Cəlil Məmmədquluzadə

Cəlil MəmmədquluzadəMəmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1866, Naxçıvan – 4 yanvar 1932, Bakı), yazıçı, dramaturq, jurnalist, ictimai xadim.

Böyük satirik,ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri,kiçik hekayə ustası,qüdrətli dramaturq və publisistdir..Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.
Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966).

İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı."Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdır.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Son illərdə akademik İ.Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.

Maraqlı     Baxılıb: 2651   Tarix: 11 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

turlar.az

sonxeber.az aksessuarlar toy gecesi makiyaj instagram qəbizlik üz maskaları sengulum nagili çanta ayaqqabı kosmetika xerçeng vusale elizade xlor lekesi layla qoğalın nağlı