Bu bibəri Amerikaya Kolumb aparıb - Piy toxumasını parçalayır, ağrıları azaldır

Bu bibəri Amerikaya Kolumb aparıb - Piy toxumasını parçalayır, ağrıları azaldırQırmızı acı bibər uzun illərdir ki, amerikan hindularının qida rasionuna daxildir. Məşhur səyyah Xristofor Kolumb XV əsrdə Vest-Hində ikinci ekspedisiyası zamanı acı bibərin dadına baxaraq onu "chilli" adlandırıb. "Cilli" qədim atsek dilindən tərcümədə "qırmızı" deməkdir. Kolumb onu Amerikaya gətirib və həmin bibər növü oradan bütün dünyaya yayılıb.

Xanim.az Medicina.az-a istinadən xəbər verir ki, acılıq dərəcəsinə görə Çili bibərinin bir-birindən fərqlənən bir neçə sortu var. Ona acı dad verən tərkibində olan kapsaisin alkoloididir. Kapsaisin bibərin içərisində olan ağ hissədə və toxumlarda daha çox olur. Həmin maddə patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, immun sistemi möhkəmləndirir, qrip və zökəm kimi infeksion xəstəliklərə qarşı orqanizmin dözümlülüyünü artırır, mədədə iltihabi prosesə və xoraya səbəb olan helicobacter pylori bakteriyalarına öldürücü təsir göstərir. Həmçinin kapsaisin çox güclü antioksidantdır, sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını sürətləndirir. Çili bibərinin tərkibində olan həmin maddə selikli qişadakı ağrı reseptorlarını qıcıqlandırır. Beyinə ötürülən impulslara cavab olaraq orqanizmdə tər ifrazını artıran, ağrıları azaldan və əhvali-ruhiyyəni yaxşılaşdıran endorfinlərin sintezi çoxalır. Acı bibər ekstraktından farmakologiyada analgetik preparatlar və plastrların hazırlanmasında istifadə edilir.

Kapsaisin orqanizmdə yağların oksidləşmə prosesini aktivləşdirir, temperaturu artırır, mübadilə proseslərini sürətləndirir. Dəri altında toplanaraq "portağal qabığı" görüntüsü verən artıq piy toxumasının parçalanmasını asanlaşdırır. Acı bibər orqanizmdə azot oksidin sintezini artırır, qan damarlarına genişləndirici təsir edərək arterial təzyiqi azaldır, iltihabı proseslərin qarşısını alaraq damarqoruyucu təsir göstərir, disfunksiyaların qarşısını alır.

Çili bibərinin tərkibində olan kapsaisin şəkərli diabet xəstəliyi olanlarda mədəaltı vəzin qan dövranını yaxşılaşdıraraq insulin sintezini stimulə edir, qanda şəkərin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldır.

Xəbərlər     Baxılıb: 1570   Tarix: 11 dekabr 2018
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

turlar.az

sonxeber.az toy gecesi makiyaj instagram kosmetik vasiteler sidik yolu infeksiyasi aybasi ucun derman sifahi xalq edebiyyati 2024 payiz qis kolleksiyasi kosmetika ekizler veten haqqinda bayati kurtlar vadisi novruz hakıştası sekisler