Doğurdanmı uşaq vaxtı başı kecəl qırxılanların saçı gələcəkdə gur olur?

Doğurdanmı uşaq vaxtı başı kecəl qırxılanların saçı gələcəkdə gur olur?İndi saçları gur və möhkəm olan insanlara deyilən ən məşhur sözlərdən biri də "yəqin, uşaqlıqda başını çox keçəl qırxıblar" ifadəsidir. Nədənsə Azərbaycanda ən çox inanılan inanclardan biri də budur: uşaq vaxtı saçları tez-tez keçəl olunan uşaqlar gələcəkdə heç bir saç problemi yaşamayacaq və gur saçlara sahib olacaqlar.

Bu gün körpələrin saçlarının keçəl olunması adət halını alıb. Yaşı 2-3 olmadan hətta qız uşaqlarının belə keçəl gəzməsi normal hal kimi qəbul edilir. Amma uşaqların əksəriyyəti saç kəsdirmə prosesindən qorxur.

Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yanlış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edir. Ümumiyyətlə, uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz. Mütəxəssislər və uşaq psixoloqları məsləhət görürlər ki, bunun əvəzinə "saç kəsdirmək çox maraqlı və çox əyləncəli olacaq. Kəsdirdikdən sonra çox gözəl və daha qəşəng görünəcəksən" kimi ifadələr işlətməklə uşaqları həvəsləndirib ruhlandırmaq olar.

Psixoloqlar hesab edir ki, onları ağladaraq saçlarını kəsmək düzgün yol deyil: "Uşaqları saç salonlarına apardıqda kiminsə saçlarında qayçı ilə işləməsi, saçlarının birdən qısalması onları psixoloji olaraq gərginləşdirir. Saçlarının bir daha uzanmayacağı təlaşına düşən uşaqlar növbəti dəfə saç kəsiminə qarşı çıxırlar. Buna görə saçların kəsilməsini, nə üçün kəsilməsini, saçların yenidən uzana biləcəyini uşaqlara izah etmək lazımdır. Bundan başqa, alətlərin uşağın başında səslər çıxarması onları narahat edir. Saçını kəsməmişdən qabaq alətləri uşağa göstərib, onlar haqqında ətraflı məlumat vermək lazımdır. Gözəlik salonlarının insanları gözəl etmək üçün var olduğunu da izah etmək lazımdır. Uşaqların yaşı az olsa, onlara əyani formada göstərmək daha münasibdir".

Psixoloq bildirir ki, saçlarını daim oynadan, güzgü qarşısından çəkilməyən körpələr özlərini birdən-birə keçəl gördükdə güzgüdəki "mən"i qəbul edə bilmirlər. Belə halda onların aqressiv olması normal qəbul olunmalıdır:

"Xüsusən qız uşaqlarının ilk saçları uzandıqca analar onlara rəngli rezinlər alıb saçlarını yığırlar. Rənglərə vurulan uşaqlar tez-tez güzgü qabağına keçir, özlərinin bu saçlarını əlləri, ayaqları kimi daimi hesab edirlər. Valideyn anidən saçları kəsir, hətta keçəl elətdirir. Güzgü qarşısına keçən uşaq rəngli rezinli saç yerinə tərtəmiz baş görür. O, artıq güzgüdəki özündən imtina edir. Onu ikinci şəxs kimi qəbul edir, güzgünü vurur, güzgüdəki əksi ilə dalaşmağa başlayır. Uşaq reallığı qəbul edənə, başa düşənə qədər əsəbi, aqressiv olur. Ən yaxşısı saçlar mane olmursa, kəsdirməməkdir. Ya da qorxusu azalana kimi prosesi ona izah etməkdir", – deyən həmsöhbətimizin sözlərinə görə, bəzən həddindən artıq izah da uşağı stressə sala bilir. Odur ki, müxtəlif zamanlarda söhbəti saçlardan salmalı, saç kəsiminin insana necə gözəl təsir etdiyindən danışmaq lazımdır.
qadinlar.biz

Xəbərlər     Baxılıb: 1928   Tarix: 07 yanvar 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar

İnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır. . -a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

turlar.az

sonxeber.az qaşların formalari yay kolleksiyasi adlarin menasi bagirsaqlari temizlemek ucun zirincin faydasi gözəl xanım ədəbiyyat testləri kosmetika naz mila oxu az novruza aid bürclər qaynanaya aid