Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? - ARAŞDIRMA - FOTO

Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? - ARAŞDIRMA - FOTOBəzi insanların danışarkən tez-tez fərqli üz, əl-qol hərəkətləri etdiyinin şahidi oluruq. "Bəs bizə qəribə görünən bu hərəkətlərin səbəbi nədir?" - sualını veririk.
Milli.Az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:
Bizim üçün fərqli görünən bu hərəkətlərin adı tibdə nevroloji tikdir, yəni sinir yığılmaları. Tiklər - istənilən yaşlı insanlarda qeyri-ixtiyari qısamüddətli əzələ yığılması nəticəsində baş verir. Sinir yığılmaları tezliyinə, intensivliyinə, müddətinə və müxtəlifliyinə görə dəyişir. Adətən, həm uşaqlar, həm də böyüklərdə xüsusi müalicəyə ehtiyacı olmur. Lakin daimi hal alanda nevropatoloqa müraciət etmək məsləhət görülür. Çünki nevroloji tiklərin əsas yaranma səbəblərindən biri əsəb sisteminin fəaliyyətinin pozulmasıdır. Bu cür disfunksiya halı beyindən əzələyə qeyri-adekvat impulslar göndərir ki, nəticədə qeyri-ixtiyari və qısamüddətli yığılmalar baş verir. İnsan özü-özlüyündə bunun qarşısını ala bilmir, proses spontan yaşanır.
Əqli və fiziki gərgin işlər, xroniki yorğunluq, stress, qorxu, depressiya, nevroz, psixiki travmalar nevroloji tikləri tətikləyən səbəblərdir. 
Nevroloji tiklər rəngarəngdir. Onun mimik, motorlu, vokal, sensor və s. kimi müxtəlif növləri var. İnsanlarda ən çox müşahidə etdiyimiz mimik nevroloji tiklərdir. Buna göz qırpmaq, göz vurmaq, başı, dodağı tərpətmək, burun çəkmək, dil çıxartmaq və s. aiddir.
Motorlu nevroloji tiklər isə ətrafların qeyri-ixtiyari hərəkətidir. Yəni, çiyinləri çəkmək, ayaq atmaq, yumruq sıxmaq və s.
Fit çalmaq, zarıltı, öskürək, bir-birinə bağlılığı olmayan söz və hecaların səslənməsi, boğazı qaşımaq və s. da vokal nevroloji tiklərdə özünü göstərir.
Sensor tiklər isə bir qədər fərqlidir. Bu cür tiki olan insanlarda bədəninin müəyyən hissələrində qeyri-ixtiyari hərəkətlər baş verir. Qarın, diafraqman reflektor hərəkəti, çanaq əzələlərinin titrəməsi bədən tikləri, qeyri-ixtiyari əl çalmaq, yüngülcə tullanmaq və önə-geriyə addımlamaq isə ətrafların tiki adlanır.
Nevroloji tiklərdə bir və bir neçə əzələ qrupu iştirak edə bilər. Bəzən onların bir neçə dəfə təkrar olunanlarına da rast gəlinir. Bu cür sinir yığılmaları mürəkkəb tiklər adlanır. Hoppanma, qaşınma, qeyri-ixtiyari söz təkrarları bura aiddir.
Psixiatr Afət Bağırova deyir ki, nevroloji tiklər özü-özünə də yarana bilir, hər hansı bir xəstəliyin fonunda da:
"Hər şey insanın hansı psixoloji, nevroloji durumda olmasından asılıdır. Nevroloji tiklər əsasən stressdən, qorxudan sonra yaransa da, beyində funksional pozğunluq nəticəsində də ortaya çıxa bilir.  Ümumən götürsək, səbəblər həddindən artıq çoxdur. Məsələn, revmatizmin kəskin mərhələlərində, o cümlədən, doğum zamanı, uşağın ana bətnində keçirdiyi travmalar, qeysəriyyə əməliyyatı, hamiləlik zamanı ananın qanında olan viruslar nəticəsində uşaqda sonradan bu cür nevroloji tiklər müşahidə oluna bilər. Müalicə üçün ilkin olaraq, nevroloji tiklərin yaranma səbəbini düzgün tapmaq lazımdır. Çünki hər şey səbəbdən asılıdır. Məsələn, əgər səbəb stress və ya qorxudursa, onda psixoterapiyaya ehtiyac var. Tiki olan insan üçün komfortlu, sakit həyat şəraiti qurmaq vacibdir. Evdə valideynlər arasında problemlər olanda, xoşagəlməz hadisələr baş verəndə bu, uşaqların psixi durumuna çox pis təsir edir. Buna mütləq diqqət etmək lazımdır. Bəzən psixoterapiya ilə yanaşı, nevroloji və pedaqoji müalicəyə də ehtiyac duyulur". 
Ümumən götürsək, tiklərə səbəb olan amillərdən maksimum uzaq durmaq məsləhət görülür. Ən yaxşısı isə arada orqanizmə istirahət verməkdir. Çünki insanın bir çox problemləri məhz gərgin və fasiləsiz işləməkdən yaranır. Bundan əlavə, nevroloji tiklərin qarşısını almaq üçün xüsusi məşqlər də var. Məsələn, gözlərimizi 15 dəqiqə yumulu vəziyyətdə saxlamaq, pambığı ilıq suda isladıb gözün üstünə qoymaq çox faydalıdır. Həmçinin, gözləri iri açıb, sonra bir neçə saniyəlik yummaq, sakitləşdirici çaylar içmək də nevroloji tiklərə çox yaxşı təsir göstərir.
Nevroloji tikləri olan adamlar gündəlik həyatlarına da fikir verməlidirlər. Yəni öncədən profilaktik tədbirlər görmək də çox vacibdir. Bunun üçün sağlam həyat tərzi keçirmək, düzgün və balanslı şəkildə qidalanmaq, spirtli içkilərdən, siqaretdən imtina etmək, iş, yuxu və istirahətə düzgün vaxt ayırmaq lazımdır.
Sonda bildirmək istərdik ki, nevroloji tiklər sadəcə psixi və emosional pozğunluqların fonunda özünü büruzə verir və insanın zehni, fiziki fəaliyyətinə heç bir mənfi təsir göstərmir. Bu cür vəziyyətlərdə özümüzü narahat hiss etməmək üçün sadəcə bəzi qaydalara riayət etmək kifayətdir...
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 908   Tarix: 13 mart 2023
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

turlar.az

sonxeber.az yay geyimləri 2024 geyim dəbləri geyim seçimi səfər duası bilik haqqinda atalar sözləri sulu yeməklər roya ayxan kosmetika terezi maraqlı vetene aid bayati kokelmek tapmacalar