Dəri ağartmaq üçün effektli maskalar

Dəri ağartmaq üçün effektli maskalarDəri ağartmaq üçün bir çox dəri ağardıcı kremlər, dəri ağardıcı maskalar və dəri ağardıcı losyonlar var. Satışda olan belə dəri məhsulların keyfiyyət göstəricisi nə qədər yüksək olduğuna əmin deyilik, bu səbəbdən sizə tərkibi bizə bəlli olan məhsullardan maskalar təqdim edirik. Əziz xanımlar, sizə üzdəki piqment ləkələrini aradan qaldıran ağardıcı maska reseptləri təqdim edirik:

Yay mövsümü bitər-bitməz xanımlar ağardıcı maskaların istifadəsinə üstünlük verirlər.
1. Bir çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edinvə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqədən sonra təmizləyin.

Digər bir tövsiyyə edə biləcəyimiz ağardıcı maskamız gündəlik həyatda mətbəxtdə istifadə ediyimiz bəzilərinin hətta salatlarda çox istifadə etdiyi cəfəri göyərtisidir. Üz ağardılmasında istifadə olunur. Bu maskalar solğun və qırışıq dəri üçün də istifadə olunur. Cəfəri dərini vitaminlərlə zənginləşdirir, üzü ağardır və təravətləndirir.

2. Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.

3. Bir çay qaşığı sarıkök, 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkin, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir.

Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda­ sarıkökün ləkəsi qala bilər.

4. Bir xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

5. Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

6. Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendr ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 – 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.

7. Bir fincan suyu qaynadın və içinə 2 xörək qaşığı çobanyastığı çayı tökün və qarışdırıb 5 dəqiqə daha qaynadıb ocaqdan götürün və süzün. Süzdüyünüz suyun içinə 1 xörək qaşığı bal ilə bir xörək qaşığı gül suyu əlavə edin və qarışdırın. Bu maskanı ağzı bağlı bir şüşə qabın içinə qoyub, hər gün bir dəfə içindən istifadə edəcəyiniz qədər alıb dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dəri rəngini açmaq üçün, dərisi ağartmaq üçün çox faydalıdır.

8. Bir qabın içinə 2 xörək qaşığı paxla unu, 1 ədəd yumurtanın ağını, 2 çay qaşığı lavanta yağını tökün və qarışdırın. Bu maskanı yenə dodaqlarınızdan və göz ətrafınızdan uzaq tutaraq bütün üzünüzə sürtün. 10 dəqiqə bu dəri ağardıcı maskanı üzünüzdə gözlədin və ardından ilıq su ilə yuyun. Bu maska dərinin rəngini açarkən eyni zamanda üzünüzdəki sızanaqlar, qara nöqtələri məhv etmək üçün də olduqca təsirli bir üsuldur.

9. Bir stəkan suyu qaynadın və içinə bir yemək qaşığı cökə atıb 10 dəqiqə dəmlədin. Dəmlənən cökəni süzün və içinə bir çay qaşığı limon suyu və bir çay qaşığı alma suyu əlavə edin və qarışdırın. Bu qarışığı hər gün üzünüzə sürtün və qurumağa buraxın.Bir müddət sonra dəri rənginizin ağardığını və dərinizin daha canlı daha parlaq göründüyünü fərq edə bilərsiniz.

Əlaqə 055 239 54 49

Ən effektli maskalar burada !!!

Gözəllik və Moda     Baxılıb: 72905   Tarix: 30 yanvar 2015
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

turlar.az

sonxeber.az qaşların formalari kosmetika mehsullari geyim seçimi zire yagi sac ucun əqrəb bürcü hər gün bal atalar sozleri elme aid kosmetika qaynana hakista hekaye janri şirin qoğal tərəzi bürcü qiz adlari