DİQQƏT! Bu qidalar uşaqlar üçün təhlükəlidir

DİQQƏT! Bu qidalar uşaqlar üçün təhlükəlidirQeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, qeyri-kafi yuxu və stress səbəbindən son illər uşaqlarda ürək xəstəlikləri daha çox yayılıb. Uşaq kardioloqu Sinem Altunyuva uşaqlarda ürəyə ziyan olan səhv qidalanma vərdişlərini açıqlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, kardioloqun fikrincə, uşaqların ürək sağlamlığının qorunmasında valideynlərin rolu çox vacibdir.
Onun sözlərinə görə, valideynlər uşaqlarına sağlam qidalanma və idman vərdişlərini aşılamalıdır:
"Qeyri-sağlam qidalanma uşaqlarda ən çox rast gəlinən xroniki xəstəliyə çevrilən piylənmədə mühüm rol oynayır. Beynəlxalq Piylənmə Komissiyasının hesabatına görə, dünya üzrə 5-17 yaş arası uşaqların təxminən 20-25 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkir. Sənaye məhsulları piylənmənin əmələ gəlməsini asanlaşdırır. Məsələn, qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər metabolik sindromun, həmçinin ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər. Bu səbəbdən də uşaqları belə qidalardan çəkindirmək lazımdır.
İşlənmiş ət məhsullarının istehlakı başqa bir yanlış yemək vərdişi kimi diqqəti çəkir. Son araşdırmalar göstərib ki, bu növ ətin istehlakı ürək-damar xəstəlikləri riski ilə yanaşı, xərçəng xəstəliyinin də artması ilə əlaqələndirilir. Məhz elə bu səbəbdən kolbasa, sosiska kimi qidaların istehlakının azaldılması, hətta ondan çəkinmək lazımdır. Bu kimi qidaların əvəzinə tərkibi lif, fol turşusu, kalsium, kaliumla zəngin qidalar istehlak edilməlidir".
Milli.Az

Xəbərlər     Baxılıb: 734   Tarix: 25 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar.   -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqoll

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

turlar.az

sonxeber.az sade makiyaj sekilleri hamiləlik gozel gorunmek fransiz qadinlari portagalin faydasi hamileliyin ilk elameti gavalinin faydasi kosmetika azərbaycan vicdan xocali oxu az hüzeyir hacibəyov