Doğuş zamanı ölüm olmaması üçün... - Həkim

Doğuş zamanı ölüm olmaması üçün... - Həkim"Mayın 3-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş" diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi hadisəsi bu kimi faciəvi halların ölkə ərazisində tez-tez baş verdiyini yenidən mətbuatın gündəminə çevirib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Almaniyada ixtisaslaşmış cərrah mama-ginekoloq, sonsuzluq və riskli hamiləlik üzrə mütəxəssis, ekspert Pərvin Mikayılzadə doğuşdan sonrakı qanaxma, hamilənin arterial təzyiqinin kəskin artması və onun fəsadı - preeklampsiya - eklampsiya, qanın patoloji laxtalanması və trombun ana damarlarına tıxanması - tromboemboliya, doğuşdan sonrakı infeksiya - uşaqlığın ifeksiyalaşması və infeksiyanın qana keçməsi - sepsis və bir neçə nadir rast gələn əlavə səbəblərin belə faciəvi halların yaşanmasına yol açdığını bildirib.
Cərrah mama-ginekoloqun sözlərinə görə, həmin xəstəliklərin yaranmasının qarşısını almaq, müalicə etmək təbii ki, mümkündür:
"Hamilələrin belə durumla üzləşməməsi üçün qadın vaxtlı-vaxtında müayinələrdən keçməli, düzgün həkim müşahidəsi altında saxlanılmalıdır. Hamiləlik dövründən qabaq müayinə olunub, fəsad törədə biləcək gizli xəstəliklərin əvvəlcədən aşkara çıxarılıb müalicə olunması hamiləliyin uğurla başa çatmasına zamin olur. Qadınlarımıza əsas məsləhətimiz ondan ibarətdir ki, hamiləlik dövründə mütəmadi həkimə müraciət etsinlər, belədə yaranan fəsadları vaxtında aradan götürmək daha asan olur və onlar da xoşbəxt, sağlam analıq hissini yaşayır, düyaya sağlam körpə gətirirlər".
Pərvin Mikayılzadə onu da təəssüflə vurğulayıb ki, qadınlarımız, xüsusən də bölgələrdə yaşayan hamilələr, bununla yanaşı, ümumiyyətlə xanımlar xüsusən ginekoloqa getməyə həvəs göstərmirlər:
"Bilirsiniz, bizdə bəzən ziyanlı ənənə də təbliğ olunur. Nə qədər gülməli görünsə də, deməmək olmur. Şahidi olduqlarımı deyirəm: həkimə getmək məsələsi gələndə bəzən qayınanalar gəlinlərinə, analar qızlarına belə deyirlər: Biz bu uşaqlara hamilə olanda heç həkimə getməzdik. Onlara izah edirəm ki, dövrlər arasında böyük fərq var. Sizin dövrünüzdə ekologiya, sosial mühit, informasiya məkanı, qlobal təsirlər, qida tərkibləri bu dərəcədə dəyişməmişdi. İndiki hamilələrdə elə fəsadlar meydana gəlir ki, tarixən belə xəstəliklər olmayıb. Bir sözlə, dünyaya sağlam uşaq gətirmək həm də ona görə vacibdir ki, o körpə təkcə valideynin deyil, cəmiyyətindir, dövlətindir. Uşaqları sağlam doğmaq, sağlam böyütmək, sağlam yaşatmaq hər birimizin ümdə vəzifəmiz, əsas borcumuzdur".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 893   Tarix: 16 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Yumurta qabığını atmayın - Bu faydaları var

a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:. - Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasın

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

turlar.az

sonxeber.az qadin dunyasi aksessuarlar geyim şəkilləri laylalar qara qaragatin faydalari plov reseptləri toy gecəsi kosmetika sekis veten haqqinda bayati terezi ariqla