Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur

Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olurİnfeksion xəstəlik olan COVID-19-un bütün dünyada yayıldığı və 2 milyondan çox insanın ölümünə səbəb olduğu bir vaxtda, bütün tibbi təşkilatlar böyük və ya kiçikliyindən asılı olmayaraq bu xəstəliyin aradan qaldırılması üçün bu işə öz töhfəsini verməlidir. İnfeksion xəstəliklərlə mübarizənin ümumiyyətlə bir neçə yolu var. Bunlardan biri və demək olar ki, ən əsası bu istiqamətdə maarifləndirmə işinin aparılmasıdır. İnsanların tibbi maarifləndirmə vasitəsilə savadlanması onların infeksion xəstəliklərə daha çox yoluxmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Maarifləndirmə təcrübədə sınanmış və özünü doğrultmuş vasitədir.
Milli.Az bildirir ki, bunu AZƏRTAC-a "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib. İnfeksiyadan qorunmaq üçün ən başlıca şərtin immuniteti gücləndirmək olduğunu deyən F.Xəlilov, Tibet həkimlərinin "Dörd tərəfimiz dərmandan ibarətdir" fikrini xatırladıb. "Bu, həqiqətən də, belədir. Mən öz təcrübəmdə elə insanlar tanıyıram ki, onlar heç vaxt qripə və bu tip xəstəliklərə qətiyyən yoluxmurlar. Bunun da, əlbəttə, əsaslı səbəbi var. Tibdə həmişə nəzəriyyə ilə praktika bir-birini tamamlamalıdır. Əgər tamamlamırsa, demək, bu nəzəriyyənin heç bir əhəmiyyəti yoxdur. Beləliklə, bu praktikadan çıxış edərək bildiririk ki, gündə bir baş çiy soğan, yaxud bir ədəd limon (qabıqlı halda) və ya bir xörək qaşığı qara qarağat, ya da bir xörək qaşığı bal yeyən adamlar, demək olar, infeksion xəstəliklərə tutulmurlar. Fikrimizcə, praktikada sübut olunmuş bu kimi üsulların qəbul edilməsinin xeyri haqqında ölkə əhalisi arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Hesab edirik ki, koronavirusa qarşı da gücümüz çatan bütün imkanlardan yararlanmaq lazımdır. İnsan adətən xəstələndikdən sonra bundan qurtulmaq haqqında fikirləşir. Lakin xəstəliyə tutulmazdan qabaq cansağlığı onu çox da maraqlandırmır. Bunun barəsində isə indiki zamanda düşünməyə dəyər. Axı, dünyada cansağlığından qiymətli nə var?! Bunun üçün isə düzgün qidalanma başlıca şərtdir. Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur ki, bu da xəstələnmə hallarını kəskin surətdə azaldır. İmmuniteti möhkəm olan insanlarda infeksion xəstəliklərə yoluxma halları, demək olar, müşahidə olunmur. Bunun üçün müəyyən məhsulların qəbulu vacibdir. Həmin məhsulların tərkibində bizim əksəriyyətimizin bilmədiyi müəyyən maddələr var ki, bunlar da orqanizmi müəyyən infeksion xəstəliklərdən qoruyur. Bu hal-hazırda çox lazımlı məsələdir və bu istiqamətdə bir qayda olaraq maarifləndirmə işləri aparılmalıdır", - deyə "Yoluxucu Xəstəliklərlə Mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1222   Tarix: 09 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

turlar.az

sonxeber.az hamiləlik geyim şəkilləri həkim məsləhəti saç maskaları hobbi qutab xemiri qadin sayti kosmetika faydalı bilgilər ikizler qu quşu oglan evi novruz