina"ya istinadən xəbər verir ki, dermatoloq Heyli Qoldbax dəri üçün ən faydalı yuyucu vasitələr

.

Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz

Qaynar çayın soyuq su ilə soyudulması onun dadını pisləşdirməklə yanaşı, içkini faydalı xüsusiyyətlərindən də məhrum edir.   -a istinadən xəbər verir ki, çayı soyuq su ilə soyutmaq vərdişindən imtina etməli olduğumuz məqamla

.

Ləkə və çilləri yox edən ən təsirli vasitə

a istinadən aloe bitkisinin faydalarını təqdim edir:. Ürək üçün qüvvətləndirici çaylar hansılardır?. Çiyələyin dibinə YOD TÖKÜN - Bol məhsul üçün qeyri-adi yol . - Su və bal ilə qarışdırılaraq məcun kimi istehlak edildikd

.

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

Ətrafdakı əşyaların və divarların gözləri önündə hərəkət etməsi hissi baş ağrısı yaşayanlara tanışdır. Ancaq bunu yorğunluqla əlaqələndirməyin. Əslində başgicəllənmə bəzən dörd ciddi sağlamlıq probleminin əlaməti ola bilər

.

Alimlər xərçəngə qarşı peyvənd tapdılar

Britaniya alimləri melanomaya qarşı unikal mRNT peyvəndi hazırlayıblar. -a istinadən bildirir ki, bu barədə "Quardian" məlumat yayıb. "Peyvənd sınağın ilk iki mərhələsindən uğurla keçib, hazırda üçüncü mərhəl

turlar.az

sonxeber.az yay kolleksiyasi geyim və ayaqqabılar gelinlikler oxu zalı yoğun bağırsaq xəstəlikləri yuxa tortu günel facebook kosmetika cinsi əlaqə oğlan evine aid hakisda şəkərbura klitor novruz hakisdalari