COVID-19 orqanizmdə olan bütün toxumaları zədələyə bilir

COVID-19 orqanizmdə olan bütün toxumaları zədələyə bilirYeni növ koronavirus (COVID-19) xəstəliyi yalnız tənəffüs yollarının infeksiyası deyil. Aparılan araşdırmalar göstərir ki, koronavirusa yoluxanların böyük qismində digər orqanlar da zədələnir. Virusun sinir hüceyrələrinə təsiri hələ tam öyrənilməyib, amma dad və iybilmənin itməsi COVID-19-un əsas əlamətləri hesab olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-infeksionist Ramin Nərimanın dediyinə görə, bu infeksiya təkcə ağciyərləri zədələməklə kifayətlənmir, tədricən digər orqanlara da sirayət edə bilir: "Ümumiyyətlə, COVID-19-un zədələmədiyi orqan yoxdur. Xəstəliyin ən çox zəiflətdiyi həyati vacib orqan ağciyərdir. Koronavirusun son ştamlarında daha çox həzm traktı, qaraciyər və mədə-bağırsağın zədələnməsi də müşahidə olunur. Xəstələrin sinir sistemi, ağciyər, böyrək, qaraciyər və mədə-bağırsağı da zədələnə bilir".
Bundan başqa, virus birbaşa beynin də fəaliyyətinə təsir edir. COVID-19-a yoluxduqdan sonra immunitet daha çox zəifləyir. Ürəkbulanma, qidadan imtina halları yaranır və bu da xəstəliklə mübarizəni çətinləşdirir.
"Orqanizmdə elə bir toxuma yoxdur ki, orda damar olmasın. Hətta sümük toxumasında da damarlar var. COVID-19 damar olan istənilən toxumanı zədələyir. Koronavirusun kəskin kritik dövrü xəstələnəndən sonrakı iki həftədir. Ondan sonrakı dövrdə xəstəliyin kliniki əlamətləri geriyə çəkilir. Xəstələnən orqan və toxumaların demək olar ki, hamısı tədricən bərpa olunur. Ən çox ağciyərin "buzlu şüşə" kimi tanınan zədələnməsi iki-üç ay və daha çox qala bilər. Lakin tədricən heç bir müalicə tələb etmədən keçib gedir. Digər orqanlarda olan zədələnmələr də tədricən bərpa olunur",- deyə həkim-infeksionist bildirib.
Nevroloji pozuntular isə əsasən ağır xəstələrdə müşahidə olunur və bəzən bu əlamətlər sağalandan sonra da qalır. Tədqiqatlar nəticəsində virusun ayrı-ayrı insanlara bu qədər fərqli təsir etməsinin səbəbi genetik faktorlardan, yəni irsi xüsusiyyətlərdən də asılı olduğu qənaətinə gəlinib.
Həkim-infeksionist son günlər artan yoluxma saylarını və yeni, daha yoluxucu ştamın bir qonşu ölkələrdə yayılmasını nəzərə alaraq vətəndaşları qaydalara əməl etməyə və vaksinasiyada aktiv iştiraka səsləyib. O, Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən, xüsusilə iki doza peyvəndləmədən 6 ay keçən vətəndaşları buster dozanı vurdurmağa çağırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 955   Tarix: 31 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

turlar.az

sonxeber.az geyim seçimi geyim necə seçməli gozel gorunmek valideyn haqqinda meyvələr vətənə aid atalar sözü böyrək problemi kosmetika öpüşme birlik haqqinda burcler orqazm cinsi