DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEO

DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEOYay fəslində havalar isti keçdiyindən kondisionerə tələbat artır.

ARB 24 xəbər verir ki, kondisionerdən istifadə edərkən normalara riayət etmədikdə orqanizmdə ağır fəsadlarla nəticələnən xəstəliklər meydana gələ bilər

Ağababa Hüseynov – Sakin: "Kondisioner altında yatdım, ayıldım gördüm ki, belimdə ağrılar var. Əyilmək olmur. Bir az masaj elədim, keçdi getdi. Çox işlətmək zərərlidir. Otağın temperaturu normallaşdı, söndürmək lazımdır".

Ağababa Hüseynov da yayın istisində sərinləməyin yolunu kondisionerdən istifadədə görənlərdəndir. Amma bu, ona baha başa gəlib. Düzgün yararlanmamaq sağlamlığına zərər vurub. Belə hallarla rastlaşmamaq üçün mütəxəssislər kondisioner istifadə edənlərin bəzi nüanslara diqqət yetirməsinin vacib olduğunu deyirlər.

Maarif Mürsəlov – Mütəxəssis: "Əsasən otaqda olan adamların sayına və pəncərələrin kvadratlarına görə kondisioner seçilməlidir. Sərfəli olan "İnventor" tipi kondisionerlərdi. Enerjiyə 70 faizədək qənaət edir".

Ekspertlər bildirirlər ki, optimal otaq temperaturu 24-26 dərəcə hesab edilir. Tez bir zamanda sərinləmək istəyən insanın üzərinə soyuq havanı yönəltməsi yanlışdır. Əksinə hava axınını istiqamətləndirən yelpiyi tavana tərəf qaldırmaq lazımdır.

Maarif Mürsəlov – Mütəxəssis: "Mənfi cəhət odur ki, bəziləri bilərəkdən, ya da bilməyib temperaturu salır 18 dərəcəyə kimi. Bu da düz deyil. Çöllə ev temperaturu arasında 8-10 dərəcə fərq olmalıdır. Yəni çöldə temperatur 40 dərəcədirsə, evdə olmalıdır 28 dərəcə".

Həkimlər sərinləmək istəyənlər üçün kondisionerlərin faydası ilə yanaşı, zərərlərinin də olduğunu bildirirlər. Xüsusilə xroniki xəstəlikləri, boyun və baş ağrıları olanlar diqqətli olmalıdırlar. Çünki soyuq hava kütləsi həmin əzələlərin ağrımasına səbəb olur.

Röyanə Quluzadə - Həkim: "Xüsusilə böyrəklərin iltihabi xəstəlikləri olan, ağciyərin iltihabi xəstəlikləri olan, bronxit, bronxial astma olan insanlar kondisioner altında yatanda və ya uzun müddət vaxt keçirdikdə bu xəstəliklərdə ağırlaşmalar görürük. Bu insanlar kondisionerlərdən qaçmalıdırlar. Tənəffüs sistemi xəstəlikləri olanlar ehtiyatlı olmalıdırlar".

Mütəxəssislərin sözlərinə görə, yaşlı və ya gənc olmasından asılı olmayaraq, kondisioner bütün insanlarda fəsadlara səbəb ola bilər. Odur ki, tövsiyələrə əməl etmək lazımdır.

Ağababa Hüseynov – Sakin: "Cavanlara tövsiyə edirəm ki, ehtiyatlı olsunlar. Cavanam, heç nə olmaz deməyin, qocalanda üzə çıxır".

Ekspertlər insanlara kondisioneri işlədərkən saata uyğun olaraq özlərinə müəyyən cədvəl hazırlamağı məsləhət görürlər. Yəni, fasilələrlə otağı sərinlətmək məqsədə uyğun hesab edilir. Belə olan halda həm cibinizin, həm də sağlamlığınızın qayğısına qala bilərsiniz.

    Baxılıb: 1557   Tarix: 03 iyul 2018
f Paylaş

Oxşar xəbərlər

.

Səidə Sultan yenə dəyişdi - FOTOLAR

Müğənni Səidə Sultan imicində dəyişiklik edib. xəbər verir ki, hər zaman fərqli saç rəngində görünən ifaçı bu dəfə də saçlarını boz rəngə boyayıb. Səidə yeni imici ilə fətəlarını sosial şəbəkədə paylaşıb. Onun saç rəngi izləyicilə

.

Fədayə Laçının bu VİDEOsunu görən bacısı studiyanı gözyaşı içində tərk etdi - FOTO

Ötən axşam "5/5"in efirində qonaq olan İlahə Fəda hazırda həbs həyatı yaşayan xanım sənətçi Fədayə Laçına həsr edilən videosüjet zamanı gözyaşını saxlaya bilməyib. xəbər verir ki, Zaurdan kadrları saxlamağını istəyə

.

Məşhur cütlüyün dodaq-dodağa Sevgililər günü-Fotosu

Aktrisa Berrak Tüzünataçla aktyor sevgilisi Birkan Sokullu Sevgililər gününü qeyd edib. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa sevgilisi ilə dodaq-dodağa çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Berrak şəkl

.

Leyla Əliyeva "Jara"da rəqs etdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara - 2018" Beynəlxalq Musiqi Festivalının ikinci günündə də ulduzlarla birlikdə qırmızı xalı üzərindən keçib. -ə istinadən xəbər verir ki, "Jaranın ilha

.

Sibel Can bu yay ən zəngin məşhur olacaq - GƏLİRİ AÇIQLANDI

Müğənni Sibel Canın bu mövsüm ən zəngin türkiyəli məşhur olacağı bildirilir. İfaçı bu gündən etibarən yay turnesinə çıxır. 17 şəhərdə konsert proqramı ilə çıxış edəcək Sibel Canın ümumilikdə 3 milyon 200 min lirə (təxminə

.

Zibillikdən sərvət tapdı, görün nə etdi

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib. BİG.AZ Sputnik Azərbaycan-a istinadən bildiri

.

Səidə ilə Kərim barışdı - video

Bir müddətdir küsülü olan müğənnilər Səidə Sultan və Kərim Abbasov barışıb. Onlar aparıcı Çinarənin ad günündə bir araya gəliblər. Sənətçilərin birlikdə rəqs edərkən çəkilən videosu sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki

.

Mervedən yeni imiciylə "geri qayıtdım" mesajı - fotolar

Uzun müddətdir keçmiş həyat yoldaşı Murad Dalkılıçın aktrisa Hande Erçellə eşq yaşaması xəbərləri ilə gündəm olan Merve Boluğur imicini dəyişib. Qara saçlarına qayıdan aktrisa onları qısaldıb. Merve sosial şəbəkədə yayıla

.

Boşanacaqları deyilən Natavan və Dado təəccübləndirdilər - VİDEO

Bir müddətdir boşanacaqları barədə məlumatlar yayılan müğənni Natavan Həbibi və həyat yoldaşı reper Səid Əliyev (Dado) bu gün eyni şənlikdə birlikdə olublar. Cütlük "Xəzər TV"nin Yeni il üçün xüsusi gecəsində iştira

turlar.az

sonxeber.az yay kolleksiyasi makiyaj instagram sac duzumleri salatlarin hazirlanmasi marqarita pizza qadin dunyasi 2024 baliq qulagi kosmetika narin faydasi tərəzi bürcü yuxuda qara ilan gormek uşaq şeirləri kökəlmək üçün