Çimərliklər açıldı: şəbəkə "hipnozu" bitəcəkmi?

Çimərliklər açıldı: şəbəkə "hipnozu" bitəcəkmi?Sabahdan etibarən çimərliklər açılır. Bu, karantin pandemiyasının dünya miqyasında tüğyan etdiyi bir dönəmdə yaxşı işdir. Dəniz, qum, Günəş - bütün bunlar vücud və səhhət üçün qayət xeyirli nəsnələrdir.
Amma və lakin, həmişə olduğu kimi, sosial şəbəkələrdəki narıncı güruh, marjinallaşmış köçəri qruplar bu qərara da özlərindən gün altında iki, kölgədə isə beş dəfə böyük "mız" qoydular.
Dünəndən bəri sosial şəbəkələrdə bəlli adamların bəlli stildə yazdıqlarına baxıram. Yenə və həmişəki kimi, narazıdırlar. Ki, bəs çimərliklər açılırsa, icazə nəyə gərək: nə üçün karantin rejimi, ümumiyyətlə, ləğv olunmadı; çimərliklərə giriş tam asudə olmalıdı, heç bir yoxlama olmamalıdır və sair və ilaxır.
Hərdaim hər şeydən narazı olanlar təbəqəsini formalaşdırmaqda olan kəslərin təşvişdə olduqlarını düşünmək olardı.
Amma belə deyil.
Zira çimərliklərə giriş tam sərbəst və asudə olardısa, əmin olun ki, elə həmin adamlar sosial şəbəkələrdə mikroskopik üsyanlar qaldıraraq buyuracaqdılar: "Dövlət hara baxır?" Onlar yazacaqdılar ki, bəs dövlət niyə çimərliklərə baxmır, bu qədər insan yığışıb bir yerə, koronavirusun yayılmasına şərait yaradırlar.
Çimərliklər açıldı: şəbəkə "hipnozu" bitəcəkmi?Yəni bildiyimiz filan və fəsməkan ruhunda deyinmələr, qəzəb izharları və sonda da sakramental, nimdaşlaşıb çürüsə də, hələ də qalıqları barmaqlardan süzülən ifadə: "Əşşi, sivil ola bilmədik də..."
Xub, sivil olmağın, dünyanın inkişaf etmiş dövlətləri və sürətli irəliləyişdə olan cəmiyyətləri ilə çiyin-çiyinə getməyin şərtləri çoxdur, lap çox.
Onların arasında xüsusi önəmli olanı qaydalara riayət etmək, qanunlara sayğı bəsləməkdir. Almaniyada, İsveçrədə, Polşada və ya İspaniyada koronavirus pandemiyası ilə bağlı qaydaları pozanlar sərt cəzalanırlar - bu, öz yerində. Əsas olan həmin adamların ictimai qınağa tuş gəlmələridir.
İnkişaf etmiş dövlətlər səviyyəsində cəmiyyətdə yaşamaq istəyiriksə, buna can atırıqsa, ilk əvvəl qaydaları pozmamalıyıq.
Sosial şəbəkələrdə deyinmək, narazılıq etmək də olar, hətta normaldır. Amma anormal olan bu deyinmənin permanent hal almasıdır.
Rəsmi açıqlama: qaydalar, şərtlər
Çimərliyə getmək istəyənlər ilk əvvəl cimerlik.az saytına daxil olaraq çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. barədə məlumat əldə etməlidir.
Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü işə cəlb olunub. Bu səbəbdən çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək gərəkdir. Habelə istifadəsi zəruri sayılan əşyalar çimərliyə aparılmalı, çimərliyə giriş-çıxış zamanı oradakı dezinfeksiya məhlullarından istifadə olunmalıdır.
Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək. Təbii ki, sosial məsafəyə riayət etmək gərəkdir. Qadağan olmuş ərazilərə getmək, çimərliyi tərk edərkən zir-zibili qoyub çıxmaq olmaz.
Ən başlıcası isə yadda saxlayın: cimerlik.az saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmalısınız.
Vəssəlam, bu qədər bəsit.
Niyə belə edildi?
Çimərliklər açıldı: şəbəkə "hipnozu" bitəcəkmi?Çünki vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətə ehtiyacları var. Yaydır, orqanizmin zəruri və çox vacib D vitaminini qəbul etməsi üçün ideal zamandır. D vitamininin də immunitet üçün nə qədər önəmli, gərəkli olduğunu bir daha təkrarlamaq istəməzdim.
Çimərliklərdə açıq havada istirahət üçün tam təhlükəsiz, normal şərait yaradılıb. Tələb olunan, sadəcə, zəruri gigiyena qaydalarına riayət etmək, sosial məsafə saxlamaqdır.
ABŞ və ya İspaniya çimərliklərində olduğu kimi, Abşeronda dəniz sahilinə üz tutanlarda qumsallıqda maska ilə dolaşmaq, istirahət etmək də tələb olunmur.
Elə "Asan Xidmət" də ölkədəki çimərliklərdən istifadə ilə bağlı gərəkli, məqbul olası beynəlxalq təcrübədən yararlanıb, mövcud olan şərtlərlə tələbləri, qaydaları araşdırıb. Yalnız bundan sonra qərar verilib.
Müsbət və gözlənilən qərardır, çünki nadidə çimərlikləri olan Azərbaycan təki ölkədə karantin rejiminin tətbiq olunduğu dönəmdə vətəndaşların istirahətinin təminatı gərəklidir.
"Axxx, çimərlik" deyib yazanlar
Ölkədə karantin rejimi tətbiq olunandan bəri narazılıq edənlər, yay başlayandan bəri isə çimərlklərin açılmasını tələb edənlər sakitləşmirdilər. Hər gün, əksər hallarda isə gündə bir neçə dəfə çimərliklərin şəninə virtual mədhiyyələr yazılır, dəniz suyu və qumun insan orqanizminə xeyri mantra kimi vurğulanırdı.
Bu şəxslərin narazılıqlarını, sosial şəbəkələrdəki giley-güzarını oxuyanda belə təəssürat yaranırdı ki, onlar yay başlayan kimi günlərini səhərdən axşamadək çimərlikdə keçirən, aktiv istirahəti seçən insanlardır.
Budur, çimərliklər açılır.
Çimərliklər açıldı: şəbəkə "hipnozu" bitəcəkmi?Di gəl, elə həmin adamlar yazırlar ki, nəyə gərəkdir çimərliklər, rayonlara gediş-gəliş açılaydı bunun əvəzində.
Tamam, bir anlıq təsəvvür edin ki, yazılanlar gerçəkləşir, rayonlara gediş-gəlişə icazə verilir, amma çimərliklərə yasaq qalır. Onda nə deyəcəkdilər, nə yazacaqdılar, nədən şikayətlənəcəkdilər?
Hər əməli öz adı ilə səciyyələndirsək, bütün bunlar çox bəsit demaqogiyadır.
Dövlət, gerçəkdən, böyük işlər görüb. Çimərliklərin açılması bəsit proses deyil. 120 çimərlikdə xüsusi zonalar yaradılıb, dezinfeksiya üçün qurğular quraşdırılıb, prosesə 1000 nəfərdən artıq ASAN könüllüsü cəlb olunub.
"Hava da bizə qarşıdır"
Bu cümləni dünən oxudum. Lağlağı və deyinməyi ikinci peşə - bəzi hallarda əsas məşğuliyyət - edən sosial şəbəkə "maral"larından biri buyururdu: "Baxın, çimərlikləri açdılar, amma havalar sərin keçir. Bunu bilirdilər, qəsdən belə etdilər".
Absurdun da bir həddi olar, cənablar. Havalar sərin keçir, yağış yağır, külək əsir, dəniz suyu lap isti deyil - bütün bunların "#EvdəQalın" çağırışına nə dəxli? Havalar isinəcək, dəniz də başqa yerə axıb gedən deyil.
Küləyin əsməsini, sərinliyi və ya yağışı Operativ Qərargah bəlirləmir.
Qışın qış, yayın da yay kimi keçməsini istəyiriksə, məsələnin kökünün dərinliyinə baxmalıyıq. Ekologiyaya zərbə vurmamalı, təbiəti qorumalı, lap elə plastik qablardan və paketlərdən mümkün qədər az istifadə etməli, dəniz sahilini çirkləndirməməliyik.
Özümüz kimi, dənizi də qorumalıyıq.
Və sonda...
Karantin rejimi tədricən yumşalır.
Çimərliklər açıldı: şəbəkə "hipnozu" bitəcəkmi?Çimərliklər açıldı, bundan sonra karantinin yeni yumşalmaları ola bilər.
"Olacaq" yox, "ola bilər" - çünki hər şey bizdən asılıdır. Qaydalara nə qədər səlis və şərtsiz riayət etsək, gigiyena və sosial məsafə anlamlarını unutmasaq, koronavirusa yoluxma statistikası bir o qədər azalacaq, qadağalarla yasaqlar aradan qalxacaq.
Hər şey bizdən asılıdır - tək, havadan savayı...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1419   Tarix: 04 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Çox bişmiş yumurta təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çox insan yumurtanın nə qədər sağlam olduğunu bilir. Yumurta zülal və əvəzolunmaz amin turşuları ilə zəngindir. Lakin yumurtanın uzun müddət bişirilməsi zamanı yaranan toksinlər bəzi insanlarda zəhərlənməyə və hətta boğulmalar

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az donlar 2024 qaşların formalari yay kolleksiyasi kesmikli banan atalar sözləri elm haqqinda qarağatın faydaları asiq kosmetika naz mila qızlıq pərdəsi itburnu burclerin uyumu masturbasiya nedir