DİQQƏT! Əgər bu qidaları soyuducuya qoyursunuzsa...

DİQQƏT! Əgər bu qidaları soyuducuya qoyursunuzsa...Adətən bazardan aldığımız hər şeyi soyuducuya qoymağa çalışırıq. Düşünürük ki, soyuducuda olan şeylər daha gec xarab olacaq. Əslində isə hər şeyi soyuducuda saxlamaq səhvdir.

Xanim.az soyuducuya qoyulması məsləhət görülməyən qidalarla sizi tanış edir.

Zeytun yağı

Zeytun yağını uzun müddət saxlamaq istəyirsinizsə, onu sərin və quru yerdə saxlayın. Həmçinin qaranlıqda olmalıdır. Zeytun yağı sərinliyi sevir amma çox soyuq olduqda keyfiyyətini itirir. Əgər adıçəkilən yağdan gündəlik olaraq istifadə edirsinizsə onu şkafda da saxlaya bilərsiniz.

Kartof

Kartofu soyuducuya qoymaq olmaz. Bu zaman onun tərkibindəki nişasta şəkərə çevrilir. Qaynadıldıqda və ya qızardıldıqda şəkər aminoasit asparajin ilə birləşərək, çox zərərli akrilamid adlı kimyəvi maddə istehsal edir. Sözügedən maddə insanda əvvəlcə ürəkbulanma və digər narahatlıqlar yaradır, sonra isə dünyanın ən sağalmaz xəstəliklərindən olan xərçəngə yol açır

Banan

Xüsusilə yetişməmiş bananı soyuqdan uzaq tutmaq lazımdır. Soyuq onun zədələnməsinə səbəb olur və tədricən xarab olmasına şərait yaradır. Buna görə də bananlar qəhvəyi rəng alana qədər soyuducuya qoymaq məsləhət deyil.

Pomidor

Həqiqətdir ki, kal meyvə tərəvəzləri soyuducuya qoyaraq onların yetişməsi əngəllənir. Buna görə də yetişməmiş pomidoru da soyuducuya qoymaq məsləhət görülmür.

Qəhvə

Qəhvə toxumunun ətrafdakı qoxuları özünə çəkmək xüsusiyyəti var. Bu səbəbdən, qəhvənin soyuducuya qoyulması avtomatik olaraq ona çoxlu yad qoxuların hopmasına şərait yaradacaq.

Soğan və sarımsaq

Soğan və sarımsağın sərin, quru yerdə saxlanılması uzun müddət təzə qalmasına şərait yaradır. Onları soyuducuya qoymaq isə parlaq xarici səthinə zərər vurur.

Çiyələk

Yay çiyələklərini evə gətirdikdən sonra soyuducuya qoya bilərsiniz. Amma onu yuyaraq soyuducuya qoymaq kiflənməsinə səbəb ola bilər.

Bal

Soyuq balın molekulyar quruluşuna zərər verir və onun ləzzətini pozur. Buna görə balı istidən uzaq, sərin və quru yerdə saxlayın. (ailem.az)

Mətbəx     Baxılıb: 2663   Tarix: 04 sentyabr 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

turlar.az

sonxeber.az maskalar yaz geyimleri 2024 makiyaj etmek qaydalari qışa hazırlıq badımcan kabablar qadın xəyanət laminat parket kosmetika oglaq lakonizim badambura eqreb pomidor