Bunu oxumadan bitki çayı İÇMƏYİN

Bunu oxumadan bitki çayı İÇMƏYİNBitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir. Bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər mütəxəssislə məsləhətləşmədən istifadə edilməməlidir.
Milli.Az axşam.az-a istinadən bitki çaylarının növlərindən bəhs edir.
Yaşıl çay
Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolestrin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Metobolizmanı sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.
Çobanyastığı çayı
Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizma, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stresi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihablarının müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.
Razyana çayı
Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırı, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.
Gicitkən çayı
Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Sürvə yarpağı çayı (Şalfey)
Latıncadan tərcümədə "sağaltmaq" deməkdir. Zərərli toksinləri bədəndən atır, beyin funksiyalarını inkişaf etdirir və bronxit, astma xəstəliklərinin simptomlarını zəiflədir. Qara ciyəri təmizləyir, sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir.
Məkkəgülü çiçəyi
Tərkibində yüksək miqdarda C vitamini olan kafeinsiz məkkəgülü çiçəyi (hibiskus) çayı immuniteti gücləndirir. II tip diyabetlərdə qan təzyiqini aşağı salmağa kömək edir. Antioksidantdır, xolestrini aşağı salır, mədə xərçənginin yaranmasının qarşısını alır. Piylənmənin qarşısını alır. Susuzluğu yatırır.
Kəklikotu çayı
Təxminən bir-birindən müxtəlik 350 növü olan kəklikotu çayı güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaralarının sağaldır, dişəti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.
Cəfəri çayı
Dəmir çatışmazlığı problemləri olanlara cəfəri suyu məsləhət görülür. Qrip və soyuqdəyməni aradan qaldırır, aybaşı zamanı ağrıları azaldır. Güclü sidikqovucudur.

Xəbərlər     Baxılıb: 691   Tarix: 04 yanvar 2024
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

turlar.az

sonxeber.az qadin dunyasi aksessuarlar geymler 2024 aysel əlizadənin toyu qlazok qonaq otagi dizayni 2024 həftəlik bürclər kosmetika maskalar aydin sani haxisda itburnu mekteb