Evin həm kişisiyəm, həm də qadını

Evin həm kişisiyəm, həm də qadını"Hal-hazırda qızımın yanına Türkiyəyə gəlmişəm. Həm istirahət edirəm, həm də onun üçün çox darıxmışdım deyə birlikdə gün keçiririk. Biz il boyu o qədər işləyirik ki, istirahətə möhtac qalırıq. Sənət adamlarının şəxsi həyatı olmur. Biz bayramlarda bayramdan sonra istirahət edirik, bütün günü səhnələrdə oluruq. Hazırda bilirsiniz ki, toylar yoxdur, fürsətdən istifadə edib dincəlirik"
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O daha sonra əlavə edib.
"Toylar olanda evdə tapılmıram, evdə də oturanda o qədər yorğun oluram ki, istəyirəm mənə qulluq etsinlər. İstəyərəm ki, evdə oturum uşaqlar üçün sevdikləri yeməyi hazırlayım, amma vaxtım olmur. Bir şeyi özüm qoyum, özüm götürüm. Amma neyləyim? İş qadınıyam da, toya gedib-gəlmək elə işə gedib gəlməkdir. Mən evin həm kişisiyəm, həm də qadını" deyə sənətçi bildirib. Əməkdar artist bildirib ki, müxtəlif xarici ölkələrdən ona həmin ölkələrdə yaşaması üçün dəvətlər gəlib.
"Böyük tamaşaçı kütləsi qazanmışam, bütün bunlar elə-belədən olmayıb. Böyük zəhmətlər, əziyyətlər hesabına olub. Hara gedirəmsə orada böyük şənlik, xoş əhval-ruhiyyə yaranır. Bu da hər adama qismət olmur. Getdiyim xarici ölkələrdə də böyük diqqət və qayğı görürəm. İlk dəfə xarici ölkədə səhnəyə Türkiyədə çıxmışam. 6 ay Bodrumda solist işləmişəm. Təxminən 1991-ci il idi. Müqavilə bağlanmışdı, mən elə bilirdim ki, cəmi 1 ay qalacam. Sən demə 6 ay imiş. Bir Allah bildi ki, mən övladlarımdan, ailəmdən ayrı o altı ayı nələr çəkdim. Ürəyim partlayırdı. O vaxt  mobil telefonlar da yox idi, əlaqə saxlaya bilmirdim. O illərimi böyük kədər ilə xatırlayıram. Türkiyədə deyirdilər ki, "qal burada, səni ulduz edərik". Dedim ki, mən Azərbaycansız qala bilmərəm. Ondan sonra məni Almaniyaya dəvət etdilər. 3-4 il gedib 4-5 ay orada qalırdım, toylarda, konsertlərdə çıxış edirdim. Hətta fikrim var idi ki, gəlib evimi də satım, gedim birdəfəlik qalım. O vaxt uşaqlar hələ məktəbə getmirdilər. Qocalardım yad ellərdə. İndi də hara gedirəmsə 1 aydan artıq qala bilmirəm" deyə sənətçi bildirib.

Şou Biznes     Baxılıb: 978   Tarix: 29 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Roza Zərgərli: 'Müğənniyəm, nə istəsəm geyinərəm

"Öz hesabıma 8 il veriliş təqdim edəndə, sənətkarları qonaq edəndə məndən yazmırdınız. İndi nə geyinsəm ondan yazırsınız".  . xəbər verir ki, bu sözləri Roza Zərgərli Ülvira Qarayeva ilə müsahibəsi zamanı deyib

.

Hadisə 3 reklamdan 30 milyon qazanacaq

Müğənni Hadise konsert qiymətində dəyişiklik edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni qiymətlərini artırıb. Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 00 manat) qazanır. Qeyd edə

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

.

Emin Dərbənddə konsert verəcək

Xalq artisti Emin Ağalarov Dərbənddə solo konsert verəcək.  . xəbər verir ki, bu haqda müğənni özü məlumat verib. Məşqdən görüntülər yayımlayan xalq artisti "Uzun fasilədən sonra mayın 18-də Dərbənddə solo konsertə hazırlaşırıq, görüşənədək"

.

Məşhur aktyor təcili əməliyyat olundu

Məşhur türk aktyor Saruhan Hünel qəfildən əməliyyat olunub. . Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir ürək xəstəliyindən əziyyət çəkən aktyorun əməliyyat olunduğu məlum olub. Aktyorun bacısı Aslı Hüne

.

Bekhem evliliyindən danışdı: 'Bunun öhdəsindən necə gəlmişik?

Dünyaca məşhur futbol ulduzu Devid Bekhem Viktoriya ilə evliliyindən danışıb.  . xəbər verir ki, David Bekham "Netflix"də yayımlanan və onların həyat hekayəsindən bəhs edən "Beckham"sənədli serialına baxdıqda

.

İkardinin həyat yoldaşı çılpaq pozalar verdi - FOTOLAR

"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara sosial media hesabından paylaşdığı cəsarətli pozaları ilə gündəmdə qalmaqda davam edir. xəbər verir ki, 17 milyon izləyicisi olan Nara "instagram"

.

Avroviziya'dan sonra uğurlu kariyera quran müğənnimiz yoxdur' - Çinarədən iddia

Müğənni Çinarə Məlikzadə "Avroviziya" da ölkəmizi təmsil edən namizədlərə münasibət bildirib. xəbər verir ki, sənətçi bəzi iştirakçıları uğursuz adlandırıb. O, bu haqda "El canlı" verilişində danışıb:

.

Kirkorov Uspenskayanı 'dilənçi' adlandırdı

Rusiyanın xalq artisti Filipp Kirkorov və köhnə dostu Lyubov Uspenskaya arasında mübahisə səngimək bilmir. xəbər verir ki, Rus səhnəsinin kralı Lyubov Uspenskayanı dilənçi adlandırıb. "O, paltar və hədiyyələr üçün mən

turlar.az

sonxeber.az toy makiyajlari qadin sayti qadin dunyasi azərbaycan haqda piroq reseptləri əkizlər bürcü sağlamlıq haqqında kosmetika bürclər aysel novruz hakisdalari novruz bayramına aid hakıştalar sanama